Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-972/2020 16.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh Ramazan oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Ramazan oğluna qarşı «uşağın himayəyə verilməsi və aliment məbləğinin artırılması tələbinə» dair ilkin iddia ərizəsi və Cavabdeh Ramazan oğlunun İddiaçı qarşı “uşağın anadan alınıb atanın himayəsinə verilməsi və alimentin tutulması tələbinə” dair qarşılıqlı iddia tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Ramazan oğluna qarşı «uşağın himayəyə verilməsi və aliment məbləğinin artırılması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Cavabdeh Ramazan oğlu İddiaçı qarşı “uşağın anadan alınıb atanın himayəsinə verilməsi və alimentin tutulması tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Ramazan oğlu qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən hesab edir ki, ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Ramazan oğluna qarşı «uşağın himayəyə verilməsi və aliment məbləğinin artırılması tələbinə» dair ilkin iddia ərizəsi və Cavabdeh Ramazan oğlunun İddiaçı qarşı “uşağın anadan alınıb atanın himayəsinə verilməsi və alimentin tutulması tələbinə” dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-972/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-972/2020
16.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver