Məhkəmə qərarları › İş №2(060)-9574/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9574/2021

01.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9574/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi (maraqlı şəxs: Sumqayıt şəhər Qeydiyyat Şöbəsi) tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən e t d i: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi (maraqlı şəxs: Sumqayıt şəhər Qeydiyyat Şöbəsi) tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikasının amasya rayonunda doğumun qeyd edilməsi fktının müəyyən edilməsinə, doğum aktı qeydinin bərpa edilərək ərizəçiyə yeni “doğum haqqında şəhadətnamə” verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ödənilmiş dövlət rüsumu qanuna müvafiq olan ödənilməli məbləği əhatə etmədiyi üçün iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ayrı-ayrılıqda 10 manat məbləğində Dövlət rüsumu ilə əlaqədar ödəniş etmişdir, halbuki “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci bəndinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində rüsum ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin məcəllənin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5, 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi (maraqlı şəxs: Sumqayıt şəhər Qeydiyyat Şöbəsi) tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar