Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-974/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Seyfullayeva Nuridə Şəmil qızına qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Seyfullayeva Nuridə Şəmil qızının onun mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilindən istifadə hüquqlarına xitam verilməklə, cavabdehlərin həmin mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, 2016-cı li tarixdə də Cavabdeh1 özünə məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evini notarial qaydada ona satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16.08.2016-cı il tarixli, seriya RX № ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil onun tam mülkiyyətindədir. Lakin mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan cavabdehlər Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Seyfullayeva Nuridə Şəmil qızı mənzili ona satdıqdan sonra 90 (doxsan) gün müddətində qeydiyyatdan çıxacaqlarını bildirsə də, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdırlar ki, bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasma gətirib çıxarmışdır. Buda ona kommunal xərclərinin ödənilməsində və mənzilin idarə olunmasında əlavə problemlər yaradır. O, cavabdehlərin qeydiyyatdan çixarılmaları üçün Sumqayıt Şəhər Polis İdarəsinə ərizə iə müraciət etsə də idarədən 14.10.2020-ci il tarixli 123 N 3358 M-3220 saylı məktubla ona bildirilmişdir ki, məhkəməyə müraciət etsin. Ona görədə hesab edir ki, Cavabdeh1 və onun ailə üzvlərinin məhkəmə qaydasında qeydiyyatdan çıxarılmaları qanuna uyğundur. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Seyfullayeva Nuridə Şəmil qızının onun mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilindən istifadə hüquqlarına xitam verilməklə, cavabdehlərin həmin mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Seyfullayeva Nuridə Şəmil qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və məhkəməyə gəlməmələrinin səbəbləri barədə qabaqcadan xəbər verməmişlər. Mülki-Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Belə olan halda, məhkəmə Mülki-Prosessual Məcəllənin 147 və 185.5-ci maddələrinə görə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin X2 ünvanladıqları 14.10.2020-ci il tarixli, 12333585M-3220 saylı məktubundan görünür ki, Cavabdeh1 və ailə üzvlərinin qeydiyyatdan çıxarılmasına görə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan 19.07.2019-cu il tarixli, AN-İ №0788797 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, X6 mülkiyyətində olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 13/10, mənzil 52-ni 39000 (otuz doqquz min) manata X1. Müqavilənin 13-cü bəndinə əsasən satıcı X7 19.01.2021-ci il tarixə kimi qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №0915438 saylı “çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrində 16.08.2016-cı il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 26.09.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1-də qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi vətəndaşın qeydiyyatda olduğu ünvan barədə elektron arayışın surətindən görünür ki, Seyfullayeva Nuridə Şəmil qızı Sumqayıt şəhəri, Saray bağlar massivi, ev 4355D-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə baxışı zamanı və iş materiallarına əlavə edilmiş sənəddən müəyyən edilir ki, iş üzrə cavabdehlər kimi göstərilmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Seyfullayeva Nuridə Şəmil qızı göstərilən ünvanda 2016-cı ildən yaşamır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi vətəndaşın qeydiyyatda olduğu ünvan barədə elektron arayışın surətindən görünür ki, Seyfullayeva Nuridə Şəmil qızı Sumqayıt şəhəri, Saray bağlar massivi, ev 4355D-də qeydiyyatdadır. Belə olan halda məhkəmə iddia tələbini qismən təmin edir və hesab edir ki, cavabdehlərdən olan Seyfullayeva Nuridə Şəmil qızı iddiaçının mənzilində deyil, başqa bir ünvanda qeydiyyatda olduğu üçün iddia tələbi ona qarşı hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən halları sübuta yetirib. Belə ki, iddiaçı ünvan 1-ü alqı-satqı yolu ilə əldə edib. Sonradan həmin müqaviləni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə aldırıb və ona hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməklə, o, mənzilə mülkiyyət hüququ qazanıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 1/42-də yerləşən 4 saylı mənzildə yaşamadıqlarını və özlərinə məxsus əmlaklarını götürüb daimi yaşamaq üçün başqa yerə getməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 1/42-də yerləşən 4 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə həmin mənzildən pasport qeydiyyatından çıxarılmalı və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 1/42-də yerləşən 4 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə həmin mənzildən pasport qeydiyyatından çıxarılsınlar. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-974/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-974/2021
31.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver