Məhkəmə qərarları › İş №2(061)-11/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-11/2025

23.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-11/2025 23.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı1, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İlyasova (Tağıyeva) Aybəniz Teymur qızının Cavabdeh qarşı maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla torpaq sahsinə cavabdehin müdaxiləsinin qarşısı alınmaqla həmin torpaq sahəsindən çıxarılma və maddi ziyan tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İlyasova (Tağıyeva) Aybəniz Teymur qızı Cavabdeh qarşı üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X11maqla Tərtər Rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə Tərtər Rayon Bəyimsarov kəndində onların mülkiyyətlərinə verilmiş 2,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh müdaxiləsinin qarşısı alınmaqla həmin torpaq sahəsindən çıxarılması və cavabdehin torpaq sahəsini zəbt etdiyi 20 il müddətində onlara vurduğu 10000 manat maddi ziyanın ödənilməsi, habelə dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İlyasova (Tağıyeva) Aybəniz Teymur qızı iddia tələbini onunla əsaslandırmışlar ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə Tərtər rayon Bəyimsarov kəndində İddiaçı1, X5, İddiaçı2, Tağıyeva (İlyasova) Aybəniz Teymur qızı və X2 mülkiyyətinə 2,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh mülkiyyətlərinə verilən 2,83 ha pay torpaq sahəsini zəbt edərək onlara torpaq sahələrindən istifadə etməyə imkan verməmişdir. Dəfələrlə xəbrdarlıq edilməsinə baxmayaraq Cavabdeh torpaq sahəsindən çıxmamışdır. Ona görə də Cavabdeh qarşı üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X11maqla Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə Tərtər Rayon Bəyimsarov kəndində onların mülkiyyətlərinə verilmiş 2,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh müdaxiləsinin qarşısı alınmaqla həmin torpaq sahəsindən çıxarılması və cavabdehin torpaq sahəsini zəbt etdiyi 20 il müddətində onlara vurduğu 10000 manat maddi ziyanın ödənilməsi, habelə dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini istəmişlər. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşlar. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999cu il tarixli, 01 saylı qərarı ilə Tərtər rayon Bəyimsarov kəndində onların mülkiyyətlərinə verilmiş 2,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh müdaxiləsinin qarşısı alınmaqla həmin torpaq sahəsindən çıxarılması və cavabdehin torpaq sahəsini zəbt etdiyi 20 il müddətində onlara vurduğu 10000 manat maddi ziyanın ödənilməsi, habelə dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçılar İddiaçı2 və İlyasova (Tağıyeva) Aybəniz Teymur qızının məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına məhkəmə iclasına gələ bilməmişlər. Onların iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə Tərtər rayon Bəyimsarov kəndində İddiaçı1, X5, İddiaçı2, Tağıyeva (İlyasova) Aybəniz Teymur qızı və X2 mülkiyyətinə 2,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh qanunsuz olaraq onların xüsusi mülkiyyətlərində olan bütün pay torpaq sahəsini zəbt edib onları öz torpaq sahələrində əkin-biçin işləri aparmağa imkan verməmişdir. Məhkəməyə cavabdehin onlara məxsus pay torpaq sahəsinidən çıxarılması və cavabdehin torpaq sahəsini zəbt etdiyi 20 il müddətində onlara vurduğu 10000 manat maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbi ilə müraciət etmişlər. İş üzrə ekspertiza təyin edilmiş və müvafiq olaraq mütəxəssis və ekspert rəyləri alınmışdır. Rəylərə qarşı etirazı olmadığını bildirmişdir. Göstərdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul ediıməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı tərəflə heç bir ədavəti olmamışdır. İddiaçı onun istifadə etdiyi torpaq sahəsinin bir hissəsinin ona məxsus olduğunu iddia etmişdir. Həmin torpaq sahəsi başqasına məxsusdur və uzun müddətdir ki, torpaq sahəsindən fasiləsiz və etirazsız olaraq istifadə etmişdir. O, heç kimin torpaq sahəsini zəbt etməmiş, onun adı mülkiyyətdə olmasa da torpaq sahəsi ona etibar edilmiş, o da istifadə etmişdir. İş üzrə ekspert, mütəxəssis cəlb edilmiş, rəy alınmışdır. Bütün bunlara əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə iddiaçılar İddiaçı2 və İlyasova (Tağıyeva) Aybəniz Teymur qızına, üçüncü şəxslər Azərbaycan Respublikaının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan Tərtər rayon Bəyimsarov kənd İƏD-i üzrə nümayəndənin verdiyi 74 saylı 19 fevral 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 Tərtər rayon Bəyimsarov kəndində daimi qeydiyyatdadır. İş materiallarında olan JN-552 nömrəli, KOD 61100028 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə Tərtər rayon Bəyimsarov kəndində İddiaçı1, X5, İddiaçı2, Tağıyeva (İlyasova) Aybəniz Teymur qızı və X2 mülkiyyətinə 2,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN:552 nömrəli dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə 2,63 ha torpaq sahəsi verilmişdir. Lakin TEKUİS məlumat bazasına əsasən mülkiyyətinə 2,52 ha torpaq sahəsi nəzərdə tutulmuşdur. TEKUİS məlumat bazasına əsasən mülkiyyətə verilmiş 2,52 ha torpaq sahəsinin 1,85 ha hissəsini Cavabdeh və qalan hissəsini digər şəxslər istifadə edir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş plan əlavə olunur. İş materiallarına əlavə edilmiş 06 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16- 16/2-10/618/2025 saylı 06 may 2025-ci tarixli tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilir ki, torpağa mülkiyyət hüququna dair JN:552 nömrəli dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə 2,63 ha torpaq sahəsi verilmişdir. Lakin TEKUİS məlumat bazasına əsasən mülkiyyətinə 2,52 ha torpaq sahəsi nəzərdə tutulmuşdur. TEKUİS məlumat bazasına əsasən mülkiyyətə verilmiş 2,52 ha torpaq sahəsinin 1,85 ha hissəsini Cavabdeh və qalan hissəsini digər şəxslər istifadə edir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş plan əlavə olunur. Məhkəmə iddiaçıın, cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, “Torpağa Mülkiyyət Hüququna Dair” JN:552 nömrəli dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə 2,63 ha torpaq sahəsi verilmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı1, Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə Tərtər rayon Bəyimsarov kəndində onun, X1, İddiaçı2, Tağıyeva (İlyasova) Aybəniz Teymur qızının və X2 mülkiyyətinə 2,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verildiyini, Cavabdeh qanunsuz olaraq onların xüsusi mülkiyyətlərində olan bütün pay torpaq sahəsini zəbt edib onları öz torpaq sahələrində əkin-biçin işləri aparmağa imkan vermədiyini, məhkəməyə cavabdehin onlara məxsus pay torpaq sahəsinidən çıxarılması və cavabdehin torpaq sahəsini zəbt etdiyi 20 il müddətində onlara vurduğu 10000 manat maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbi ilə müraciət etdiklərini iddialarının təmin edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh onların xüsusi mülkiyyətlərində olan bütün pay torpaq sahəsini zəbt edib onları öz torpaq sahələrində əkin-biçin işləri aparmağa imkan vermədiyini bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Cavabdeh ümumiyyətlə idiaçılara məxsus olan pay torpaq sahəsindən istifadə etmədiyini qeyd etsə belə bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hər iki tərəf öz şəxsi mülahizələrinə əsaslanaraq ifadələr vermişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdeh tərəfindən 20 il ərzində iddiaçıların pay torpaq sahəsindən istifadə etməklə ona vurduğu zərərin əvəzi olaraq 10000 manat məbləğində təşkil etməsini, eləcə də cavabdehlərin ona ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdehlərlə iddiaçının arasında torpaqla bağlı mübahisə yaranması öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. İşin müəyyən olunmuş halarından görünür ki, iddiaçılar cavabdeh tərəfindən 20 il müddətində iddiaçıların pay torpaq sahəsindən istifadə etməklə onlara vurduğu zərərin əvəzi olaraq 10000 manat məbləğində təşkil etməsinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız formal mülahizələrlə öz tələbini əsaslandırmaqla kifayətləndirmişdir. Bu da iddianın həmin hissəsinin qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmamışdır. Məhkəmə hesab edir ki, belə vəziyyətdə iddiaçıların cavabdehin 20 il müddətində iddiaçıların pay torpaq sahəsindən istifadə etməklə onlara vurduğu zərərin əvəzi olaraq 10000 manat məbləğində təşkil etməsinə dair hissəsinin təmin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya iddiaçının sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçıların qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsinin 1,85 ha hissəsi Cavabdeh istifadəsində və sahibliyindədir. Cavabdeh həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamış, ancaq öz qanunsuz hərəkətlərinə əsaslanaraq torpaqdan istifadə edir. Ona görə də Cavabdeh sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Tərtər rayon Sarov kəndində yerləşən və iddiaçıların mülkiyyətində olan 3,0846 hektar pay torpaq sahəsinin 0,08 ha hissəsindən cavabdeh Mayıl Aslanov çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2 və İlyasova (Tağıyeva) Aybəniz Teymur qızından Cavabdeh müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X3, KOD 210005, m/h AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün İddiaçı1 ödədiyi 100 (yüz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarını, idiaçının və cavabdehin izahatını, iş materiallarına əlavə edilmiş mütəxəssis və ekspert rəylərini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh Tərtər Rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə Tərtər Rayon Bəyimsarov kəndində iddiaçılar İddiaçı1, X1, İddiaçı2, Tağıyeva (İlyasova) Aybəniz Teymur qızının və X2 mülkiyyətinə verilmiş 2,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,85 ha hissəsindən çıxarılmalı, İddiaçı1 ödədiyi 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutulmalı, iddiaçının xeyrinə ödənilməlidır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Tərtər Rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə Tərtər Rayon Bəyimsarov kəndində iddiaçılar İddiaçı1, X1, İddiaçı2, Tağıyeva (İlyasova) Aybəniz Teymur qızının və X2 mülkiyyətinə verilmiş 2,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,85 ha hissəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı1 ödədiyi 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutulsun, iddiaçının xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2 və İlyasova (Tağıyeva) Aybəniz Teymur qızından Cavabdeh müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X3, KOD 210005, m/h AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar