Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1198/2025 08.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 maraqlı şəxs Tərtər rayon Xüsusi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Ərizəçi X8 maraqlı şəxs Tərtər rayon Xüsusi Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci ildə vəfat etmiş atası X3 miras qalmış, Tərtər rayonu, Mamırlı kəndində yerləşən Seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2015-ci olan, reyestr nömrəsi **********46 olan Çıxarışa əsasən verilmiş 0,3584 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən miras kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxs Tərtər rayon Xüsusi Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizəyə qarşı yazılı etirazını və etirazını əsaslandıran sübutlarını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi X8 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, atası X10 xx.xx.2005-ci ildə, anası X9 xx.xx.1994-cü ildə, qardaşı X11 isə xx.xx.2023-cü ildə vəfat etmişdir. Atasından Tərtər rayonu, Mamırlı kəndində yerləşən Seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2015-ci olan, reyestr nömrəsi **********46 olan Çıxarışa əsasən verilmiş 0,3584 ha pay torpaq sahəsi miras qalmışdır. Miras qoyanın, o, da daxil olmaqla X13 və X4 ibarət vərəsələri vardır. Miras əmlak heç kimə vəsiyyət edilməmişdir. Miras qalan əmlakı özü faktiki olaraq qəbul etmişdir. Digər vərəsələr miras qalan əmlakın onun tərəfindən qəbul edilməsinə razıdırlar və bu barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişlər. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan Seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2015-ci olan, reyestr nömrəsi **********46 olan Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 mülkiyyətində Tərtər rayonu, Mamırlı kəndində yerləşən 0,3584 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İşdə olan Mirbəşir rayonu Evoğlu kənd soveti tərəfindən 8 iyun 1959-cu ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, şəhadətnamənin sahibi X2 ata qrafasında X10, anası qrafasında X9 yazılmışdır. İşdə olan Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X9 xx.xx.1994-cü il tarixdə ölmüşdür. İşdə olan Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X10 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İşdə olan Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X11 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşdə olan Tərtər rayon Mamırlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 162 saylı arayışlardan görünür ki, X10 və X9 vəfat etmişlər. Onların aşağıdakı uşaqları: X13, X1 Zənfurə Fərman qızı və X11 (xx.xx.2023-cü ildə vəfat edib) qalmışdır. İşdə olan X13 və X12 tərəfindən notarial qaydada verilmiş çap tarixi xx.xx.2025-ci il və xx.xx.2025-ci il olan ərizələrdən görünür ki, onlar xx.xx.2005-ci il tarixdə vəfat etmiş ataları X3 miras qalmış Seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2015-ci olan, reyestr nömrəsi **********46 olan Çıxarışa əsasən verilmiş 0,3584 ha pay torpaq sahəsinin bacıları X8 tərəfindən miras kimi qəbul edilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. İşdə olan Tərtər rayon Notariat Ofisi tərəfindən qəbul edilmiş “notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair” 407 saylı, xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, X3 qalan mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyü üçün X6 vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan Tərtər rayon Xüsusi Notariat Ofisi tərəfindən Tərtər Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 617 saylı məktubdan görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X10 ilə bağlı elektron məlumat informasiya sistemində açılmış vərəsəlik işi və təsdiq edilmiş şəhadətnamə aşkar edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin izahatından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, ərizəçinin atası X10 xx.xx.2005-ci ildə, anası X9 xx.xx.1994-cü ildə, qardaşı X11 isə xx.xx.2023-cü ildə vəfat etmişdir. Ərizəçinin atasından Tərtər rayonu, Mamırlı kəndində yerləşən Seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2015-ci olan, reyestr nömrəsi **********46 olan Çıxarışa əsasən verilmiş 0,3584 ha pay torpaq sahəsi miras qalmışdır. Miras qoyanın ərizəçi də daxil olmaqla X13 və X4 ibarət vərəsələri vardır. Miras əmlak heç kimə vəsiyyət edilməmişdir. Miras qalan əmlakı ərizəçi özü faktiki olaraq qəbul etmişdir. Digər vərəsələr miras qalan əmlakın ərizəçi tərəfindən qəbul edilməsinə razıdırlar və bu barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişlər. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Miras əmlak barədə hər hansı bir mübahisə yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, miras müvafiq olaraq 2005-ci ildə açıldığından məsələ hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməklə həll edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarını rəhbər tutaraq və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçi miras qoyanın qızı olmaqla miras qalan əmlakı faktiki olaraq miras kimi qəbul etmişdir. Ona görə də ərizə qanuni və əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklkə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216 - 220-ci və 360-cı maddələrini rəhbər tutataq, Qət Etdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci ildə vəfat etmiş X3 miras qalmış, Tərtər rayonu, Mamırlı kəndində yerləşən Seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2015-ci olan, reyestr nömrəsi **********46 olan Çıxarışa əsasən verilmiş 0,3584 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərizəçi X8 tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.
Məhkəmə qərarları › İş №2(061)-1198/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1198/2025
08.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver