Məhkəmə qərarları › İş №2(060)-9607/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9607/2021

03.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9607/2021 03.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Cavabdehnə qarşı X1 Xidmətini üçüncü şəxs qismində cəlb etməklə «əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və s. tələbinə dair» iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı X1 Xidmətini üçüncü şəxs qismində cəlb etməklə «əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və s. tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh MMC (VÖEN: **********) arasında 01.07.2019-cu il tarixdə bağlanmış, elektron informasiya sistemində xxxxxxx000200 nömrəsi ilə qeydə alınmış əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququn X1 Xidmətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınmasına qaydasına əməl edilməmiş, işə götürən Cavabdehnə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət edilməmişdir. Bununla da iddiaçı tərəfindən MPM-nin 152.1.6-cı maddəsinindən irəli gələn qanunun göstərişləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması noqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, q ərara aldı: İddiaçı Cavabdehnə qarşı X1 Xidmətini üçüncü şəxs qismində cəlb etməklə «əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və s. tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar