Məhkəmə qərarları › İş №2(061)-1159/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1159/2025

20.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1159/2025 20.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi – Vəkil Cavabdehlər Cavabdeh1 və X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı “evdən çıxarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən uşaqları və əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi – Vəkil iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 iddiaçının qardaşı oğlu, digər cavabdeh Yekatrina Drojjina isə Ramilin arvadıdır. Haqqında mübahisə qaldırılan ev 1961-ci ildə tikilməklə iddiaçının anası Adilə Nəcəfovaya məxsus olmuşdur. İddiaçının anası Adilə Nəcəfova 1994-cü ildə, atası Məmməd Nəcəfov 2010-cu ildə vəfat etmişdir. Tərtər şəhəri, T.Rəhimov küçəsi üzrə tərtib edilmiş Təsərrüfatbaşına kitabda ailə üzvləri kimi yalnız İddiaçı (hazırkı iddiaçı) və X12 (hazırkı iddiaçının bacısı) yazılmışdır. Cavabdehlərin adı Təsərrüfatbaşına kitabda yazılmamışdı. Əslində Cavabdeh1 atası X20 şəhəri, Ədalət Paşayev küçəsində özünə məxsus evi vardıır və Cavabdeh1 həmin evə dair Təsərrüfatbaşına kitabda ailə üzvü kimi yazılmışdır. Cavabdeh1 sonradan atası ilə münasibətləri pozulduğu üçün İddiaçı ona hazırda sözügedən evdə müvəqqəti yaşamasına icazə vermiş və Cavabdeh1 2012-ci ildən ailəsi ilə birlikdə sözügedən evdə yaşamağa başlamışdır. Sonradan, daha doğrusu 2024-cü ilin avqust ayından Ramil İddiaçı qarşı kobudluq etməyə başlamış, hətta onu döymüşdür. Bu əməlinə görə Cavabdeh1 Azərbaycan Respublikasının 128-ci maddəsi ilə ittiham verilmiş və məhkəmə prosesinin gedişində İddiaçı barışıq ərizəsi verdiyi üçün Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən cinayət işin icraatına xitam verilmişdir. Hazırda tərəflər münaqişəli ailə kimi Tərtər rayon Polis Şöbəsində qeydiyyata götürülmüşdür. Cavabdehlər dözülməz şərait yaratıqlarından İddiaçı evdən çıxmağa məcbur olmuşdur. İddiaçı evinə baş çəkməyə gedəndə isə hər dəfə cavabdehlər müxtəlif bəhanələrlə onu şərləyib, dava-dalaş yaratmışlar. İddiaçı doğulduğu, uşaqlıqdan böyüyüb boya-başa çatdığı və son vaxtlara kim yaşadığı sözügedən evdə rahat yaşaya bilmir. Ona görə də İddiaçı cavabdehləri evdən çıxartmaqdan başqa yolu qalmamışdır. Bu məqdədlə İddiaçı mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehlər mediasoiya sesiyasında iştirak etmədikləri üçün məsələnin mediasiya qaydasında həlli mümkün olmamışdır. Ona görə də İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin diqqətinə çatdıırır ki, sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçrilməsə də, ev fiziki olaraq, həm də İddiaçı və onun digər ailə üzvləri üçün ayrılmış həyətyanı torpaq sahəsində tikilməklə və Tərtər şəhəri, T.Rəhimov küçəsi üzrə tərtib edilmiş Təsərrüfatbaşına kitabda qeydiyyatdan keçirilməklə mövcud olduğundan özbaşına tikli deyildir. İddiaçı həmin evdən istifadə hüququ yaranmış və gələcəkdə mülkiyyət hüququna gözləntisi olduğundan onun həmin hüququna dövlət tərəfindən təminat verilməlidir. Ona görə də məhkəmədən iddiaının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi – Vəkil izahatı ilə razı olduğunu bilddirərək, məhkəmədən idddianın təmin edilməsi barrədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı onun bibisi, digər cavabdeh Drojjina Yekatrina isə arvadıdır. Haqqında mübahisə qaldırılan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X22ya məxsus olmuşdur. X22 1994-cü ildə, babası Məmməd Nəcəfov isə 2010-cu ildə vəfat etmişdir. Özü həmin evdə doğulmuş və yaşamış, sonra 2009-2010-cu illərdə Moskva şəhərində, 2010-2012-ci illərdə Kazağstan Respublikasıda yaşamış, 2012-ci ildən isə arvadı Yekatrina ilə birlikdə sözügedən evdə yaşayır, orda uşağı dünyaya gəlmişdir. Doğrudur atası X20 şəhəri, Ədalət Paşayev küçəsində özünə məxsus evi vardıır və o, özü də həmin evə dair Təsərrüfatbaşına kitabda ailə üzvü kimi yazılmışdır. Lakin bunun səbəbini bilmir. Bu barədə müvafiq qaydada şikayət edəcəkdir. 2024-cü ilin avqust ayından İddiaçı ilə aralarındakı münasibətləri pozulmuş və Maral Nəəcəfova evdən çıxaraq digər bacısı gilə getmişdir. Hazırda münaqişəli ailə kimi Tərtər rayon Polis Şöbəsində qeydiyyata götürülmüşlər. Hesab edir ki, onun da sözügedən evə hüququ vardır. Getməyə başqa yeri yoxdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında digər cavabdeh X8 Cavabdeh1 izahatı ilə razı olduğunu bilddirərək, məhkəmədən idddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan X6 dair JN 1631A, KOD 61101004 olan Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 saylı qərarına əsasən Tərtər şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi üçün X16, X9, X12 və İddiaçı mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə 125.2 kv.m olan yaşayış evinin olduğu qeyd olunmuşdur. İşdə olan Tərtər şəhər İƏD üzrə nümayənddəsi S.Həsənov tərəfindən verilmiş 195 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Tərtər şəhəri, Rəhimov küçəsində yaşamış mərhum X13 məxsus olan fərdi yaşayış evi 1961-ci ildə tikilmişdir. İşdə olan Tərtər şəhər İƏD üzrə nümayənddəsi S.Həsənov tərəfindən İddiaçı adına verilmiş 188 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Tərtər şəhəri, Rəhimov küçəsində yaşamış atası X9 xx.xx.2010-cu ildə, anası X16 xx.xx.1994-cü ildə vəfat etmişdir. Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən 2006-2010-cu illərdə həmin ünvanda aşağıdakı ailə üzvləri - İddiaçı və X12 yaşamışdır. İşdə olan Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Tərtər şəhəri, T.Rəhimov küçəsi üzrə tərtib edilmiş Təsərrüfatbaşına kitabın 155-ci səhifəsinin 58-ci şəxsi hesabında ailə üzvləri kimi İddiaçı (hazırkı iddiaçı) və X12 (hazırkı iddiaçının bacısı) yazılmışdır. İşdə olan Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Tərtər şəhəri, Ədalət Paşayev küçəsi üzrə tərtib edilmiş 3№-li Təsərrüfatbaşına kitabın 4-cü səhifəsində ailə başçısı - X14, onun ailə üzvləri kimi X7 (həyat yoldaşı), Cavabdeh1 (oğlu) və Cavabdeh1 (oğlu) yazılmışdır. İş materiallarından görünür ki, Azərbaycan SSR Komunal Təsərrüfat Nazirliyinin yerli qurumları tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X10 adına müxtəlif texniki sənədlər (texniki inventarlaşdırma, ev dəftəri və s.) tərtib edilmişdir. İşdə olan Bərdə 1 saylı Mediasiya təşkilatının mediatoru Mehman Əhmədov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdehlərr mediasiya sessiyasında iştirak etməmişlər. İşdə olan Tərtəər Rayon Məhkəməsinin 1(061)-9/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə yaşadıqları fərdi yaşayış evində bibisi İddiaçı ilə aralarında sonuncunun adına götürdüyü kredit borcu ilə bağlı şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı İddiaçı sinə nahiyəsinə qəsdən yumruqla vurub yerə yıxaraq sonuncuya sağ süd vəzi nahiyəsinin qançırları, kəllə beyin travması, baş beyin silkələnməsi, alt dodağın sol yarısının, sağ təpə nahiyəsinin kiçik ölçülü şişkinliyi xəsarətləri ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmiş, bu əməlinə görə ona Azərbaycan Resspublikası CM-nin 128-ci maddəsi ilə ittiham verilərək, cinayət işi məhkəməyə göndərilmiş və məhkəmə prosesinin gedişində İddiaçı barışıq ərizəsi verdiyi üçün məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən cinayət işin icraatına xitam verilmişdir. İşdə olan Tərtəər Rayon Məhkəməsinin 6(061)-8/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, tərəflər (Yekatrina Drojjina ilə İddiaçı) arasında sonradan da dava-dalaş olmuş, şikayət əsasında Tərtər rayon Polis Şöbəsinddə araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığı və İddiaçı hərəkətində Azərbaycan Respublikası İXM-nin 157 və 564-cü maddələrinin, X4 hərəkərində isə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olması qənaətinə gələrək onların barələrində inzibati xətaya dair tədbir görülməsini qərara almışdır. Həmin qərardan verilən şikayətə əsasən məhkəmə tərəfindən qanunsuz hesab edilərək ləğv edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatlardan və tədqiq edilən iş materiallarından müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçının qardaşı oğlu, digər cavabdeh Yekatrina Drojjina isə Cavabdeh1 arvadıdır. Haqqında mübahisə qaldırılan ev 1961-ci ildə tikilməklə iddiaçının anası Adilə Nəcəfovaya məxsus olmuşdur. İddiaçının anası Adilə Nəcəfova 1994-cü ildə, atası Məmməd Nəcəfov 2010-cu ildə vəfat etmişdir. Tərtər şəhəri, T.Rəhimov küçəsi üzrə tərtib edilmiş Təsərrüfatbaşına kitabda ailə üzvləri kimi yalnız İddiaçı (hazırkı iddiaçı) və X12 (hazırkı iddiaçının bacısı) yazılmışdır. Cavabdehlərin adı həmin evə dair Təsərrüfatbaşına kitabda yazılmamışdır. Əslində Cavabdeh1 atası X20 şəhəri, Ədalət Paşayev küçəsində özünə məxsus başqa evi vardıır və Cavabdeh1 həmin evə dair Təsərrüfatbaşına kitabda ailə üzvü kimi yazılmışdır. Cavabdeh1 sonradan (iddiaçının bildirməsinə görə atası ilə münasibətləri pozulduğu üçün) İddiaçı hazırda sözügedən evdə müvəqqəti yaşamasına icazə vermiş və Cavabdeh1 2012-ci ildən ailəsi ilə birlikdə sözügedən evdə yaşamağa başlamışdır. Sonradan, daha doğrusu 2024-cü ilin avqust ayından Cavabdeh1 hazırkı İddiaçı qarşı kobudluq etməyə başlamış, hətta onu döymüşdür. Bu əməlinə görə Cavabdeh1 Azərbaycan Respublikasının 128-ci maddəsi ilə ittiham verilmiş və məhkəmə prosesinin gedişində İddiaçı barışıq ərizəsi verdiyi üçün Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən cinayət işin icraatına xitam verilmişdir. Hazırda tərəflər münaqişəli ailə kimi Tərtər rayon Polis Şöbəsində qeydiyyata götürülmüşdür. Dözülməz şərait yaradıldığından İddiaçı evdən çıxmağa məcbur olmuşdur. İddiaçı doğulduğu, uşaqlıqdan böyüyüb boya-başa çatdığı və 2024-cü ilin avqust ayına kimi yaşadığı sözügedən evdə rahat yaşaya bilmir. İddiaçı məsələnin mediasiya qaydasında həlli məqsədi ilə mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehlər mediasiya sesiyasında iştirak etmədikləri üçün məsələnin mediasiya qaydasında həlli mümkün olmamışdır. Ona görə də İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mübahisənin həlli zamanı öncə onu qeyd etməyi lazım bilir ki, iddiaçının cavabdehləri çıxartmaq istədiyi ev X6 dair JN 1631A, KOD 61101004 olan Şəhadətnaməyə əsasən fərdi yaşayış evinin tikintisi üçün X16, X9, X12 və İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsində tikildiyi üçün Mülki Məcəllənin 180.1-ci maddəsinin tələbləri baxımından özbaşına tikili deyildir. Həmin ev fərdi yaşayış evinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsində tikilmişdir. Həyətyanı torpaq sahələri isə sakinlərə yaşayış evlərinin tikintisi üçün ayrılır. Sözügedən evin tikilməsindən ötən 54 il, torpağın ayrılmasından isə ötən 20 il müddətində hər hansı bir inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, tərəflərin (əvvəllər birlikdə, hazırda isə yalnız cavabdehlərin tək) orada yaşamasına etiraz edilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, müvafiq torpaq ayırma sənədləri əsasında inşa edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verən sənədlərdən birinə malik olan evlər həmin reyestrdə qeydə alınmasa da onların sahiblərinin “gözlənilən mülkiyyət” hüququ vardır və onlar özbaşına tikili sayıla bilməz. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsasən hesab edir ki, İddiaçı sözügedən evdə 1963-cü ildə doğulmaqla fasiləsiz olaraq 2024-cü ilin avqust ayına kimi həmin evdə yaşamaqla (o, evdən cavabdehlərlə olan münaqişə səbəbindən məcbur olub 08.2024-cü ildə evdən çıxmışdır) həmin evdən şübhəsiz şəkildə istifadə hüququ əldə etmişdir. Bununla yanaşı onun həmin evə “gözlənilən mülkiyyət” hüququ vardır. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsasən hesab edir ki, cavabdehlərin 2012-ci ildən iddiaçının (və bacısının) razılığı ilə müvəqqəti olaraq köçüb yaşamaları onların həmin evdən istifadə hüququ əldə etmələri üçün faktor ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə görə bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 135.4-cü maddəsinə görə əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinin mənasına görə əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır: Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə mübahisənin həlli zamanı həmçinin tərəflərin bir-birinə hörmət etməmələri ilə bağlı olan qarşılıqlı münasibətini, aralarında olan hörmətin aradan götürülməsi, Cavabdeh1 sözügedən evdə yaşayarkən İddiaçı döyməsi, eləcə də Cavabdeh1 arvadı olan digər cavabdeh X11 Nəcəfova ilə münaqişəli münasibətdə olması, tərəflərin özlərinin bildirməsinə görə artıq Tərtər rayon Polis Şöbəsində münaqişəli ailə kmi qeydiyyata götürüllməli kmi diqqətəlayiq halları, tərəflərin bir-birinə qarşı olan barışmaz münasibətini nəzərə alaraq hesab edir ki, qeyd olunan hallara əsasən bundan sonra tərəflərin bir evdə yaşaması qeyri-mümkündür. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosesual qanunvericilin normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qanuni və saslıdır. Ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin olunsa da, köçürmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X8 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən uşaqları və əşyaları ilə birlikdə çıxarılsınlar. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar