Məhkəmə qərarları › İş №2(061)-1181/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1181/2025

29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1181/2025 29.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Tərtyər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı ərizə və tələbin dəqiqləşdirilməsinə dair ilə məhkəməyə müraciət edərək, qeyri-rəsmi nikahlarından xx.xx.2023-cü ildə anadan olmuş qızları X2 doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Tərtər rayonunun Sarov kəndində yaşayır. Ərizəçi2 ilə xx.xx.2021-ci ildə qeyri-rəsmi ailə qurmuş, faktiki evliliklərindən xx.xx.2023-cü ildə bir uşaqları - X5 anadan olmuşdur. Sonradan, yəni xx.xx.2025-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Özü həmin vaxt hərbiçi olduğu üçün doğuş vaxtı evdə olmamışdır. Doğuş vaxtı orada özünün nənəsi Firəngiz və xalası Sənubər olmuşlar. Doğuş qəfl başlandığı üçün Sələmbəri xəstəxanaya aparmaq mümkün olmamış və doğuş evdə olmuşdur. Uşağa doğum haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə müraciət etsələr də, həkim arayışı olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Tərtər rayonunun Sarov kəndində yaşayır. Ərizəçi1 ilə xx.xx.2021-ci ildə qeyri-rəsmi ailə qurmuş, faktiki evliliklərindən xx.xx.2023-cü ildə bir uşaqları - X5 anadan olmuşdur. Sonradan, yəni xx.xx.2025-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Əri hərbiçi olduğu üçün doğuş vaxtı evdə olmamışdır. Doğuş vaxtı orada ərinin nənəsi Firəngiz və xalası Sənubər olmuşlar. Doğuş qəfl başlandığı üçün onu xəstəxanaya aparmaq mümkün olmamış və doğuş evdə olmuşdur. Uşağa doğumu haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə müraciət etsələr də, həkim arayışı olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində bildirmişdir ki, Ərizəçi1 onun bacısı oğlu, Ərizəçi2 isə bacısının gəlinidir. İlkinlə Sələmbər xx.xx.2021-ci ildə qeyri-rəsmi ailə qurmuşlar. Onların faktiki evliliklərindən xx.xx.2023-cü ildə bir uşaqları - X5 anadan olmuşdur. İlkin həmin vaxt hərbiçi olduğu üçün doğuş vaxtı evdə olmamışdır. Doğuş vaxtı orada özü və anası Firəngiz olmuşdur. Doğuş qəfl başlandığı üçün Sələmbəri xəstəxanaya aparmaq mümkün olmamış və doğuş evdə baş vermişdir. Doğuşda özü və anası Firəngiz iştirak etmiş və lazımı köməkliyiyi etmişlər. Uşaq hal-hazırda saösalamatdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində bildirmişdir ki, Ərizəçi1 onun nəvəsi, Ərizəçi2 isə nəvəsinin arvadıdır. İlkinlə Sələmbər xx.xx.2021-ci ildə qeyri-rəsmi ailə qurmuşlar. Onların faktiki evliliklərindən xx.xx.2023-cü ildə bir uşaqları - X5 anadan olmuşdur. İlkin həmin vaxt hərbiçi olduğu üçün doğuş vaxtı evdə olmamışdır. Doğuş vaxtı orada özü və qızı Sənubər olmuşdur. Doğuş qəfl başlandığı üçün Sələmbəri xəstəxanaya aparmaq mümkün olmamış və doğuş evdə baş vermişdir. Doğuşda özü və qızı Sənubər iştirak etmiş və lazımı köməkliyiyi etmişlər. Uşaq hal-hazırda saö-salamatdır. İşdə olan Bərdə regioanal “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş nikah haqqında şhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X3 arasında xx.xx.2023-ci il tarixdə nikah haqqında akt qeydləri kitabında 448 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir. İşdə olan Tərtər rayon İHB-nın Sarov kənd İƏD-i üzrə nümayəndəsi S.Hüseynov tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 192 sayl arayışdan görünür ki, Ərizəçi1 və Ərizəçi2 hal-hazırda Tərtər rayonunun Sarov kəndində yaşayırlar. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi2 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 316- 5/7-Ə/2-5xx-xx/20xx-xx/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə doğulmuş qız (cinsi) uşağının doğumu barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivinddə doğum haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün doğum haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün doğumu dövlət qeydiyyatına almaq mümkün deyildir və məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05/69-836 saylı arayışdan görünür ki, Ərizəçi2 xx.xx.2023-cü ildə anadan olan qız (cinsi) uşağının doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat sisteminə xx.xx.2025-ci ilədək edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçilərnin izahatları, şahidlərin ifadələri və işdə olan digər sübutlara əsasən müəyyən olundu ki, ərizəçilər xx.xx.2021-ci ildə qeyrirəsmi ailə qurmuşlar. Onların faktiki evliliklərindən xx.xx.2023-cü ildə bir uşaqları - X5 anadan olmuşdur. Ərizəçilər sonradan, yəni xx.xx.2025-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Doğuş qəfl başlandığı üçün Sələmbəri xəstəxanaya aparmaq mümkün olmamış və doğuş evdə olmuşdur. Uşağa doğum haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə müraciət edilsə də, doğum haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi olmadığı üçün uşağa doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetnin 31 oktyabr 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.4.5-ci bəndinə uyğun olaraq uşaq tibb müəssisəsində kənarda doğulduqda, doğuma köməklik göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. Həmin Qaydanın 2.6-cı bəndinə görə Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qeyri-rəsmi nikahlarından anadan olmuş qızları X2 xx.xx.2023-cü ildə Tərtər rayonunun Sarov kəndində doğulması faktı məhkəmə iclasında sübuta yetirildiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qeyri-rəsmi nikahlarından anadan olmuş qızları X2 xx.xx.2023-cü ildə Tərtər rayonunun Sarov kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar