Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1069/2025 28.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı Tərtər rayon Qarağacı Bələdiyyəsinin sədri X5, Cavabdeh iştirakları ilə İddiaçı Tərtər rayon Qarağacı Bələdiyyəsinin, Cavabdeh qarşı qanunsuz istifadə olunan bələdiyyə torpaq sahəsinin geri qaytarılması və torpaqdan çıxarılması tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Tərtər rayon Qarağacı Bələdiyyəsi, Cavabdeh qarşı cavabdeh tərəfindən Tərtər rayon Qarağacı Bələdiyyəsinin 0,39 ha torpaq sahəsini özbaşına tutduğu üçün həmin torpaq sahəsinin bələdiyyənin istifadəsinə qaytarılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Tərtər rayon Qarağacı Bələdiyyəsinin sədri X9 göstərmişdir ki, Cavabdeh Tərtər rayon Qarağacı Bələdiyyəsinin mülkiyyətində olan 0,39 ha torpaq sahəsini 2024-cü ilin əvvəllərindən özbaşına tutaraq, qyeri-qanuni istifadə etmişdir. Belə ki, Cavabdeh 1,91 ha pay torpaq sahəsinə malikdir. Lakin aparılmış araşdırmalara və torpaq ölçmə sənədlərinə əsasən onun faktiki olaraq 2,30 ha torpaq sahəsindən istifadə etdiyi müəyyən edilmişdir. Beləliklə, o, 0,39 ha artıq torpaq sahəsindən heç bir hüquqi əsas olmadan qanunsuz istifadə etmişdir. Dəfələrlə ona torpağı boşaltması tələb olunmuş, lakin cavabdeh Tərtər rayon Qarağacı Bələdiyyəsinə məxsus olan torpaq sahəsi boşaltmamışdır. İş üzrə rəy alınmışdır. Odur ki, göstərdiklərinə əsasən Cavabdeh qarşı cavabdeh tərəfindən Tərtər rayon Qarağacı Bələdiyyəsinin 0,39 ha torpaq sahəsini özbaşına tutduğu üçün həmin torpaq sahəsinin bələdiyyənin istifadəsinə qaytarılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh göstərmişdir ki, iddiaçı tərəflə heç bir ədavəti olmamışdır. İddiaçı Tərtər rayon Qarağacı Bələdiyyəsinin sədri X9 ona və ailə üzvlərinə verilmiş pay torpaq sahəsinin 0,39 ha hissəsinin Bələdiyyəyə məxsus olduğunu iddia etmişdir. Həmin torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur və uzun müddətdir ki, torpaq sahəsindən fasiləsiz və maneəsiz olaraq istifadə etmişdir. O, heç kimin torpaq sahəsini zəbt etməmiş, ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsindən istifadə etmişdir. İş üzrə mütəxəssis cəlb edilmiş, rəy alınmışdır. Həmin rəylə tanış olmuşdur. Bütün bunlara əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan AZE № 15141949 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1965-ci ildə Tərtər rayon Qarağacı kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan Tərtər rayon Qarağacı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixdə keçirilmiş ilk iclasının 1 №-li protokolunun surətindən görünür ki, X2 rayon Qarağacı Bələdiyyəsinin sədri seçilmişdir. İş materiallarında olan Tərtər rayon X4 rayon Qarağacı kənd sakini Cavabdeh ünvanladığı məlumatdan görünür ki, Cavabdeh Bələdiyyənin qaytanlanmış kitabında onun və ailə üzvlərinin 1,91 ha torpaq sahəsi olduğu halda 2,30 ha torpaq sahəsini əkdiyini, beləliklə 0,39 ha bələdiyyə torpağılnı zəbt etdiyini, həmin torpaq sahəsindən çıxaraq bələdiyyəyə qaytarılması tələb edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh 2/4 hissədə, X3 1/4 hissədə, X11/4 hissədə Tərtər rayon Qarağacı kəndində yerləşən 2,30 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü ildə ********** nömrə ilə adlarına qeydə alınmışdır. İş materiallarında olan 024490 saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh İİ qrup müharibə əlilidir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-52/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh X6 tərəfindən iddiaçı Cavabdeh və ailə üzvlərinə məxsus Tərtər rayonu Qarağacı kəndində yerləşən mülkiyyətində olan ümumi sahəsi 2,3 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə hüququnun pozulması ilə bağlı hərəkətlərinə son qoyulması, cavabdeh X6 həmin torpaq sahəsinin 1,28 ha hissəsindən çıxarılması, qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 17 noyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Tərtər rayon Qarağacı kəndi “Qaraağacı” təsərrüfatı ərazisində aparılmış ilkin torpaq islahatına əsasən Cavabdeh və ailə üzvlərinə ümumi birgə mülkiyyətinə JN-140 nömrəli Dövlət Aktına əsasən 2,30 ha torpaq sahəsi və TEKUİS məlumat bazasına əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-140 nömrəli Dövlət Aktına əsasən, **********17 reyestr nömrəli çıxarışla 2,30 ha torpaq sahəsi ayrılmışdır. Kompleks yerqurluşu layihəsinin 17 saylı konturunda cavabdehin istifadə etdiyi hissədə hər hansı əkinə yararlı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi qeyd edilməmişdir. Cavabdeh tərəfindən həmin konturda mülkiyyətinə verilmiş 2.30 ha torpaq sahəsindən əlavə hər-hansı torpaq sahəsindən qanunsuz istifadə etmir. Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş, daşınmaz əmlakın reyestr nömrəsi **********17 nömrəli çıxarış, Elektron məlumat bazasında mövcud ərazidə aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və JN-140 nömrəli Dövlət aktındakı kadastr və ölçü parametrlərinə uyğun hazırlanmışdır. **********217 nömrəli çıxarışla 2,30 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə iddiaçının, cavabdehin izahatlarını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyectri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, cavabdehin yaşadığı Tərtər rayon Qarağacı kəndində yerləşən 2,30 ha pay torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətidir. Həmin daşınmaz əmlakla bağlı cavabdehə və onun ailə üzvlərinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi verilmişdir. Lakin iddaçı iddia etdiyi Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsindən cavabdehin istifadə etməsini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Ancaq iddiaçı öz şəxsi mülühizələrinə əsaslanaraq izahat verməklə kifayətlənmişlər. Halbu ki, qanunun tələblərindən aydın olur ki, hər tərəf öz tələbini əsaslandırmalı və sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin mülki işin materiallarına əlavə edilmiş iş üzrə məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəsis rəyindən məlum olmuşdur ki, cavabdehin və ailə üzvlərinin sənəd üzrə mülkiyyətinə verilən 2,30 ha torpaq sahəsinin hər hansı bir ölçüdə hissəsi Qarağacı Bələdiyyəsinin mülkiyyətinə aid deyildir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsi qətnamə çıxarılanadək onlara tapşırılmış vəzifərin həyata keçirilməsi, fiziki şəxsin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məasədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünü idarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Qanunvericiliyin bu normalarına istinad edərək məhkəmə hesab edir ki, dövlət orqanı olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin əməkdaşlarıtərəfindən verilmiş mütəxəssis rəyinə də sübut növü kimi qiymətləndirilməsini məqsədə müvafiq hesab edir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin iddiaçıya münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində göstərdiklərində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcud deyildir. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcud deyildir, cavabdeh özünə və ailə üzvlərinə aid olan pay torpaq sahəsindən istifadə edir. Göstərilənlərə əsasən iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmır. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının dəlillərinə, cavabdeh tərəfin izahatlarına və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub–olmaması, yəni iddiaçının torpaq sahəsi üzərində mülkiyyət və ya əşya hüququnun mövcudluğu, sahiblik hüququnun pozulması və tələb hüququnun yaranması, qeyd edilən hallar mövcud olduğu halda, cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış Tərtər rayon Qarağacı Bələdiyyəsinin sədri müvafiq subyektiv hüquqa malik olub–olmaması məhkəmə tərəfindən araşdırmış və onun hazırki iş üzrə cavabdehin bələdiyyəyə məxsus torpaq sahəsini boşaltmasını tələb etmək hüququ olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin iatifadəsində olan ona və ailə üzvlərinə verilmiş 2,30 ha pay torpaq sahəsində bələdiyyəyə məxsus torpaq sahəsi olmadığı tam təsdiqini tapmışdır. Beləliklə də bu hallar iddiaçıya cavabdehin Bələdiyyəyə məxsus olan torpaq sahəsindən çıxarılması üçün iddia qaldırmaq hüququnu verməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Tərtər rayon Qarağaçı kəndində yerləşən 2,30 ha pay torpaq sahəsinin cavabdehin və onun ailə üzvlərinin payları müəyyən edilməklə xx.xx.2023-cü il tarixdə adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********17 daşınmaz əmlakın reystr nömrəsi ilə tam mükiyyət hüququ əsasında çıxarış sənədi alınmışdır. Cavabdeh və ailə üzvləri həmin torpaq sahəsinin qanuni mülkiyyətçisidir. İddiaçı tərəf mübahisəli torpaq sahəsiniin 0,39 ha hissəsinin Bələdiyyəyə məxsus olmasını göstərsə də bu barədə hər hansı bir qeydiyyat aparılmamış və ya hər hansı bir sənədin olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. İş materiallarını, iddiaçının və cavabdehin izahatlarını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyectri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Tərtər rayon Qarağacı Bələdiyyəsinin, Cavabdeh qarşı cavabdeh tərəfindən Tərtər rayon Qarağacı Bələdiyyəsinin 0,39 ha torpaq sahəsini özbaşına tutduğu üçün həmin torpaq sahəsinin bələdiyyənin istifadəsinə qaytarılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə iddia tələbi təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Tərtər rayon Qarağacı Bələdiyyəsinin, Cavabdeh qarşı cavabdeh tərəfindən Tərtər rayon Qarağacı Bələdiyyəsinin 0,39 ha torpaq sahəsini özbaşına tutduğu üçün həmin torpaq sahəsinin bələdiyyənin istifadəsinə qaytarılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1069/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1069/2025
28.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver