Məhkəmə qərarları › İş №2(061)-114/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-114/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-114/2025 14.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı üçüncü şəxs X8 və X5 olmaqla cavabdehlə arasında olan razılaşmanın əqd hesab edilərək bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs X8 və X5 olmaqla cavabdehlə arasında olan razılaşmanın əqd hesab edilərək bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşı olmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan nikah qeydinin pozulması qət edilmişdir. Həmin vaxtdan Cavabdeh ilə münasibətləri kəsilmişdir. Buna baxmayaraq sonralar Cavabdeh aralarında olan razılaşmaya əsasən Tərtər rayonu Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1 ha torpaq sahəsini 2000 manata birdəfəlik ona satmış və torpaq sahəsinin onun xüsusi mülkiyyətinə keçdiyini elan etmişdir. Bu məqsədlə Cavabdeh xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat Kontorunda ona 20 il müddətinə, yəni 01 fevral 2032-ci il tarixədək olan müddət üçün etibarnamə verərək Tərtər rayonu Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1 ha torpaq sahəsinə həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişdirməyi, ipotekaya qoymağı, pulunu almağı, bağlamağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ğrizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir (qeyd olunan etibarnamə Bakı şəhəri 43 saylı Notariat Kontorunda təsdiq edilmiş, AR-İ seriyalı, 166406 nömrəli, 01 fevral 2012-ci il tarixli, reyestrdə 7E-3/2028 nömrə ilə qeydə alınmışdır). Cavabdeh Bakı şəhərində Notariat Kontorunda olarkən ona etibarnamə verməklə yanaşı həm də Tərtər Rayon Məhkəməsinə ərizə yazaraq Tərtər rayonu Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1 ha torpaq sahəsini 2000 manata ona stmasını və həmin torpaq sahəsinə görə iddia tələbinin olmayacağını bildirmiş və həmin ərizəni də notarial qaydada təsdiq etdirmişdir. (qeyd olunan ərizə 7E/435 nömrə ilə reyestrdə qeydə alınmışdır). Həmin vaxtdan imdiyədək keçən 12 il müddətində Cavabdeh ona satdığı Tərtər rayon Buruc kəndində yerləşən 1 ha torpaq sahəsinin onun tərəfindən açıq-aşkar və fasiləsiz istifadəsinə 12 il ərzində hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində müvafiq müqaviləni etibarlı əqd kimi qəbul etdiyini öz davranışları ilə nümayiş etdirmişdir. O və ailəsi cavabdehin bu davranışına güvənərək sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməmişlər. Bu hal işin mübahisəsiz halıdır və heç bir sübuta ehtiyacı yoxdur. İşin faktiki halları ilə əlavə olaraq bildirmişdir ki, 01 fevral 2012-ci ildən indiyədək keçən 12 il müddətində ona satılmış həmin torpaq sahəsini öz mülkiyyəti hesab edərək hər il torpaq sahəsinə çoxsaylı xərclər hesabına üzvi kübrə, peyin və digər yumşaldıcı vasitələr verməklə onu münbitləşdirmişdir. Lakin son vaxtlar Cavabdeh onunla bərabər notariat orqanına getmək və aralarında olan razılaşmanı realizə etmək istəməmiş və bundan boyun qaçırmışdır. Belə ki, cavabdeh aralarında olan razılaşmanı realizə etmək üçün Notarit Ofisinə gəlməkdən boyun qaçırmasını Tərtər rayonun Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1 ha torpaq sahəsi 2000 manata ona satdığını və torpaq sahəsinin onun xüsuai mülkiyyətinə keçdiyini elan etməsinə baxmayaraq həmin torpaq sahəsinin sənədinin əslinin olmaması ilə izah edir. Bu məsələni həll etmək üçün o da Tərtər rayon Notariat Ofisinə müraciət etməli oımuşdur. Lakin Tərtər rayon Xüsusi Notariat Ofisinin xüsusi notariusu X6 28 oktyabr 2024-cü il tarixli, 756 nömrəli qərarı ilə ona “notariat hərəkətlərinin aparılması üçün tələb edilən sənədlərin əsillərini təqdim edə bilmir” dəlilini əsas gətirərək müqavilənin rəsmiləşdirilməsindən imtina etmiş və Tərtər Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh qarşı üçüncü şəxs X8 və X5 olmaqla cavabdehlə arasında olan razılaşmanın əqd hesab edilərək bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən halları bir daha təsdiq edərək göstərmişdir ki, Cavabdeh onun keçmiş həyat yoldaşı olmuş, aralarında olan mübahisələrə görə Tərtər Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan nikah qeydi ləğv edilmişdir. Cavabdeh aralarında olan razılaşmaya əsasən Tərtər rayonu Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1 ha torpaq sahəsini 2000 manata birdəfəlik ona satmışdır. Bu məqsədlə Cavabdeh xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat Kontorunda ona 20 il müddətinə, yəni 01 fevral 2032-ci il tarixədək olan müddət üçün etibarnamə verərək Tərtər rayonu Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1 ha torpaq sahəsinə həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişdirməyi, ipotekaya qoymağı, pulunu almağı, bağlamağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ğrizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Bununla yanaşı Cavabdeh Bakı şəhərində Notariat Kontorunda olarkən ona etibarnamə vermiş, bununla yanaşı Tərtər Rayon Məhkəməsinə ərizə yazaraq Tərtər rayonu Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1 ha torpaq sahəsini 2000 manata ona stmasını və həmin torpaq sahəsinə görə iddia tələbinin olmayacağını bildirmiş və həmin ərizəni də notarial qaydada təsdiq etdirmişdir. (qeyd olunan ərizə 7E/435 nömrə ilə reyestrdə qeydə alınmışdır). Həmin vaxtdan indiyədək keçən 12 il müddətində Cavabdeh ona satdığı Tərtər rayon Buruc kəndində yerləşən 1 ha torpaq sahəsi il bağlı hər hansı etiraz bildirməmişdir. Həmin torpaq sahəsindən uzun müddətdir ki, istifadə etmiş, hazırda da istifadə etdiyini bildirmişdir. O və ailəsi cavabdehin bu davranışına güvənərək sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməmişlər. Cavabdeh məhkəmə clasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Hazırda məhkəmədə Cavabdeh qarşı aralarında olan razılaşmanın əqd hesab edilərək bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. İddiasının təmin edilməsini bir daha məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında izahat vermiş üçüncü şəxs X7 iddianı qəbul etməyərək göstərmişdir ki, digər üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatı olmuş, lakin o, məhkəmə iclasına gələ bilməmişdir. Böyükağa Məlikov ona etibarnamə verərək məhkəmə iclasılarında onu təmsil etməyi həvalə etmişdir. Onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən Tərtər rayonu, Buruc kəndində yerləşən dövlət aktına əsasən özünə məxsus olan 1 ha torpaq sahəsini 2000 manata birdəfəlik ona satmış və torpaq sahəsinin onun xüsusi mülkiyyətinə keçdiyini elan etmişdir. Mübahisəli əqdin predmeti olan torpaq sahəsi onların mülkiyyətində olmuşdur. Bununla bağlı qeyd etmişdir ki, iş üzrə Cavabdeh onların azyaşlı olmasından istifadə edərək, onların razılıqlarını almadan onlara məxsus əmlak barəsində əqd başlamışdır. Cavabdeh tərəfindən 01 fevral 2012-ci il tarixdə Tərtər Rayon Məhkəməsinə təqdim edilmiş ərizədə, həmçinin “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən mübahisəli torpaq sahəsi onların mülkiyyətindədir. Əgər valideynlər uşağa məxsus olan mülkiyyəti onların razılığı ilə olmadan satırsa, bu, uşağın hüquqlarını ciddi şəkildə pozulmasıdır. Hazırda Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. Göstərdiklərinə əsasən iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli AR-İİİ № 561121 nömrəli etibarnamənin surətindən görünür ki, X3 bacısı X4 etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri, eləcə də məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasasən baxılmasını mümkün hesab etmişdir. Eləcə də üçüncü şəxslər X7 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri, eləcə də məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, X7 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üçün məhkəmə bildirişini götürmüşdür. Odur ki, məhkəmə işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah məhkəmə qaydasında pozulmuşdur. İş materiallarında olan Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2021-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN-0024, KOD 61110028 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, həmin sənəddə İddiaçı, X14,X9, X7 və X3 mülkiyyətçi kimi qeyd edilmişlər. İş materiallarında olan xx.xx.2012-ci ildə Bakı şəhər 43 saylı notariat kontoru tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, faktiki Bakı şəhəri Biləcəri yolu 54, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Cavabdeh Tərtər rayonu Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1 ha torpaq sahəsini həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişdirməyi, ipotekaya qoymağı, pulunu almağı, bağlamağı, buna dair müqaviləni imzalamağı, tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2032-ci ilədək verilmişdir. İş materiallarında olan xx.xx.2012-ci ildə Bakı şəhər notariat kontoru tərəfindən təqdiqlənmiş ərizənin surətindən görünür ki, Cavabdeh uşaqlarının adına olan 1 ha torpaq sahəsini İddiaçı 2000 manata satdığını, həmin torpaq sahəsinə iddia tələbi olmadığını bildirmişdir. İşdə olan 28 oktyabr 2024-cü il tarixli Tərtər rayon notariat ofisinin xüsusi notariusu tərəfindən qəbul edilmiş notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair əsaslandırılmış 756 saylı qərarından görünür ki, İddiaçı notariat hərəkətlərinin aparılması üçün tələb edilən sənədlərin əsillərini təqdim edə bilmədiyindən qeyd edilənlərə əsasən Notariat haqqında Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 22 saylı qanunun 40cı maddəsini rəhbər tutaraq vətəndaş İddiaçı müqavilənin rəsmiləşdirilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışın surətindən görünür ki, xx.xx.2012-ci il tarixli etibarnamə xx.xx.2014cü il tarixdə sistemə daxil edilmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Məhkəmə iddiaçının, üçüncü şəxs və digər üçüncü şəxsin nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN-0024, KOD 61110028 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, həmin sənəddə İddiaçı, X14, X9, X7 və X3 mülkiyyətçi kimi qeyd edilmişlər. Məhkəmədə elan olunmuş xx.xx.2012-ci ildə Bakı şəhər 43 saylı notariat kontoru tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, faktiki Bakı şəhəri Biləcəri yolu 54, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Cavabdeh Tərtər rayonu Buruc kəndində dövlət aktına əsasən ona məxsus olan 1 ha torpaq sahəsini həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişdirməyi, ipotekaya qoymağı, pulunu almağı, bağlamağı, buna dair müqaviləni imzalamağı, tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2032-ci ilədək verilmişdir. Bu müddətədək iddiaçı daşınmaz əmlakın adına sənədləşdirilməsi ilə bağlı qanunamüvafiq hərəkətlər etməmişdir. Məhkəmədə elan olunmuş 28 oktyabr 2024-cü il tarixli Tərtər rayon notariat ofisinin xüsusi notariusu tərəfindən qəbul edilmiş notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair əsaslandırılmış 756 saylı qərarından görünür ki, İddiaçı notariat hərəkətlərinin aparılması üçün tələb edilən sənədlərin əsillərini təqdim edə bilmədiyindən qeyd edilənlərə əsasən Notariat haqqında Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 22 saylı qanunun 40-cı maddəsini rəhbər tutaraq vətəndaş İddiaçı müqavilənin rəsmiləşdirilməsindən imtina edilmişdir. Məhkəmədə elan olunmuş “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışın surətindən görünür ki, xx.xx.2012-ci il tarixli etibarnamə xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmişdir. Etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bununla da həmin etibarnamənin hər hansı bir hüquqi qüvvəsi qalmamış və həmin etibarnamə ilə sənədləşdirilmə işlərinin aparılması mümkünsüz sayılır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia tələbini sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materillarındakı sənədlərin araşdırlması zamanı müəyyən edildi ki, İddiaçı 2012-ci ildə Cavabdeh 2000 manat verməklə, 16 və 17 yaşlarına çatmış övladlarının mülkiyyətində olan 1 ha torpaq sahəsinə görə ona 32 illik etibarnamə almış, bu müddət ərzində torpağı adına sənədləşdirməmiş, 28 oktyabr 2024-cü il tarixli Tərtər rayon notariat ofisinə sənədləşmə ilə bağlı müraciət edərkən tələb edilən sənədlərin əsillərini təqdim edə bilmədiyindən qeyd edilənlərə əsasən Notariat haqqında Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 22 saylı qanunun 40-cı maddəsini rəhbər tutaraq onun müqavilənin rəsmiləşdirilməsindən imtina edilmiş, etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və həmin etibarnamə hüquqi sənəd kimi qüvvədən düşmüşdür. Üçüncü şəxslər Günay və Böyükağa Məlikovlar iddiaçı ilə cavabdehin birgə evliliyindən anadan olmuş övladlarıdır. Onlar artıq böyümüş və həddi büluğa çatmışlar. Eyni zamanda Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2021-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN-0024, KOD 61110028 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, həmin sənəddə X7 və X3 digər ailə üzvləri ilə yanaşı mülkiyyətçi kimi qeyd edilmişlər. Onlar hazırda da mülkiyyətçidirlər və onlara məxsus olan torpaq sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüququna malikdirlər. Azərbaycan Respublikası MM-in 139-1.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Qanunun 9.1.1-ci madəsinin tələblərinə əsasən bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinin tələblərinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Yuxarıda qeyd olunan normalardan məlum olur ki, Azərbaycan Respublikasının Qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. İddiaçı tərəfindən hazırda mübahisəli torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən hüquqi sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksinə olaraq məhkəmədə elan edilmiş Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2021-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN-0024, KOD 61110028 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən üçüncü şəxslər Günay və Böyükağa mübahisə predmeti olan torpaq sahəsinin onların payına düşən hissəsinin müıkiyyəıtçiləri hesab olunurlar, həmin torpaq sahəsi onlara məxsusdur. Bütün bunlarla yanaşı məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı tərəf iddia tələbi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, beləliklə həmin sübutların mövcud olması öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. İşin müəyyən olunmuş halarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız formal mülahizələrlə öz tələbini iş materiallarına əlavə etdiyi kserosurət olan və qüvvədən düşmüş etibarnaməyə əsaslandırmaqla kifayətləndirmişdir. Bu da iddianın qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas sənədlər hesab olunurlar. Yuxarıda elan olunmuş iddiaçının təqdim etdiyi etibarnamə və Cavabdeh verdiyi ərizə hüquqi məna kəsb etmir, həmin sənədlər bıhs edilən maddədə qeyd edilən əsas sənədlərdən biri hesab edilmir. Eləcə də sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlanmamışdır. Eləcə də yuxarıda qeyd edildiyi kimi iddiaçının təqdim etdiyi etbarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və həmin etibarnamə hüquqi sənəd kimi qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.https://eqanun.az/framework/46944 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 365.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya iddiaçının sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İşə əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin üçüncü şəxslərə aid olan hissəsi onlara məxsus mülkiyyətdir və onların həmin torpaq üzərində sərəncam vermək hüququ qanuni qaydada həll edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. . Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının, üçüncü şəxs və üçüncü şəxsin nümayəndəsinin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı üçüncü şəxs X8 və X5 olmaqla cavabdehlə arasında olan razılaşmanın əqd hesab edilərək bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması barədə iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı üçüncü şəxslər X8 və X5 olmaqla cavabdehlə arasında olan razılaşmanın əqd hesab edilərək bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar