Məhkəmə qərarları › İş №2(060)-9608/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9608/2021

01.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9608/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu, Ərizəçi maraqlı şəxslər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisi, http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1719867Maraqlı şəxs2, http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1719867Maraqlı şəxs3 və http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1719867Maraqlı şəxs4 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə» dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxslər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisi, http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1719867Maraqlı şəxs2, http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1719867Maraqlı şəxs3 və http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1719867Maraqlı şəxs4 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə» dair ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Lakin Ərizəçi ərizəsində maraqlı şəxs qismində cəlb etdiyi http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1719867Maraqlı şəxs4 ünvanı RF Moskva şəhəri, Vasiltsovski Stan küçəsi, ev 5, korpus 2, mən 216 kimi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa ərizəyə ılavə edilmiş ərizəçinin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi Qazax rayonun Aşağı Əskipara kəndində qeydiyyatdadır. Buna baxmayaraq, ərizəçi Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçinin ərizəsi Sumqayıt Şəhər Məhkəməsinin 23.09.2021-ci tarixli qərardadı ilə geri qaytarılaraq, ərizədəki nöqsanların aradan qaldırılması izah edilsə də, ərizəçi həmin nöqsanları aradan qaldırmadan ərizəni məhkəməyə təkrar olaraq təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxslər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisi, http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1719867Maraqlı şəxs2, http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1719867Maraqlı şəxs3 və http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1719867Maraqlı şəxs4 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə» dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar