Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-948/2021 26.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2015-ci il təvəllüdlü Məmmədli Ömər Sübhan oğlu, xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 2-ə olan istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mənzili xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı müqavilə əsasında Cavabdeh1 almışdır. Sözügedən mənzilə görə iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin X19 tərəfindən xx xxxxx 2020-ci ildə çıxarış verilmişdir. “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə satıcılar xx.xx.2020-ci il tarixə qədər qeydiyyatdan çımalı idilər.Cavabdehlər iddiaçının ailə üzvləri deyildir. Cavabdehlər iddiaçının mülkiyyətində olan evdə yaşamırlar. Cavabdehlərin iddiaçıya məxsus evdə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. İddiaçının nümayəndəsi məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh7 cavabdehlər sırasından çıxarılmaları və digər cavabdehlərlə yanaşı yetkinlik yaşına çatmayan X3, X10, Məmmədli Ömər Sübhan oğlunun və X4 ünvan 2-ə olan istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1990-cı ildə, Cəbrayıl rayonu, Dərzili kəndində anadan olmuşdur. O, hazırda Cəbrayıl rayonu, Dərzili kəndində qeydiyyatdadır. Cavabdehlər Cavabdeh1 xx.xx.1997-ci ildə, Cavabdeh3 xx.xx.1987-ci ildə, Cavabdeh4 xx.xx.1990-cı ildə, Cavabdeh8 isə xx.xx.1982-ci ildə anadan olmuşlar. Cavabdehlər ünvan 1 (bundan sonra – mübahisəli mənzil) ünvanında qeydiyyatdadırlar. Eyni zamanda mübahisəli mənzildə yetkinlik yaşına çatmayan şəxslər xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2015-ci il təvəllüdlü Məmmədli Ömər Sübhan oğlu və xx.xx.2017-ci il təvəllüdlü X12 da qeydiyyatdadırlar. Daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxx 2020-ci il tarixli çıxarışa əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. AN-İ ******* saylı xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı mübahisəli mənzili Cavabdeh1 almışdır. İşdə olan 1 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş, Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 52/13, mənzil 2-də yaşayan X11, Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 52/13, mənzil 1-də yaşayan X1 və Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 52/13, mənzil 6da yaşayan X6 tərəfindən tərtib edilərək imzalanmış akta əsasən cavabdehlər xx.xx.2020ci ildən mübahisəli mənzildə yaşamırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü kimi mübahisəli mənzil çıxarışa əsasən iddiaçıya məxsusdur. Mənzilə dair iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, qanunvericiliyə əsasən müvafiq qeydiyyat vəsiqəsi xüsusi mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Cavabdehlər həmin mənzildə formal olaraq qeydiyyatda qalmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirildiyi üçün onlarla birlikdə yaşayan ailə üzvləri olan yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü Məmmədli Ömər Sübhan oğlunun və xx.xx.2017-ci il təvəllüdlü X4 da mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh8, həmçinin yetkinlik yaşına çatmayan şəxslər xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü Məmmədli Ömər Sübhan oğlunun və xx.xx.2017-ci il təvəllüdlü X4 ünvan 2 ünvanına istifadə hüquqları itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-948/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-948/2021
26.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver