Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1118/2025 05.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı 2/3 pay sahibi olduğu mənzilə köçürülmə, yaşayış sahəsinə istifadə hüququ tanınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X5 qarşı onun ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-da olan 2/3 pay sahibi olduğu 121 nömrəli mənzilə köçürülməsinə və oradan sərbəst istifadə etməsinə icazə verilməsi, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdeh X1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-163/2025 saylı qətnaməsinə əsasən cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-da olan 121 nömrəli mənzil üzərində mülkiyyət hququ tanınmışdır. Belə ki, İddiaçı ilə cavabdeh X2 birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-da olan 121 nömrəli mənzil üzərində iddiaçının himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqları nəzərə alınmaqla 2/3 hissədə, cavabdeh X6 1/3 hissədə payların müəyyən edilməsi barədə qərar qəbul olunmuş və icrası Bakı Şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra məmurunun icra sənədinin icrası ilə bağlı "xxxx" MTK-ya göndərdiyi bildiriş əsasında MTK sədri tərəfindən xx.xx.2025-ci il tarixdə yeni paylı müqavilələr hazırlanmış və təhvil verilmişdir. Cavabdeh X8 qapını başlamış və onun mənzilə köçməsinə və mülkiyyətindən istifadə etməsiniə maneə yaratmışdır. Mülkiyyətçi ona məxsus olan əmlak və pay hissəsində istədiyi kimi sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək hüququna malikdir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri onun mülkiyyət hüquqlarını pozmuşdur. Bu hal onun 2/3 pay mülkiyyətində olan evdən hazırda və gələçəkdə öz istədiyi kimi maneəsiz istifadə etmə imkanlarını məhdudlaşdırmışdır. Bu isə olun qanunla qorunan mülkiyyət hüququnun kobud pozuntusu kimi qiymətləndirilməlidir. Mənzil sahəsinə köçməyə cavabdeh tərəf əsassız olaraq süni şəkildə mane olur. Bu isə onun qanuni hüquqlarını məhdudlaşdırır və yaşayış hüququnun pozulmasına səbəb olur. Göstərdiklərinə əsasən onun ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-da olan 2/3 pay sahibi olduğu 121 nömrəli mənzilə köçürülməsinə və oradan sərbəst istifadə etməsinə icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı iddiasını müdafiə edərək göstərmişdir ki, cavabdeh X9 ilə 2000-ci ildə ailə qurmuşlar. Rəsmi nikahları Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə 64 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X7 və 27 iyul 2014-cü təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Bir müddət cavabdehlə mehriban ailə kimi yaşasalar da sonradan münasibətləri pozulmuş, ayrı-ayrı evlərdə yaşamağa başlamışlar. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-930/2024 nömrəli qərarı ilə nikahları pozulmuşdur. Əmlak tələbi ilə bağlı məhkəmədə iddia qaldırmağı zəruri hesab etmişdir. Belə ki, "xxxx" MTK-da olan Bakı şəhəri, 9 MKR. Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 nömrəli mənzil birgə nikah dövdündə cavabdehin adına payçı müqaviləsi əsasında sənədləşdirilmişdir. O, cavabdeh X5 qarşı onunla birgə nikah dövründə əldə edilmiş "xxxx" MTK-da olan Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzil 2/3 hissəsinə mülkiyyət hüququnun tanınmasına (dövlət qeydiyyatına alınmayıbsa MTK tərəfindən müqavilə üzrə 2/3 hissəsinə payçı hüququnun tanınmasına), məhkəmə sorqusu zamanı bilinəcək digər birgə nikah dövründə alınmış daşınar və daşınmaz əmlaklarında 2/3 hissəsinə üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onun iddiasına məhkəmədə baxılmış, cavabdeh X2 birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-da olan 121 nömrəli mənzil üzərində iddiaçının himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqları nəzərə alınmaqla 2/3 hissədə, cavabdeh X6 1/3 hissədə payların müəyyən edilməsi barədə qərar qəbul olunmuşdur. Hazırda həmin mənzildən ona ayrılmış 2/3 hissəyə köçmək istədiyini, lakin cavabdehin buna imkan vermədiyini bildirmiş və sözügedən iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Rizvan Fərəcov məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. İddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması ilə bağlı müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il təvəllüdlüdür. İşdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-930/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X9 arasında xx.xx.2000-ci il il tarixdə Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən nikah bağlanması haqqında akt qeydləri kitabında 64 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahdan döğulmuş 10 dekabr 2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X10 adlı uşaqları İddiaçı yanında saxlanılmış, tərəflərin birgə nikahdan döğulmuş 10 dekabr 2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X1 hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı Əhməd qızına verilməsi, iddianın alimentə dair qalan hissəsinin təmin edilməməsi, alimentin qeyd olunan məbləğdə cavabdeh X1 tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icra edilməsi, cavabdeh X1 dövlət rüsumu olaraq 68 (altmış səkkiz) manat alınaraq dövlət nəfinə ödənilməsi, İddiaçı tərəfindən dövlət rüsumu üçün ödədilmiş 45 (qırx beş) manat tam həcmdə və mediasiya xərci üçün ödədiyi 55 (əlli beş) manat xidmət haqqının yarı hissəsi olan 27 (iyirmi yeddi) manat 50 (əlli) qəpik pul vəsaiti cavabdeh X1 alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-163/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh X3 birgə nikah dövründə əldə etdikləri "xxxx" MTK-da olan Bakı şəhəri 9 mkrorayon Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzil üzərində İddiaçı himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X10 adlı uşaqları nəzərə alınmaqla 2/3 hissədə, cavabdeh X5 1/3 hissədə payları müəyyən edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli "xxxx" kooperativ binada tikintisi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MTK ilə İddiaçı ilə MTK sədri arasında bağlanmış müqaviləyə əsasən MTK sədri tərəfindən xx.xx.2025-ci il tarixdə yeni paylı müqavilələr hazırlanmış və təhvil verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli seriya GML № 324176 nömrəli mənzil kommunal xidməti üçün mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9 mikrorayon, Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzilə görə 500 manat kommunal xidmətləri üçün pul vəsaiti ödəmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli seriya GML № 158607 nömrəli mənzil kommunal xidməti üçün mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9 mikrorayon, Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzilə görə 125 manat kommunal xidmətləri üçün pul vəsaiti ödəmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli seriya GML № 158608 nömrəli mənzil kommunal xidməti üçün mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9 mikrorayon, Mir Cəlal küçəsi 63 A, 3-cü blok, 1-ci mərtəbə 121 saylı mənzilə görə 125 manat kommunal xidmətləri üçün pul vəsaiti ödəmişdir. Məhkəmə iddiaçının izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə obyektiv araşdırmalar nəticəsində müəyyən etdi ki, İddiaçı iddiasını müdafiə edərək göstərmişdir ki, cavabdeh X9 ilə 2000-ci ildə ailə qurmuşlar. Rəsmi nikahları Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə 64 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X7 və 27 iyul 2014-cü təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Tərəflərin aralarında olan narazılıqlara görə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-930/2024 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı məhkəmədə əmlak tələbi ilə bağlı iddia qaldırmış, onun iddiası təmin edilmiş, cavabdeh X2 birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-da olan 121 nömrəli mənzil üzərində iddiaçının himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqları nəzərə alınmaqla 2/3 hissədə, cavabdeh X6 1/3 hissədə payların müəyyən edilməsi qət edilmişdir. Göstərilən hallar məhkəmədə elan olunmuş mötəbər sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında izahat vermiş İddiaçı mübahisəli mənzilin ona ayrılmış 2/3 hissəsinə köçürülmə və istifadə hüququnun tanınması barədə iddiasının təmin edilməsini xahiş etmişdir. Mülki işin materialları ilə də aydın olmuşdur ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzil mülkiyət hüququ əsasında qeydiyyatdan keçmədiyindən iddiaçının özünə münasibətdə tələbi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci və MPM-nin 13-cü maddələrinin tələblərinə görə analogiya əsasında dövlət mənzil fondunda olan normalar tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzilənmədikdə və onlara tətbiq edilən işgüzar adətlər olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir ( qanunun analogiyası ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qanunvericiliyin yuxarıda göstərilən müddəlarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında yaşayış evinə istifadə hüququ ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ilədək yarandığından və qeyd olunan tarixdə analoji münasibətlərin tənzimldəyən norma kimi 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri mövcud olmuşdur. Həmin normalar dövlət və ictami mənzil fonduna daxil olan mənzillərdən istifadəni tənzimləmiş, normalara görə yaşayış sahəsinin sahibi, mənzilin mülkiyyətçisi deyil, daimi istifadəçisi, kirayəçisi (icarəçisi) olmuşdur. Həmin normaların məzmunu hazırki münasibətlər üzrə mövcud olan mübahisəli evin statusu ilə daha çox uyğundur və mahiyyətcə biri-birinə ziddiyət təşkil etmir. Ona gərə də məhkəmə hesab edir ki, hazırki mübahisənin həllinə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin həmin dövrdə qüvvədə olan 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb, onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin həmin dövrdə qüvvədə olan 54-cü maddəsində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun» 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz mərhum edilə bilməz. Bu göstərilənlər «İnsan hüquqları haqqında Ümumi Bəyannamənin» 13-cü maddəsində, «İnsan hüquqları və X4 haqqında» Avropa Konferensiyasına əlavə 4№-li protokolun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur. Mülki işin materialları ilə aydın olur ki, İddiaçı ilə cavabdeh Rizvan Fərəcov mübahisəli mənzili birgə nikah dövründə əldə etmiş, həmin mənzilin 2/3 hissəsi üzərində məhkəmə qətnaməsi ilə iddiaçının payı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 20 manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarını, iddiaçının izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-da olan 2/3 pay sahibi olduğu 121 nömrəli mənzilə köçürülməli, yaşayış sahəsindən ümumi qaydada istifadə hüququ müəyyən edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 və 364 - cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-da olan 2/3 pay sahibi olduğu 121 nömrəli mənzilə köçürülsün, yaşayış sahəsindən ümumi qaydada istifadə hüququ müəyyən edilsin, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh X1 alınaraq İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1118/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1118/2025
05.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver