Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1197/2025 19.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Ərizəçi maraqlı tərəf Tərtər rayon Xüsusi Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla “mirasın qəbul etmə faktının və hüquq müəyyənedici sənədin həmin şəxslərə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Ərizəçi (maraqlı tərəf Tərtər rayon Xüsusi Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla) “mirasın qəbul etmə faktının və hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, Ərizəçi maraqlı tərəf Tərtər rayon Xüsusi Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla “mirasın qəbul etmə faktının və hüquq müəyyənedici sənədin həmin şəxslərə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət etmiş və onun ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında araşdırılarkən miras qoyanın digər vərəsələri ərizələr təqdim edərək miras əmlakdan pay tələb etdiklərini bildirmişlər. Həmin vaxt məhkəmə iclasında iştirak etmiş, mülki iş üzrə mübahisələndirilən “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-359F Kod 61101004 saylı Şəhadətnamənin təsdiq olunmuş surətində adları mülkiyyətçi kimi qeyd olunmuş X1, X2 və X3 məhkəmə iclasında rəsmi ərizə təqdim edərək qardaşına, anasına, özünə düşən paylarını tələb etmişlər. Belə ki, iş materiallarında olan mülki iş üzrə mübahisələndirilən “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-359F Kod 61101004 saylı Şəhadətnamənin təsdiq olunmuş surətində X1, X2 və X3 mülkiyyətçi kimi qeyd olunmuşlar. Beləliklə də məhkəmə prosesinin gedişində hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəçinin ərizəsinə baxılarkən hüquq haqqında mübahisə müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 1.5-ci bəndində göstərilmişdir ki, Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Məhkəmə göstərilənləri nəzərə alaraq Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-469 nömrəli qərardadı ilə Ərizəçi (maraqlı tərəf Tərtər rayon Xüsusi Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla) “mirasın qəbul etmə faktının və hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsını qərara almışdır. Həmin qərardaddan şikayət verilməmiş, qanuni qüvvəsini almışdır. Bütün bunlara baxmayaraq ərizəçi təkrarən eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişdir. Bir daha ərizəçiyə izah edilir ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılır. Yəni, hazırki vəziyyətdə miras qoyanın digər vərəsələri miras əmlakdan pay tələb etdikləri üçün ərizə geri qaytarılmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla miras əmlakın paylar üzrə bölünməsi barədə iddia vermək hüququ izah etməlidir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizəçiyə izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı tərəf Tərtər rayon Xüsusi Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla “mirasın qəbul etmə faktının və hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1197/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1197/2025
19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver