Məhkəmə qərarları › İş №2(061)-1194/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1194/2025

25.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1194/2025 25.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Tərtər rayon Xüsusi Notariat Ofisinə qarşı “ikinci növbə vərəsə kmim tanınma və mirasının qəbul edilməsi faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Tərtər rayon Xüsusi Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2008-ci ildə vəfat etmiş qardaşı X1 ikinci növbə vərəsəsi kmi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxs Tərtər rayon Xüsusi Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs Tərtər rayon Xüsusi Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında Ərizəçi məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 24 dekabr 2021-ci il tarixli 12 nömrəli qərarı ilə yeni redaksiyada verilmiş “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcürbəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 31 may 2011-ci il rarixli 3№-li qərarının 2-ci bəndinə görə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə görə 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə iddia ərizəsi geri qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən ərizə Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən geri qaytarılmalıdır. zərbaycan Respublikası MPM-nin 114.1, 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığı üçün ərizəyə baxılması ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Tərtər rayon Xüsusi Notariat Ofisinə qarşı “ikinci növbə vərəsə kmim tanınma və mirasının qəbul edilməsi faktının müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. Ərizəyə məhkəmədə baxılması ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona geri ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar