Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-979/2020 04.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontorunа qarşı miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontorunа qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxx” Kiçik Müəssisəsinin mərhum əri X4 məxsus payının miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X13 oglu "xxxxxxx” Kiçik Müəssisəsinin payçılarından biri olmuşdur. Digər pavçılarla birlikdə bərabər pay hüququna sahib olmuşdur. xx.xx.1998-ci ildə qeydiyyatdan keçmiş “xxxxxxx'' Kiçik Müəssisəsi kommersiya fəaliyyəti ilə məşğuldur. Həyat yoldaşı xx xxxxxxxx 2005-ci il tarixdə vəfat etsə də, hal-hazıra qədər ondan qalan mirası müəyyən səbəblərdən qəbul edə bilməmişdir. Müəssisənin digər payçıları da qeyd olunan payın faktıkı olaraq onun tərəfindən qəbul edilməsi haqqında məlumatlıdırlar. Hesab edir ki, “xxxxxxx" Kiçik Müəssisəsinin mərhum əri X5 məxsus olmuş payın tərəfindən miras əmlakı kimi qəbul olunması faktı müəyyən olunmalıdır. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili Vəkil ərizə ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Vəkil eyni zamanda bildirdi ki, sənədlər arasında Vidadi Əliyevin atasının adı ilə bağlı olan yanlışlıq texniki səhvdir. Müəssisəyə və şəxsə aid olan sənədlər həqiqətən də ərizəçinin mərhum əri Vidadi Əliyevə məxsusdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontorun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbl barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hüquq haqqında mübahisə olduğu üçün ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİİ yarımbölməsi məhkəmədə xüsusi icraat qaydasında işlərə baxılmasının qaydalarını müəyyən edir. Xüsusi icraat - məhkəmədə mülki işlərə baxılmasının hüquq haqqında mübahisənin olmaması və xüsusi müdafiə üsul və vasitələrinin tətbiqi ilə xarakterizə olunan icraat növüdür. Xüsusi icraat qaydasında baxılan işlərin bu vacib xüsusiyyəti qanunda, MPM-nin 306.4cü maddəsində təsbit olunmuşdur. Xüsusi icraat qaydasında işlərə baxılarkən hüquq haqqında mübahisə yaranarsa, məhkəmə ərizəni baxılmamış saxlamalı və maraqlı şəxslərə (ərizəçilərə və hüququ mübahisələndirən şəxslərə) iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarını izah etməlidir. İş materiallarında olan İV-JQ seriyalı, 292229 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə Abasova Gülçöhrə Salah qızı xx xxxxx 1986-cı ildə nikaha daxil olmuşlar, bu barədə nikahın akt qeydləri kitabında 421 saylı qeyd edilmişdir. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan ölüm haqqında xx.xx.2005-ci il tarixli 1816 saylı arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X10 xx.xx.2005-ci il tarixdə etil spirtindən zəhərlənmə səbəbi ilə ölmüşdür. İş materiallarına əlavə edilmiş Vergi ödəyicisinin uçota alınması haqqında xx.xx.2005-ci il tarixli şəhadətnamədən görünür ki, ********** saylı VÖEN-ə sahib olan “xxxxxxx” Kiçik Müəssisəsi 2 saylı X7 vergi ödəyicisi kimi qeydə alınmışdır. İşdə olan AR Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, “xxxxxxx” Kiçik Müəssisəsi xx.xx.1998-ci il tarixdə qeydə alınmışdır. Təsisçiləri X1 - 1 pay, X9 – 1 pay və X3r – 1 pay. AZE seriyalı, 15680710 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Ərizəçi xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Qeyd olunan sənədlərdən görünür ki, İV-JQ seriyalı, 292229 saylı nikah haqqında şəhadətnamədə və xx.xx.2005-ci il tarixli 1816 saylı ölüm haqqında arayışda ərizəçinin mərhum ərinin atasının adı “İmaş” göstərilmişdir. Lakin Kommersiya qurumunun Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli Çıxarışda “xxxxxxx” Kiçik Müəssisəsinin təsisçilərindən biri olan V.Əliyevin atasının adı “Vidadi” kimi göstərilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Məhkəmə hesab edir ki, hazırda ərizəçinin mərhum əri X6 həqiqətən “xxxxxxx” Kiçik Müəssisəsinin təsisçilərindən biri olan X9 olması, o cümlədən təsisçi kimi hüquqların ərizəçinin mərhum əri X8 aid olması mübahisəlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə əsas olan hüquq haqqında mübahisə vardır və belə olduğu təqdirdə, ərizəyə xüsusi icraat qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontorunа qarşı miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Eyni zamanda məhkəmə ərizəçiyə izah edir ki, hazırki tələblə ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 308, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontorunа qarşı miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, hazırki tələblə ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-979/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-979/2020
04.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver