Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1066/2025 16.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı MMC-in, Cavabdeh qarşı müqavilə üzrə pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı cavabdehlə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixində “İbtidai (orta) təhsilin təşkili” müqaviləsi üzrə X1 və X2 əsas təhsil haqqı üzrə ödənilməmiş, ümumilikdə 11748 manat təhsil haqqına görə pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 125,24 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMCə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində iddia tələbini müdafiə etdiklərini, məhkəmə baxışı iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə baxışı iclasının onların iştirakları olmadan keçirilməsi və iddialarının təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X1 və X2 valideyni Cavabdeh ilə İddiaçı MMC arasında 07 oktyabr 2024-cü il tarixində “İbtidai (orta) təhsilin təşkili” müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdehin övladları İddiaçı MMC-ə qəbul edilmişlər. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, X3 münasibətdə, Təhsil Müəssisəsinin ibtidai (orta) təhsil pilləsi üzrə, bir tədris ili üçün təhsil haqqı (nağdsız qaydada olan ödənişlərdə bank ödəmələri istisna olmaqla) 9000 manat təşkil etmiş, ödəniş həyata keçirilən gün, Azərbaycan Mərkəzi bankının həmin günə olan satış məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, eyni qaydanın həm birdəfəlik, həm də hissə-hissə həyata keçirilən ödənişlərə şamil edilməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, cavabdehin övladı X3 münasibətdə, müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş əsas təhsil haqqı məbləğinə güzəşt tətbiq edilmiş və təhsil haqqı ödənişi 8250 manat təkil etmişdir. Yuxarıda qeyd olunan müqavilə bağlanan zaman, cavabdehə, N-606 nömrəli hesab faktura təqdim olunmuşdur. N-606 nömrəli hesab fakturaya əsasən X1 təhsil haqqı olan 8250 manatın 3 hissəyə bölünməklə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən övladı X1 təhsil haqqı üzrə hər hansı bir ödəniş olmamış, hesab faktura üzrə, oktyabr, noyabr və dekabr ayı üzrə olan ödəniş öhdəliyi yerinə yetirilməmişdir. Eyni zamanda cavabdehlə onun övladı X4 təhsil haqqı üzrə hər hansı bir ödəniş olmamış, hesab faktura üzrə, oktyabr, noyabr və dekabr ayı üzrə olan ödəniş öhdəliyi yerinə yetirilməmişdir. Eyni zamanda cavabdehlə onun övladı X2 qəbulu barədə İddiaçı MMC arasında 25 iyun 2024-cü il tarixində “İbtidai (orta) təhsilin təşkili” müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndinə əsasən X6 münasibətdə, Təhsil Müəssisəsinin ibtidai təhsil pilləsi üzrə, bir tədris ili üçün təhsil haqqı 9000 manat təşkil etmiş, ödəniş həyata keçirilən gün, Azərbaycan Mərkəzi bankının həmin günə olan satış məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, eyni qaydanın həm birdəfəlik, həm də hissə-hissə həyata keçirilən ödənişlərə şamil edilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, cavabdehin övladı X3 münasibətdə, müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş əsas təhsil məbləğinə güzəşt tətbiq edilmiş və təhsil haqqı ödənişi 7875 manat təşkil etmişdir. Yuxarıda qeyd olunan müqavilə bağlanan zaman, cavabdehə, N-605 (1ingilis) nömrəli hesab faktura təqdim olunmuşdur. N-N-605 (1-ingilis) nömrəli hesab fakturya əsasən X7 təhsil haqdı olan 7875 manatın 3 hissəyə bölünməklə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən övladı X2 təhsil haqqı üzrə hər hansı bir ödəniş olmamış, hesab faktura üzrə oktyabr, noyabr və dekabr ayı üzrə olan ödəniş öhdəliyi yerinə yetirilməmişdir. 2025-ci ilin mart ayından cavabdeh hər iki övladını Liseydən çıxarmış və təhsil haqqı həmin dövrə qədər hesablanmaqla, X1 çıxdığı məqama ödənilməmiş təhsil haqqı 6000 manat, X2 isə 5748 manat təşkil etmuişdir. Hal-hazırda, 07 oktyabr 2024-cü il tarixli “İbtidai (orta) təhsilin təşkili” müqavilələrinə əsasən cavabdehin övladları X1 və X2 əsas təhsil haqqı üzrə ödənilməmiş borcu ümumilikdə 11748 manat təşkil edir. İddiaçı MMC hər iki müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, Cavabdeh 07 oktyabr 2024-cü il tarixli “İbtidai (orta) təhsilin təşkili” müqavilələri üzrə ödənişlərini xx.xx.2024-cü ilədək ödənilməli olduğu halda, öhdəliyini yerinə yetirməəyərək müqavilə müddəalarını pozmuşdur. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməsi barədə ona dəfələrlə şifahi formada müraciət olunmasına baxmayaraq, təhsil haqqının ödənilməsi istiqamətində hər hansı təşəbbüs göstərməmişdir. Halbu ki, qeyd edilən müqavilələrin 3.3.1-ci bəndinə əsasən, bu müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş təhsil haqqını vaxtında və tam şəkldə təhsilverənə ödəmək valideynin vəzifəsi kimi qeyd edilmişdir. Həmçinin bu barədə cavabdehə 24 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubları göndərilmiş və öhdəliyin 5 gün ərzində, hər iki müqavilə üzrə əsas təhsil haqqı borcları ödənilərsə, onda müqavilənin 5.6-cı bəndinə əsasən hesablanmış dəbbə pulunun onlardan tələb olunmayacağı bildirilmişdir. Lakin cavabdeh xəbərdarlıq məktubuna da əməl etməyərək, bu günədək öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı MMC, ölkənin ən qabaqcıl təhsil müəssisələrindən biridir və Lisey tərəfindən istedadlı, savadlı gənclərin ortaya çıxarılması, ümumilikdə dövlətin təhsil sahəsində olan siyasətinin ən yüksək səviyyədə həyata keçirilməsində mühüm rol oynayır. Təhsil müəssisənin maddi texniki bazası və eləcə də müəssisədə dərsləri həyata keçirən müəllimlərin əmək haqqları, Təhsil müəssisəsinin valideynlərlə bağladığı müqavilələr əsasında formallaşan təhsil haqqları hesabına ödənilməkdədir. Belə olan halda, valideynin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi qərəzli şəkildə icra edilməməsi, təhsil müəssisələrini hüquqlarını pozmaqla yanaşı, müəllimlərin əmək haqqlarının da ödənilməsində, bütövlükdə götürdükdə isə dövlətin təhsil strategiyasında böyük problemlərə səbəb olur. Yuxarıda qeyd edilənlərə əsasən cavabdehlə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixində “İbtidai (orta) təhsilin təşkili” müqaviləsi üzrə X1 və X2 əsas təhsil haqqı üzrə ödənilməmiş, ümumilikdə 11748 manat təhsil haqqına görə pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 125,24 manat dövlət rüsumunun Cavabdeh Vafiq oğlundan tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarında olan SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin və vəkilin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli orta təhsilin verilməsinə dair müqavilənin surətindən görünür ki, İddiaçı MMC-in direktoru ilə Cavabdeh arasında orta təhsilin verilməsinə dair müqavilə bağlanmış, tərəflər həmin müqaviləyə əsasən üzərinə öhdəliklər götürmüş, X2 əsas təhsil haqqı üzrə ödəniləcək məbləğ 7875 manat təşkil etməsi ilə bağlı razılığa gəlmiş və müqavilənin şərtlərini qəbul edərək imzalamışlar. Məhkəmədə elan olunmuş 605 nömrəli (1-ingilis) hesab fakturadan görünür ki, xx.xx.2024cü il tarixli “İbtidai (orta) təhsilin təşkili” müqaviləsinə əsasən X2 əsas təhsil haqqı ödəniləcək məbləğ 7875 manat təşkil etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli orta təhsilin verilməsinə dair müqavilənin surətindən görünür ki, İddiaçı MMC-in direktoru ilə Cavabdeh arasında orta təhsilin verilməsinə dair müqavilə bağlanmış, tərəflər həmin müqaviləyə əsasən üzərinə öhdəliklər götürmüş, Cavabdeh İbrahim oğlunun əsas təhsil haqqı üzrə ödəniləcək məbləğ 8250 manat təşkil etməsi ilə bağlı razılığa gəlmiş və müqavilənin şərtlərini qəbul edərək imzalamışlar. Məhkəmədə elan olunmuş 606 nömrəli (3-ingilis) hesab fakturadan görünür ki, xx.xx.2024cü il tarixli “İbtidai (orta) təhsilin təşkili” müqaviləsinə əsasən Cavabdeh İbrahim oğlunun əsas təhsil haqqı ödəniləcək məbləğ 8250 manat təşkil etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, Cavabdeh onunla İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “İbtidai (orta) təhsilin təşkili” müqaviləsi üzrə X6 görə təhsil haqqı üzrə ödənilməmiş 5748 manat təhsil haqqı borcunun 5 gün müddətində İddiaçı MMC-ə ödənilməsi tələb olunmuşdur. Ona hazırki tələbi yerinə yetirərək, 5 gün ərzində əsas təhsil haqqı borcunu ödəyərsə, onda müqavilənin 5.6-cı bəndinə əsasən hesablanmış dəbbə pulu tələb olunmayacaqdır. Əgər qeyd edilən dövr ərzində təhsil haqqı ödənişi həyata keçirilməzsə, tərəfindən məhkəməyə müraciət olunaraq həmin pulun tutulması, eyni zamanda məhkəməyə müraciət bağlı dövlət rüsumu və hüquqi xidmətlərlə bağlı vəkil xərcləri də ondan tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, Cavabdeh onunla İddiaçı MMC arasında bağlanmış 25 iyun 2024-cü il tarixli “İbtidai (orta) təhsilin təşkili” müqaviləsi üzrə X5 görə təhsil haqqı üzrə ödənilməmiş 6000 manat təhsil haqqı borcunun 5 gün müddətində "xxxx" MMC-ə ödənilməsi tələb olunmuşdur.Ona hazırki tələbi yerinə yetirərək, 5 gün ərzində əsas təhsil haqqı borcunu ödəyərsə, onda müqavilənin 5.6-cı bəndinə əsasən hesablanmış dəbbə pulu tələb olunmayacaqdır. Əgər qeyd edilən dövr ərzində təhsil haqqı ödənişi həyata keçirilməzsə, tərəfindən məhkəməyə müraciət olunaraq həmin pulun tutulması, eyni zamanda məhkəməyə müraciət bağlı dövlət rüsumu və hüquqi xidmətlərlə bağlı vəkil xərcləri də ondan tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə ərizədə göstərilənləri,araşdırılmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X1 və X2 valideyni Cavabdeh Vafiq oğlu ilə İddiaçı MMC arasında 07 oktyabr 2024-cü il tarixində “İbtidai (orta) təhsilin təşkili” müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdehin övladları İddiaçı MMC-ə qəbul edilmişlər. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, X3 münasibətdə, Təhsil Müəssisəsinin ibtidai (orta) təhsil pilləsi üzrə, bir tədris ili üçün təhsil haqqı (nağdsız qaydada olan ödənişlərdə bank ödəmələri istisna olmaqla) 9000 manat təşkil etmiş, ödəniş həyata keçirilən gün, Azərbaycan Mərkəzi bankının həmin günə olan satış məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, eyni qaydanın həm birdəfəlik, həm də hissə-hissə həyata keçirilən ödənişlərə şamil edilməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, cavabdehin övladı X3 münasibətdə, müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş əsas təhsil haqqı məbləğinə güzəşt tətbiq edilmiş və təhsil haqqı ödənişi 8250 manat təkil etmişdir. Yuxarıda qeyd olunan müqavilə bağlanan zaman, cavabdehə, N-606 nömrəli hesab faktura təqdim olunmuşdur. N-606 nömrəli hesab fakturaya əsasən X1 təhsil haqqı olan 8250 manatın 3 hissəyə bölünməklə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən övladı X1 təhsil haqqı üzrə hər hansı bir ödəniş olmamış, hesab faktura üzrə, oktyabr, noyabr və dekabr ayı üzrə olan ödəniş öhdəliyi yerinə yetirilməmişdir. Eyni zamanda cavabdehlə onun övladı X4 təhsil haqqı üzrə hər hansı bir ödəniş olmamış, hesab faktura üzrə, oktyabr, noyabr və dekabr ayı üzrə olan ödəniş öhdəliyi yerinə yetirilməmişdir. Eyni zamanda cavabdehlə onun övladı X2 qəbulu barədə İddiaçı MMC arasında 25 iyun 2024-cü il tarixində “İbtidai (orta) təhsilin təşkili” müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndinə əsasən X6 münasibətdə, Təhsil Müəssisəsinin ibtidai təhsil pilləsi üzrə, bir tədris ili üçün təhsil haqqı 9000 manat təşkil etmiş, ödəniş həyata keçirilən gün, Azərbaycan Mərkəzi bankının həmin günə olan satış məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, eyni qaydanın həm birdəfəlik, həm də hissə-hissə həyata keçirilən ödənişlərə şamil edilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, cavabdehin övladı X3 münasibətdə, müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş əsas təhsil məbləğinə güzəşt tətbiq edilmiş və təhsil haqqı ödənişi 7875 manat təşkil etmişdir. Yuxarıda qeyd olunan müqavilə bağlanan zaman, cavabdehə, N-605 (1ingilis) nömrəli hesab faktura təqdim olunmuşdur. N-N-605 (1-ingilis) nömrəli hesab fakturya əsasən X7 təhsil haqdı olan 7875 manatın 3 hissəyə bölünməklə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən övladı X2 təhsil haqqı üzrə hər hansı bir ödəniş olmamış, hesab faktura üzrə oktyabr, noyabr və dekabr ayı üzrə olan ödəniş öhdəliyi yerinə yetirilməmişdir. 2025-ci ilin mart ayından cavabdeh hər iki övladını Liseydən çıxarmış və təhsil haqqı həmin dövrə qədər hesablanmaqla, X1 çıxdığı məqama ödənilməmiş təhsil haqqı 6000 manat, X2 isə 5748 manat təşkil etmuişdir. Hal-hazırda, 07 oktyabr 2024-cü il tarixli “İbtidai (orta) təhsilin təşkili” müqavilələrinə əsasən cavabdehin övladları X1 və X2 əsas təhsil haqqı üzrə ödənilməmiş borcu ümumilikdə 11748 manat təşkil edir. İddiaçı MMC hər iki müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, Cavabdeh 07 oktyabr 2024-cü il tarixli “İbtidai (orta) təhsilin təşkili” müqavilələri üzrə ödənişlərini xx.xx.2024-cü ilədək ödənilməli olduğu halda, öhdəliyini yerinə yetirməəyərək müqavilə müddəalarını pozmuşdur. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməsi barədə ona dəfələrlə şifahi formada müraciət olunmasına baxmayaraq, təhsil haqqınınödənilməsi istiqamətində hər hansı təşəbbüs göstərməmişdir. Odur ki, iddiaçı sözügedən iddia ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış “İbtidai (orta) təhsilin təşkili” müqavilələrinin şərtlərinə əməl etməmiş, idiaçıya olan təhsil haqqı borcunu müqavilədə nəzərdə tutulan müddətdə ödəməmiş, bununla da iki tərəf arasında imzalanmış müqavilənin şərtlərini pozmuşdur. Bu hallar da cavabdehin üzərinə götürdüyü öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və müqavilə üzrə yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Beləliklə, cavabdehin iddiaçı tərəfə olan əsas borc üzrə iki müqavilə üzrə ümumilikdə 11748 (on bir min yeddi yüz qırx səkkiz) manat təşkil edir. Məhkəmə belə hesab edir ki, İddiaçı MMC haqlı olaraq cavabdehə qarşı sözügedən iddianı qaldırmışdır və həmin iddianın təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətndə ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 124 (yüz iyirmi dörd) manat 24 (iyirmi dörd) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsini və iş materiallarını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixində “İbtidai (orta) təhsilin təşkili” müqaviləsi üzrə X1 və X2 əsas təhsil haqqı üzrə ödənilməmiş, ümumilikdə 11748 (on bir min yeddi yüz qırx səkkiz) manat təhsil haqqına görə pul vəsaiti və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 125 (yüz iyirmi beş) manat 24 (iyirmi dörd) qəpik dövlət rüsumu tutularaq İddiaçı MMC-ə ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli “İbtidai (orta) təhsilin təşkili” müqaviləsi üzrə X1 və X2 əsas təhsil haqqı üzrə ödənilməmiş, ümumilikdə 11748 (on bir min yeddi yüz qırx səkkiz) manat təhsil haqqına görə pul vəsaiti və ödənilmiş 125 (yüz iyirmi beş) manat 24 (iyirmi dörd) qəpik dövlət rüsumu tutularaq İddiaçı MMC-ə ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1066/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1066/2025
16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver