Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1865/2024 29.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilməsi və ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-265/2024 nömrəli iş üzrə 31 yanvar 20 24-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İmişli Rayon Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli, 2(036)- 3894/2015 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx.xx.2013-cü il tarixdə vəfat etmiş X1 miras qalmış İmişli şəhəri, P.Həsənov küçəsi 51-də yerləşən 0,04 ha torpaq sahəsindən və 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 36,8 kv metr, köməkçi sahəsi 33,6 kv metr olan fərdi yaşayış evindən İddiaçı ¾ hissədə, cavabdeh X2 ¼ hissədə pay almaq hüququ təsdiq edilmiş və İddiaçı payına dair adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qət edilmişdir.
2. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının 06 oktyabr 2016-cı il tarixli, 2(106)-1701/2016 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər X6 və X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 04 noyabr 2015- ci il tarixli, 2(036)-3894/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən İmişli şəhəri, P.Həsənov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv metr, köməkçi sahəsi 33,6 kv metr olan 51 saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə İddiaçı və Cavabdeh adına mülkiyyət hüququ əsasında **********29-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Əmlak Məsələləri Dövlət Komi təsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Ərazi İdarəsi tərəfindən 27 fevral 2016-cı il tarixində tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İmişli şəhəri, P.Həsənov küçəsi 51 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 36,8 kv metr, köməkçi sahəsi 33,6 kv metr, ümumi sahəsi 70,4 kv metr olan fərdi yaşayış evi 1960-cı ildə inşa edilmişdir.
5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/2786 saylı ekspert rəyinə əsasən İmişli şəhəri, P.Həsənov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv metr, köməkçi sahəsi 33,6 kv metr olan 51 saylı fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilər in payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, həyətyanı sahədə əlavə tikililərin olmasına görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2.,2.4., 2.9., bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun ideal bölünməsi texniki cəhətdən mümkün deyil.
6. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/2786 saylı ekspert rəyində göstərilmişdir ki, İmişli şəhəri, P.Həsənov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv metr, köməkçi sahəsi 33,6 kv metr olan 51 saylı fərdi yaşayış evinin vahid daşınma z əmlak obyekti kimi hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 35000,0 manat (0,04 ha torpaq sahəsi 5000,0 manat, fərdi yaşayış evi 30000,00 manat) təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icra
7. İddiaçı Cavabdeh qarşı qarşı kompensasiya verilməklə ümumi paylı mülkiyət hüququna xitam verilməsi və ərazinin boşaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan İmişli şəhəri, P.Həsənov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv metr, köməkçi sahəsi 33,6 kv metr olan 51 saylı fərdi yaşayış evindən ibarət olan vahid daşınmaz əmlak obyektindəki payına (¼ hissə) müvafiq məbləğdə kompensasiya verilməklə cavabdehin umumi paylı mülkiyyət hüququna xitam verilməsi və ərazinin boşaldılaraq ona təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, o, 2003-cü ildə Bakı şəhərində yerləşən özünə məxsus olan mənzili sataraq cavabdehin əri X2 borclarını ödəmiş və sonrakı müddətdə daşınmaz əmlak qiymətlərində çox böyük artım olduğundan indiyədək mənzil ala bilməmişdir. Ümumi paylı mülkiyyətdə olan İmişli şəhəri, P.Həsənov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv metr, köməkçi sahəsi 33,6 kv metr olan 51 saylı fərdi yaşayış evinin naturada bölünməsi və birgə istifadəsi mümkün deyildir. Ona görə də, qeyd olunan ünvanda yerləşən vahid daşınmaz əmlak obyektində mülkiyyət hüququndakı payına (¼ hissə) mütənasib məbləğdə kompensasiya ödəni lməklə Cavabdeh ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və ərazinin boşaldılaraq ona təhvil verilməsi haqqında iddia qaldırmışdır.
9. İddiaçının nümayəndəsi Vəkil2 İddiaçı göstərdiyi xüsusatları eyni ilə təsdiq edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
10. Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçə İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətdə olan İmişli şəhəri, P.Həsənov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv metr, köməkçi sahəsi 33,6 kv metr olan 51 saylı fərdi yaşayış evi qəzalı vəziyyətdədir və mənzil şəraiti olmadığından istifadəsiz qalmışdır. Evin naturada bölünməsi mümkün olmasa da, həyətyanı torpaq sahəsinin naturada bölünməsi mümkündür. Həmin ünvanda ə raziyə bitişik yerləşən 111,0 kv metr torpaq sahəsini bələdiyyədən alqı-satqı yolu ilə əldə etmişdir. Ona görə də, İmişli şəhəri, P.Həsənov küçəsində yerləşən 0,04 ha torpaq sahəsinin Cavabdeh düşən 133,0 kv metr ərazisinin naturada bölünüb ayrılmasını tələb edir.
11. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(036)47/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İmişli şəhəri, P.Həsənov küçəsi 51-də yerləşən 0,04 ha torpaq sahəsi və birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv metr, köməkçi sahəsi 33,6 kv metr olan fərdi yaşayış evindən ibarət vahid daşınmaz əmlak obyektində Cavabdeh payının (1/4 hissə) cüzi olması və real s urətdə naturada ayrıla bilməməsi, habelə ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmamamsı nəzərə alınaraq müvafiq kompensasiya ödənilərək onun ümumi mülkiyyətdəki iştirakına xitam verilməli və o, İmişli şəhəri, P.Həsənov küçəsi 51-də yerləşən vahid daşınmaz əmlak obyektinin ərazisindən çıxarılmalıdır.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4, 220.5, 220.6 və 221-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmi şli rayonu, P.Həsənov küçəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 36,8 kv metr, köməkçi sahəsi 33,6 kv metr olan 51 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında mərhum anası X4 məxsus olmuş, bu evə dair onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad Rayon Ərazi İdarəsi tərəfindən 16 fevral 2008-ci il tarixli, MH ******* seriya nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Onun anası X5 adıçəkilən fərdi yaşayış evini və 4 sot həyətyanı torpaq sahəsini İmişli rayonu Birinci dövlət notariat kontorunda 2008-ci ilin iyunun 27-də 2V1-20 nömrəli reyestrdə rəsmiləşdirməklə iddiaçıya vəsiyyət etmiş, anası 01 noyabr 2013-cü ildə vəfat etmi ş, adıçəkilən ev ondan miras qalmış, vərəsələr arasında razılıq olmadığından İmişli Rayon Məhkəməsinin 2(036)-3894/2015 nömrəli, 4 noyabr 2015-ci il tarixli qətnaməsi ilə adıçəkilən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin ¾ hissəsi üzərində iddiaçının, ¼ hissəsi üzərində qardaşı – cavabdehin əri X2 payı müəyyən edilmiş və həmin hissələrdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla 3 mart 2016cı il tarixli, RX ******* seriya nömrəli çıxarış verilmişdir. Adıçəkilən fərdi yaşayış evinin iddiaçının payına düşən hissəsinə cavabdeh iddiaçını buraxmamış, mülkiyyətdən öz istəyinə uyğun sahiblik, istifadə edə və sərəncam verə bilməmiş, mülkiyyətdən iddiaçını faktiki olaraq məhrum etmiş, yalnız özü istifadə etməklə istədiyi kimi sərəncam vermiş, mülkiyyətdən iddiaçını fakt iki olaraq məhrum etməklə oradan müxtəlif təyinatlar üzrə istifadə edərək qazanc əldə etməyə başlamış, hazırda evi kənar şəxslərə kirayə verməklə gəlir əldə edir. Adıçəkilən evin və həyətyanı torpaq sahəsinin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi barədə 2017-ci ildə məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh mübahisənin məhkəmədən kənar həll edilməsinə maneçilik törətməyəcəyinə vədlər verərək iddiaçını əmin etdikdən sonra zərurət yaranacağı halda yenidən məhkəməyə müraciət edəcəyini bildirməklə iddia ərizəsini geri götürmüşdür. Lakin cavabdeh pis niyyətini nümayiş etdirməklə keçmiş 4 il ərzində nəinki mübahisənin məhkəmədən kənar həll edilməsinə razılıq verməmiş, iddiaçını ümumiyyətlə mülkiyyətində olan evə buraxmamışdır. Ona görə də mübahisənin məhkəmə dən kənar həll edilməsinin mümkün olmadığını görüb hazırkı iddia ilə məhkəməyə yenidən müraciət etməli olmuşdur. Adıçəkilən evin məhkəmədən kənar satılması, əldə olunmuş vəsaitin paylara uyğun hissədə bölünməsi, yaxud mənzilin ¾ hissəsinin dəyərinin iddiaçıya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi üçün etdiyi bütün cəhdlər nəticəsiz qalmış, mübahisə öz müsbət həllini tapmadığından hesab edir ki, məsələ məhkəmə qaydasında həll olunmalıdır. İmişli rayonu, P.Həsənov küçəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 36,8 kv metr, köməkçi sahəsi 33,6 kv metr olan 51 saylı fərdi yaşayış evinin və yardımçı sahələrinin naturada bölgüsü mümkün olmadığından məsələnin məhkəmədən kənar həlli qaydası yoxdur. Cavabdeh tərəfindən adıçəkilən fərdi yaşayış evi ilə bağlı iddiaçının mülkiyyət hüquqlarının kobud surətdə pozulmasının qarşısının alınması, cavabdehlə bir mənzildə yaşamağın qeyri-mümkünlüyünü nəzərə alaraq hesab edir ki, yaranmış şəraitdə hüquqlarının pozulmasının qarşısının birdəfəlik alınmasından ötrü adıçəkilən ev naturada bölünməli, əgər naturada bölünməsi mümkün olmasa, mənzil açıq hərrac yolu ilə satılmalı, əldə olunmuş vəsait paylara uyğun olaraq bölünməlidir.
16. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanuni və əsaslı olmuşdur. Onun ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur. Mübahisəli evdə sonradan yaşamaq fikrində deyil, cavabdehin həmin əmlak üzərində payına kompensasiya verilməklə xitam verildikdən sonra həmin əmlakı satmağı düşünür. O, həmin əmlak üzərində ¾ hissədə olan payını cavabdehə satmağa etiraz edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
17. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək iddiaçının izahatı ilə eyni məzmunda çıxış etdi. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-265/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov və T.Heydərov) apellyasiya şikayəti təmin edilm iş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.
19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilk öncə onunla cavabdehin ümumi paylı mülkiyyətində olan daşınmaz əmlakın naturada bölünməsini, naturada bölgü mümkün olmadıqda isə evin açıq hərrac yolu ilə satılmasını, əldə olunmuş vəsaitin paylara uyğun bölünməsini tələb etmiş, lakin həmin tələbə hər hansı hüquqi qiymət verilmədən, 15 iyul 2022-ci il tarixli ekspert rəyi alındıqdan sonra iddiaçı öz tələbini dəyişdirmiş, cavabdehə payına uyğun olaraq fərdi yaşayış evinin bazar qiymətinin ¼ hissəsinə görə kompensasiya verilməklə onun paylı mülkiyyət hüququna xitam verilməsini tələb etmiş, daha sonra isə öz tələbinin həcmini artıraraq, cavabdehə ümumi payl ı mülkiyyətdə fərdi yaşayış evinin və torpaq sahəsinin bazar qiymətinə uyğun ¼ hissəsinə görə kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilməsi, ərazinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini əsaslandırarkən bildirmişdir ki, cavabdehlə eyni evdə yaşamaq mümkün deyil, o, iddiaçının həmin evdən istifadəsinə mane olur və evin həyətyanı sahəsinə tikinti materialları tökərək işlər görmək niyyətindədir.
20. Cavabdeh isə apellyasiya şikayətində göstərmişdir ki, Mülki Məcəllə paylı mülkiyyətin mülkiyyətçisinə kompensasiya ödənilməsinin əsası kimi onun öz razılığının olmasını müəyyən etmiş və bundan istisna üçün yalnız 3 halı kompleks şəkildə mövcudluğu tələbini irəli sürmüşdür: 1) mülkiyyətçinin payının cüzi ol ması; 2) payın real surətdə ayrıla bilməməsi; 3) ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olmaması. Hazırkı iş üzrə 1-ci və 3-cü halların olmaması açıq-aşkardır. Belə ki, cavabdehin ¼ hissədə (25%) payı cüzi pay hesab edilə bilməz və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olmaması məhkəmə qətnaməsində əsaslandırılmamışdır. 2-ci əsasla bağlı isə bölgünün mümkünlüyünü əks etdirən "xxxx" MMC-nin mütəxəssis rəyini təqdim edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ekspert rəyini yoxlamadan və qiymətləndirmədən qəbul etmiş, əlavə araşdırma aparmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi qanuni əsaslar olmadan onu ümumi mülkiyyətdə olan payından məhrum etmişdir.
21. Göründüyü kimi, iddiaçı ümumi paylı mülkiyyətində olan əmlakın naturada bölün məsi məsələsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsini gözləmədən iddia tələbini dəyişdirməklə, birbaşa olaraq cavabdehin ümumi mülkiyyətdə olan əmlak üzərində payına kompensasiya ödənilməklə xitam verilməsini tələb etmişdir.
22. Məhkəmə iddiaçının kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilməsi ilə bağlı tələbinə hüquqi qiymət verərək göstərmişdir ki, MM-in 220.3-cü maddəsində qeyd edilənlərin əksinə olaraq, iddiaçı özünün mülkiyyətdə olan payına kompensasiya verilməklə xitam verilməsini deyil, cavabdehin mülkiyyətdə olan payına kompensasiya ödənilməklə xitam verilməsini tələb etmiş, həmçinin, MM-in 220.4-cü maddəsində nəzərdə tutulmuş paylı mülkiyyətçiyə onun razılığı olmadan kompensasiya verilməklə onun payına xitam verilməsi üçün müəyyən edilmiş şərtlərin mövcudl uğu sübut olunmamışdır.
23. İddia tələbinin ərazinin boşaldılması və iddiaçıya təhvil verilməsinə dair hissəsi ilə bağlı isə qeyd edilmişdir ki, həmin hissədə tələb cavabdehin paylı mülkiyyətdə olan payına xitam verilməsinin hüquqi taleyindən asılı olmuşdur. Hazırda cavabdehin əmlak üzərində paylı mülkiyyət hüququndakı payının xitamı üçün əsas olmadığından, onun həmin ərazidə mülkiyyətçi kimi müxtəlif fəaliyyətlərlə məşğul olmaq imkanı vardır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisənin predmetini təşkil edə n ev və onun həyətyanı torpaq sahəsindən payının ayrılmasını ayrıca məhkəmə qaydasında tələb etməmiş ona görə ki, bu evin naturada bölgüsü fiziki cəhətdən mümkün deyildir.
26. Adı çəkilən evin bölünməsi və ya payına düşən hissəsinə görə ona kompensasiya ödənilməsini digər mülkiyyətçiyə dəfələrlə təklif etmiş, digər mülkiyyətçi onu bu barədə dəfələrlə aldatmış, 2017-ci ildə İmişli Rayon Məhkəməsinin icraatında olan eyni məzmunlu iddianın geri götürülməsinə nail olsa da, keçmiş 5 il müddətində onu aldatmış, ona kompensasiya ödəməkdən müxtəlif bəhanələrlə yayınmış, əvəzində onu öz mülkiyyətindən faktiki olaraq məhrum etməklə adı çəkilən evə onu ümumiyyətlə buraxmamış və ora gələcəyi təqdirdə sonucun pis olacağı ilə onu təhdid etmişdir (hazırkı cavabdehin oğlu). Ona görə də digər paylı mülki yyətçidən adı çəkilən evə görə kompensasiya almağı mümkün olmadığından adı çəkilən iddia ilə 2022-ci ildə yenidən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
27. MM-nin 220.6-cı və 221.-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunan hazırkı iş üzrə hər üç hal mövcud olmuşdur, belə ki; əvvala, paylı mülkiyyətdə onun ¾ hissə payına münasibətdə, digər mülkiyyətçinin ¼ hissədə payı əlbətdəki cüzi hesab edilə bilər; ikincisi, paylı mülkiyyətçilərin payının real surətdə naturada ayrılması mümkün deyildir, bu hal iş üzrə keçirilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2786 №-li rəyi ilə tam olaraq öz təsdiqini tapmışdır; üçüncüsu, digər paylı mülkiyyətçinin ümumi əmlakdan istifadə edilməsində on un mühüm mənafeyi yoxdur, çünki, vərəsəliyin açıldığı keçmiş 10 il ərzində digər payçının adı çəkilən evə ehtiyacı olmadığı üçün orada yaşamamış və buna təşəbbüs belə göstərməmiş, onun Bakı şəhərində və İmişli şəhərinin başqa ərazisində hər cür şəraitli fərdi yaşayış evləri mövcuddur, bu evdən heç vaxt təyinatına uyğun istifadə etməmiş, hətta onu ora buraxmamışdır, baxmayaraq ki, onun yaşamağa başqa evi yoxdur, kirayədə qalır, bu evə hədsiz dərəcədə ehtiyacı vardır. Bu halları düzgün qiymətləndirən birinci instansiya məhkəməsi digər mülkiyyətçinin razılığı olmadan onun tərəfindən kompensasiya ödənilməklə onun paylı mülkiyyət hüququna xitam verməklə maddi hüquq normasını düzgün tətbiq etmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdiklər i sübutları məcmu şəklində tədqiq etməmiş və qiymətləndirməmiş, nəticədə maddi hüquq normalarını pozmaqla qanunu səhv təfsir etmişdir.
28. Tərəflər arasındakı mübahisənin müsbət həll olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş ardıcıllığı gözləmiş, paylı mülkiyyətçilərin hər birinin payı bəllidir, paylı mülkiyyətin naturada bölgüsü və mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir, adı çəkilən ev açıq hərracdan satılarsa real qiymətindən ucuz satılması ehtimalı riski böyükdür, ona görə də onun digər payçıya kompensasiya təklif etməyi, həm də onun maraqlarına uyğundur və mübahisənin birdəfəlik həlli deməkdir, digər tərəf ona payına uyğun kompensasiya vermək, həmçinin payını almaq belə istəməmiş, bunu apellyasiya məhkəməsində də bildirmiş, habelə bunu 2017-ci ildən 5 il gözləmiş, lak in heç bir nəticə olmamışdır.
29. Digər payçı, apellyasiya şikayətində adı çəkilən paylı mülkiyyətdə olan evin həyətyanı torpaq sahəsinin onun payına düşən ¼ hissəsinin ayrılmaqla, tikiliyə görə kompensasiyanın verilməsi mümkünlüyünü bildirmiş, lakin məhkəmə kollegiyası nəinki, bunu müzakirə etməmiş, hətta bu barədə onun fikrini dinləməmiş, mübahisənin tərəflərin mənafeyinə uyğun həllinə təşəbbüs belə göstərməmişdir.
30. Digər bir araşdırılmamış qalmış hal ondan ibarətdir ki, iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2023-cü il tarixli rəyində mübahisə predmetinin naturada bölgüsünün mümkün olmaması göstərilsə də, apellyasiya şikayətinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində isə torpaq sahəsinin və tikilinin naturada bölünmənin kommunikasiya xətlərinin yenidən quraşdırılması şərti ilə mümkün olması qeyd olunmuş, lakin rəylər arasındakı ziddiyyətlər məhkəmə tərəfindən aradan qaldırılmamış, həmçinin müzakirə edilməmişdir. Ona görə də hesab edir ki, məhkəmə qeyd olunun maddi hüquq normlarını düzgün tətbiq etməməlkə səhv nəticəyə gəlmişdir.
31. Apellyasiya instansiya məhkəməsi qanuna birtərəfli yanaşmış, digər payçının mülkiyyət hüquqlarını qorumağa çalışsa da, sanki onun mülkiyyət hüquqlarını heçə saymışdır, yəni digər payçının onu faktiki mülkiyyətdən məhrum etməsini, oradakı özbaşınalığını, onun mübahisəli evə buraxılmamağını, oradan istifadə edə bilməməyini görməzdən gəlmiş, mülkiyyət hüquqlarının pozulmasına isə davam demişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmam ışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
36. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
37. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını mə hkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 38. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel 2014-cü il tarixli Qərarı
39. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəlləni n 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödəni lməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yar andığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş pros essual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsin in aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman, həm də apellyasiya şikayətinə etirazda irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
52. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquq i nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-265/2024 nömrəli iş üzrə 31 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.