Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-986/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə 15 aprel 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə, doğum aktı qeydinin bərpa edilərək ona yeni “doğum haqqmda şəhadətnamə” verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. Özünə məxsus “doğum haqqında şəhadətnamə”ni naməlum şəraitdə itirmişdir. Hal-hazırda sənədi təkrar ala bilmir. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən müəyyən problemlərlə rastlaşır. Bunun üçün o, doğum haqqında akt qeydinin bərpa olunması üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xahişi təmin olunmamış və ona izah olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Bildirir ki, hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyil. Belə ki, arxiv sənədləri Ermənistan Respublikasındadır. Doğum haqqında şəhadətnaməmin olmaması ona bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Ona görə də hesab edir ki, doğum haqqında akt qeydi məhkəmə tərəfindən bərpa olunmalıdır. Doğum haqqında akt qeydinin bərpası ona doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Yuxarıda göstərdiklərinə əsasən, o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ilə məhkəməyə teleqram vuraraq, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının onu iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 07 oktyabr 2021-ci il tarixli, 05/Q-3693/15 saylı məktubundan görünür ki, Ərizəçi doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən (tərcümə ilə) görünür ki, X6 02.06.2016-cı il tarixdə Rusiya Federasiyası, Marinsk şəhəri, Kemerova vilayətində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında müvafiq qeyd olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10.09.1958-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunda doğulmuşdur. X1, anası X5r. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarılmış şəxsi məlumatlardan görünür ki, Ərizəçi xx.xx.1970-cı ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda doğulmuşdur. İş materiallarında olan elektron sistemdən çıxarılmış şəxsin qohumluq məlumatlarından görünür ki, Ərizəçi əri X3r və 08.06.1965-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda doğulmuşdur. Beləliklə, Ərizəçi xx.xx.1970-cı ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. X1, anası X5r. Bu fakt iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1970-cı ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1970-cı ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda doğulması faktı müəyyən olunsun. Ərizəçi doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamənin ata qrafasında X2, ana qrafasında isə X7 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-986/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-986/2022
15.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver