Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1097/2024 19.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların ananın yanında saxlanması və aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında 19 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yanında yaşayan uşaqları - xx.xx.2018-ci il təvəllüdlü X6 (Vasif oğlu), xx.xx.2021-ci il təvəllüdlü X7 (Vasif qızı) və xx.xx.2021-ci il təvəllüdlü X3 (Vasif qızının) özünün yanında saxlanmaları və uşaqların saxlanmasına görə hər ay hər uşağa 300 manat, cəmi 900 manat alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı etiraz və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı cavabdehlə 2016-cı ilin may ayında faktiki ailə quraraq cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş, iki-üç gün sonra X2- Peterburq şəhərinə gedərək 2022-ci ilin iyun ayına kmi orada yaşamış və 2019-cu ildə Sankt- Peterburq şəhərində rəsmi nikaha daxil olmuşlar. Onların orada üç uşaqları - xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X8 doğulmuşdur. Sonradan münasibətləri pozulduğu üçün iddiaçı cavabdehi tərk edərək 2022-ci ilin iyun ayında öz ata evinə - Ağcabədi rayonuna qayıtmışdır. Cavabdeh ilə iddiaçı arasında olan nikah Sankt-Peterburq şəhərinin Frunze Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı hazırda Ağcabədi şəhərində öz ata evində yaşayır, uşaqlar Ağcabədi şəhərində məktəbə gedirlər. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan X1 şəhəri, Furunze rayon vətəndaşlıq vəziyyəti aktarı komitəsi tərəfindən xx.xx.2018-ci il və xx.xx.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X6 (Vasif oğlu), xx.xx.2021-ci il təvəllüdlü X7 (Vasif qızı) və xx.xx.2021-ci il təvəllüdlü X9 (Vasif qızı) doğulmuşdur. İşdə olan mediator Aqil Cəfərov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya xərcinə görə 50 manat pul ödəmişdir. İşdə olan Tərtər rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayə Orqanı üzrə Komissiya tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən müəyyən olunur ki, komissiya xx.xx.2018-ci il təvəllüdlü X6 (Vasif oğlu), xx.xx.2021-ci il təvəllüdlü X7 (Vasif qızı) və xx.xx.2021-ci il təvəllüdlü X3 (Vasif qızının) anası İddiaçı qızının yanında saxlanmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləni 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, iddiaçı cavabdehlə 2016-cı ilin may ayında faktiki ailə quraraq cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş, iki-üç gün sonra X2-Peterburq şəhərinə gedərək 2022-ci ilin iyun ayına kmi orada yaşamış və 2019-cu ildə Sankt-Peterburq şəhərində rəsmi nikaha daxil olmuşlar. Onların orada üç uşaqları - xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X8 doğulmuşdur. Sonradan münasibətləri pozulduğu üçün iddiaçı cavabdehi tərk edərək 2022-ci ilin iyun ayında öz ata evinə - Ağcabədi rayonuna qayıtmışdır. Cavabdeh ilə iddiaçı arasında olan nikah Sankt-Peterburq şəhərinin Frunze Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı hazırda Ağcabədi şəhərində öz ata evində yaşayır, uşaqlar Ağcabədi şəhərində məktəbə gedirlər. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlığının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamaları və ailənin saxlanması qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, artıq ailənin bərpası mümkün deyldir. Ona görə də tərəflər arasındakı nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan vəəmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını vəərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda uşağın kimin yanında qalması, uşağın saxlanmasıüçün alimentim hansı valideyindən və hansı miqdarda tutulmasını müəyyən etmək və ər-arvaddan birinin tələbi ilə onların birgə mülkiyyətində olan əmlakların bölgüsünə dair məsələlər məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Uşaqlar 7 yaşına çatmadıqları üçün onların məhkəmə iclasında dinlənilməsi mümkün olmamışdır. Məhkəmə uşağın valideyinlərdən hansının yanında qalması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş faktiki olaraq iddiaçının (ananın) yanında qaldığından, eləcə də Tərtər rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayə Orqanı üzrə Komissiyası onların iddiaçının (ananın) yanında qalmasını məqsədəmüvafiq hesab etdiyindən onlar iddiaçının (ananın) yanında saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutub uşağa görə alimentin tutulması məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 (Vasif oğlu), xx.xx.2021-ci il təvəllüdlü X7 (Vasif qızı) və xx.xx.2021-ci il təvəllüdlü X9 (Vasif qızı) iddiaçının (ananın) himayəsində qaldığı üçün onların saxlanması üçün cavabdehdən aliment tutularaq iddiaçıya verilməlidir. İddiaçı cavabdehin aylıq qazancı və geniş maddi imkana malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə uşalara görə tutulmalı alimentin miqdarı məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı müəyyənləşdirərkən, hər bir halda uşaqların mənafeyi üstün tutmalı, onların hüquqularının təmin olunmasına maksimum şərait yaradılmalıdır. Ona görə də alimentə dair hissədə iddia qismən təmin edilməli və cavabdehdən hər ay hər uşağa görə 200 manat, cəmi 600 manat məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi ilə bağlı xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesab olunmalıdır. İddiaçılar məcburi köçkün olaraq dövlət rüsumunu ödəməkdən azad olunmaqla iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəməmişdir. Hazırkı tələb həm də qiymətləndirilməyən tələblə bağlı olmaqla həmin tələblər üzrə 100 manat aliment ödənilməli olduğundan və İddiaçı mediasiya xərcinə görə 50 manat pul ödədiyindən cavabdehdən 50 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından doğulan – xx.xx.2018-ci il təvəllüdlü X6 (Vasif oğlu), xx.xx.2021-ci il təvəllüdlü X7 (Vasif qızı) və xx.xx.2021-ci il təvəllüdlü X3 (Vasif qızının) İddiaçı yanında (himayəsində) qalmaları müəyyən edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X6 (Vasif oğlu), xx.xx.2021-ci il təvəllüdlü X7 (Vasif qızı) və xx.xx.2021-ci il təvəllüdlü X3 (Vasif qızının) yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 600 manat aliment tutularaq İddiaçı verilsin. Qətnamə alimentin tututlmasına dair hissədə dərhal icra edilsin. İddia alimentə dair qalan hissədə təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan dövlət rüsumuna görə 50 manat pul Cavabdeh tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN:TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №2(061)-1097/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1097/2024
19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver