Məhkəmə qərarları › İş №2(061)-1179/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1179/2025

29.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1179/2025 29.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqılı şəxs Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək faktiki himayəsində olan qohumu X5 xx.xx.2000ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində atası X12, anası X4 övladı kimi anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı oğlu X13 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində anadan olmuşdur. Onun atası X12, anası X6r. Onlar 1999-cu ildə nikaha daxil olmadan faktiki ailə qurmuş və birgə ailə kimi yaşamışlar. Onların faktiki evliliklərindən onun qardaşı oğlu X13 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində anadan olmuşdur. Bu səbəbdən xx.xx.2017-ci ildə onun adına heç bir doğum sənədi verilməmişdir. 2017-ci ildə Rusiya Federasiyası tərəfindən verilmiş İV-BD seriyalı, 650459 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında X12 yazılmış, bu da atalıq faktının rəsmən tanınmasına mane olmuşdur. Məhz bu səbəbdən indiyədək Həmid şəxsiyyət vəsiqəsi əldə edə bilməmişdir. Halbu ki, X13 2007-ci ildən 2018-ci ilə qədər onun və həyat yoldaşı X14 himayəsndə yaşamış, bu müddətdə Tərtər rayonu Hüsənli kənd tam orta məktəbdə təhsil almışdır. Bu faktı təsdiq edən şəkilli məktəb arayışı və digər sənədlər ərizəyə əlavə olunmuşdur. Həmidin şəxsiyyət vəsiqəsi olmadığına görə o öz kontitusion hüquqlarını – təhsil almaq, şəxsiyyət vəsiqəsi və vətəndaşlıq əldə etmək, əmək fəaliyyəti ilə məşğul olmaq, sosial və siyasi və digər hüquqlarını həyata keçirə bilmir. Bu hüquqlarını həyata keçirmək üçün Həmidin Azərbaycan Respublikası Dövlət Mirqasiya Xidmətinə edilən müraciətlərə cavab olaraq bildirilmişdir ki, doğum və atalıq faktı yalnız məhkəmə qaydasında müəyyən edildikdən sonra şəxsiyyət sənədlərinin verilməsi və vətəndaşlıq məsələsi həll edilə bilər. Eyni zamanda onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasının qeydiyyat orqanları Həmidin Dağıstan Respublikasında doğulduğunu təsdiq edən sənədi əsas götürərək ona doğum haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Dağıstan Respublikasından alınmış sənədin hüquqi qüvvəsinin tanınması səbəbi ilə Həmidin Azərbaycan Respublikasında şəxsiyyət vəsiqəsi alması qeyri-mümkün olmuşdur. Belə ki, Həmidə şəxsiyyət vəsiqəsi almaq üçün rəsmi qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də Həmidə atasının X12 olması faktı məhkəmə qaydasında tanındıqdan və bu əsasla ona yeni doğum haqqında şəhadətnamə verildikdən sonra Azərbaycan Respublikasının mənsubiyyəti ilə bağlı müvafiq sənədin verilməsinin mümkünlüyü bildirilmişdir. Hazırda Həmidin doğum haqqında şəhadətnaməsinin olmaması ona Azərbaycan Respublikası vətəndaşıa uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olmasına, sosial və siyası hüquqlarından istifadə erməsinə maneçilik törədir. Həmid isə həm doğum haqqında şəhadətnaməni və həm də onun əsasında verilməli olan şəxsiyyət vəsiaəsini məhkəmədən kənar qaydada ala bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən faktiki himayəsində olan qohumu X5 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində atası X12, anası X4 övladı kimi anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin edilməsini xahiş etmiş və göstərmişdir ki, qardaşı oğlu X13 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində anadan olmuşdur. Onun atası X12, anası X6r. Onlar 1999-cu ildə nikaha daxil olmadan faktiki ailə qurmuş və birgə ailə kimi yaşamışlar. Onların faktiki evliliklərindən onun qardaşı oğlu X13 anadan olmuşdur. 2017-ci ildə Rusiya Federasiyası tərəfindən verilmiş İV-vd seriyalı, 650459 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında X12 yazılmış, bu da atalıq faktının rəsmən tanınmasına mane olmuşdur. Məhz bu səbəbdən indiyədək Həmid 25 yaşında olmasına baxmayaraq heç bir sənəd əldə edə bilməmişdir. Halbu ki, X13 2007-ci ildən 2018-ci ilə qədər onun və həyat yoldaşı X14 himayəsndə yaşamış, bu müddətdə Tərtər rayonu Hüsənli kənd tam orta məktəbdə təhsil almışdır. Göstərdiklərinə əsasən faktiki himayəsində olan qohumu X5 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində atası X12, anası X4 övladı kimi anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını bir daha xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvalayaraq iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il təvəllüdlüdür. İşdə olan Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kənd nümayəndəliyi tərəfindən 14 sentyabr 2017-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin sənəddə X5 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonunda anadan olması, ata qrafasında X10, ana qrafasında X11 qeyd edilmişdir. İşdə olan Tərtər rayon Hüsənli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 64 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X13 qeydiyyatsız olaraq 2007-ci ildən 2018-ci ilə qədər Tərtər rayon Hüsənli kəndində bibisi Ərizəçi himayəsində yaşamışdır. İşdə olan Tərtər rayon Hüsənli kənd İdris Hüseynov adına tam orta məktəbin direktoru tərəfindən verilmiş 01 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X13 2007-2018-ci illərdə Tərtər rayonu Hüsənli kənd İdris Hüseynov adına tam orta məktəbdə təhsil almışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli Xəzər rayonu Türkan qəsəbəsində yaşayan X1 cavab məktubundan görünür ki, X8 onun atası olması faktının məhkəmə qaydasında tanındıqdan və bu əsasla yeni doğum haqqında şəhadətnamə əldə etdikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti ilə bağlı əlavə araşdırma aparıla biləcəyi qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Maraqlı şəxs 23 iyun 2025-ci il tarixdə X3 cavab məktubundan görünür ki, onun X7 doğum haqqında akt qeydinin olub-olmaması haqqında arayışın istənilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Naziriyinin Maraqlı şəxsnə daxil olmuş müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasına əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktıın qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələrin notariat qaydasında təsdiq olunmuş etibarnamələr əsasında digər şəxslərə verilə bilər. Maraqlı şəxs bildirmişdir ki, X7 yaxın qohumları (bacı, qardaş) ona notariat qaydasında təsdiq olunmuş etibarnamələri olmadığı üçün doğum haqqında akt qeydinin olub-olmaması haqqında arayışın ona verilməsinin mümkün olmadığı göstərilmişdir. Məhkəmə ərizəçinin izahatını dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X13 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində anadan olmuşdur. Bu faktı təsdiq edən Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kənd nümayəndəliyi tərəfindən 14 sentyabr 2017-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin surəti ərizəçi tərəfindən iddia tələbinə əlavə edilmişdir. Məhkəmədə elan olunmuş Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kənd nümayəndəliyi tərəfindən 14 sentyabr 2017-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin sənəddə X5 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonunda anadan olması, ata qrafasında X10, ana qrafasında X11 qeyd edilmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, qardaşı oğlu X13 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində anadan olmuşdur. Onun atası X12, anası X6r. Onlar 1999-cu ildə nikaha daxil olmadan faktiki ailə qurmuş və birgə ailə kimi yaşamışlar. Onların faktiki evliliklərindən onun qardaşı oğlu X13 anadan olmuşdur. 2017-ci ildə Rusiya Federasiyası tərəfindən verilmiş İV-vd seriyalı,650459 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında X12 yazılmış, bu da atalıq faktının rəsmən tanınmasına mane olmuşdur. Məhz bu səbəbdən indiyədək Həmid 25 yaşında olmasına baxmayaraq heç bir sənəd əldə edə bilməmişdir. Halbu ki, X13 2007-ci ildən 2018-ci ilə qədər onun və həyat yoldaşı X14 himayəsndə yaşamış, bu müddətdə Tərtər rayonu Hüsənli kənd tam orta məktəbdə təhsil almışdır. Göstərdiklərinə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin sənəddə ata qrafası boş saxlanılmamış, X12, ana qrafasında X11 qeyd edilmişdir. Ərizəçi X5 atasının X12 olmasını, onun atası ilə anasının faktiki olaraq ər-arvad kimi yaşamalarını təsdiq edən hər hansı bir sənədi məhkəməyə əlavə edə bilməmişdir. X9 verilmiş doğum haqqında şəhadətnamədə ata qrafası qeydiyyatsız olmuş olsaydı onun atasının X12 olması faktı məsələsinə baxılmış olardı. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının dəlillərinə, cavabdehin etirazlarına və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub–olmaması, yəni iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət və ya əşya hüququnun mövcudluğu, sahiblik hüququnun pozulması və tələb hüququnun yaranması, qeyd edilən hallar mövcud olduğu halda, cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmaması məhkəmə tərəfindən araşdırmalıdır. Yuxarıda qeyd edildiyi kimi Ərizəçi hazırda X13 ilə qohumluq əlaqəsini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilmməmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaqcan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, ərizəçi tələbini sübut etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmişdir. Eləcə də X9 doğum haqqında şəhadətnamə verilmiş, ata qrafasında X10 qeyd edilmişdir. Ərizəçi məhkəmə iclasında oğlu X5 atasının X12 olmasını təsdiq edən hər hansı bir sübutu təqdim edə bilməmişdir. Məhkəmə ona görə də ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə hazırki faktla əlaqədar sübutetmə yükü ərizəçinin üzərinə düşür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçi Aidə X2 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində atası X12, anası X4 övladı kimi anadan olması faktını sübuta yetirə bilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi məqsədə müvafiq deyildir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarını, ərizəçinin izahatını və mülki işin materiallarınhda olan sübütları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi onun himayəsində olan qohumu X5 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində atası X12, anası X4 övladı kimi anadan olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi onun himayəsində olan qohumu X5 xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd rayonu, Küllər kəndində atası X12, anası X4 övladı kimi anadan olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar