Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-12/2025 05.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla torpaqdan çıxarılma və yolun açılması tələbinə dair mülki iş üzrə Cavabdeh ilkin İddiaçı qarşı yolun bağlanması, darvazanın cavabdehin hesabına sökülərək yerindən çıxarılıb aparılması, su arxının açılması və su arxının qarşısının kəsilməsinin cavabdehə qadağan edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Əsim oğluna qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə onun xüsusi mülkiyyətinə verilmiş və Tərtər rayonu, Borsunlu kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin yol sahəsinin onların ixtiyarına verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ilkin İddiaçı qarşı qarşılıqlı iddia verərək onun cavabdehə verdiyi yolun bağlanması, cavabdehin evinin yaxınlığında qoyduğu darvazanın onun hesabına sökülərək yerindən çıxarılıb aparılması, həyətinə gələn su arxının açılması, su arxının qarşısının kəsilməsinin cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 17 saylı qərarı ilə Tərtər rayon Borsunlu kəndində onun və X1nın xüsusi mülkiyyətlərinə 0,26 ha ölçüdə həyətyanı torpaq sahəsi verilmiş və bu hal “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-189F, KOD nömrəsi 61109068 saylı Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X1 xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra həyətyanı torpaq sahəsini təkbaşına idarə etmiş və müvafiq təsərrüfat işləri aparmışdır. Torpaq sənədinə əsasən X6 və Cavabdeh onun həyətyanı torpaq sahəsi üzrə qonşularıdır. Cavabdeh özbaşınalıq edərək onun darvazadan yola çıxan bütün sahəni zəbt edib, həmin torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsi ilə keçmələrinə, torpaq sahəsindən malqaranı keçirməklərinə imkan verməmişlər. Halbu ki, həmin zəbt edilmiş ərazi köhnədən kənd camaatının gediş-gəliş yolu olmuşdur. Cavabdehdən dəfələrlə tələb etməsinə baxmayaraq onların həyətyanı torpaq sahəsindən yola çıxan zəbt etdiyi ərazidən çıxamaq istəmir və beləliklə, mülkiyyət hüquqlarının həyata keçməsinə maneçilik törədir və məhdudiyyət yaradır. Məz bu səbəbdən də Cavabdeh ilə aralarında xeyli müddətdir ki, mübahisələr yaranmışdır. Bu barədə Borsunlu kənd icra Nümayəndəliyinə, Tərtər ayon İcra Hakimiyyətinə, Tərtər rayon Polis Şöbəsinə şikayət etsə də nəticəsi olmamışdır. Şikayətinə cavab olaraq mübahisənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə onun xüsusi mülkiyyətinə verilmiş və Tərtər rayonu, Borsunlu kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin yol sahəsinin onların ixtiyarına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 17 saylı qərarı ilə Tərtər rayon Borsunlu kəndində İddiaçı və bacısı Sənubər Quliyevaya 0,26 ha ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçının bacısı Sənubər Quliyeva xx.xx.2015-ci ildə vəfat etmiş, bundan sonra həyətyanı torpaq sahəsini iddiaçı təkbaşına idarə etmişdir. İddiaçı həmin həyətyanı torpq sahəsində müvafiq təsərrüfat işləri aparmışdır. İddiaçı Rusiya Federasiyasından gəlib onlarla qonşuluqda yaşamasında ona şərait yaratmış və həyətyanı torpaq sahəsinin bir hissəsindən ona həyətinə gedib-gələ bilməsi üçün yol vermişdir. Buna baxmayaraq cavabdeh onun həyətinə gələn, 1950-ci ildən indiyədək kənd əhalisinin istifadəsində olan arx suyunu kəsmiş, onlara həyətlərində olan bitkiləri, ağacları sulamağa imkan verməmişdir. Bu azmış kimi cavabdeh onun evinin yaxınlığında özünə darvaza qoydurmuşdur. Cavabdehin bu hərəkətlərinə dözə bilməmiş onun və anasıın həyətini sulamağa imkan vermədiyindən öz həyətindən verdiyi gediş-gəliş yolunu bağlayacağını, ya da ona sevituta görə haqq ödəməli olduğunu bildirmişdir. Cavabdeh isə onun bu şərtinə əməl etmək əvəzinə müxtəlif qanunsuz hərəkətlərə əl atmışdır. Hər bir halda o, ilkin iddianın əsassız olduğunu və qarşılıqlı iddianın isə əsaslı olduğunu şahidlərinin təsdiq edə biləcəklərini göstərmişdir. Yuxarıda qeyd edilənlərə əsasən onun cavabdehə verdiyi yolun bağlanması, cavabdehin evinin yaxınlığında qoyduğu darvazanın onun öz hesabına sökülərək yerindən çıxarılıb aparılması, həyətilərinə gələn su arxının açılması, au arxının qarşısının kəsilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməmiş və qarşılıqlı iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı ilə heç bir ədavəti olmamış, münasibətlri normal olmuşdur. Lakin son zamanlar onun irəli sürdüyü əsassız torpaq tələbi ilə bağlı olaraq münasibətləri pozulmuşdur. İddiaçı ona qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə onun xüsusi mülkiyyətinə verilmiş və Tərtər rayonu, Borsunlu kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin yol sahəsinin onların ixtiyarına verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının yazdığına görə guya Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 17 saylı qərarı ilə Tərtər rayon Borsunlu kəndində İddiaçı və bacısı Sənubər Quliyevaya 0,26 ha ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçının bacısı Sənubər Quliyeva xx.xx.2015-ci ildə vəfat etmiş, bundan sonra həyətyanı torpaq sahəsini iddiaçı təkbaşına idarə etmişdir. İddiaçıya guya özbaşınalıq edərək onun darvazadan yola çıxan bütün sahəsini zəbt edib həmin torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsi ilə keçməsinə, həmçinin malqaranı keçirməsinə imkan verməmişdir. Halbu ki, həmin zəbt edilmiş ərazi guya köhnədən kənd camaatının gediş-gəliş yolu olmuşdur. İddiaçı həmçinin bildirmişdir ki, guya o, onun həyətyanı torpaq sahəsindən yola çıxan sahəni zəbt etmiş və həmin ərazidən çıxmaq istəmir və beləliklə iddiaçının mülkiyyət hüququnun həyata keçməsinə maneçilik törədir. İddiaçının iddia ərizəsində göstərilən dəlillərin heç bir əsası yoxdur. Belə ki, idiaçı Rusiya Federasiyasından gəlib onunla qonşuluqda yaşamasına o, şərait yaratmış, həyətyanı torpaq sahəsinin bir hissəsindən ona yol vermişdir ki, həyətinə gedib-gələ bilsin, toy edərkən avtomobillər onun həyətinə daxil ola bilsin. Bu yaxşılıqlarının müqabilində iddiaçı ona qarşı pislik edərək Vətən müharibəsi dövründə anasının və onun həyətinə gələn arx suyunu kəsmiş və onlara həyətlərində olan bitkiləri və ağacları suvarmağa imkan verməmişdir. Bu azmış kimi iddiaçı onun yaxınlığında özünə darvaza qoydurmuşdur. Onun bu hərəkətlərinə dözə bilməmiş, ona anasının və özünün həyətini suvarmağa imkan verməyəcəyi təqdirdə ona öz torpaq sahəsindən veridiyi yolu bağlayacağını bildirmişdir. Odur ki, məhkəmədə ilkin İddiaçı qarşı qarşılıqlı iddia verərək onun cavabdehə verdiyi yolun bağlanması, cavabdehin evinin yaxınlığında qoyduğu darvazanın onun hesabına sökülərək yerindən çıxarılıb aparılması, həyətinə gələn su arxının açılması, su arxının qarşısının kəsilməsinin cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda bir daha ilkin iddianın rədd edilməsi, özünün verdiyi qarşılıqlı iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Tərtər rayon Borsunlu kənd İƏD-i üzrə nümayəndəsinin verdiyi 31 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Tərtər rayon Borsunlu kəndində yaşayır. İş materiallarında olan JN-189F, KOD 61109068 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı və X5 Tərtər rayon Borsunlu kəndindən 0,26 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Tərtər rayon Borsunlu kənd İƏD-i üzrə nümayəndəsinin verdiyi 33 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, JN-189F, KOD 61109068 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə 1-ci sırada İddiaçı adı səhvən X4 qeyd edilmişdir. Əslində İddiaçı oxunmalıdır. İş materiallarında olan AZ-İ № 731445 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Tərtər RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE 09402298 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1968-ci il tarixdə Tərtər rayon Borsunlu kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan JN-188A, KOD 61109068 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə Cavabdeh Tərtər rayon Borsunlu kəndindən 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Tərtər rayon Borsunlu kəndində yerləşən Sənubər Quliyevanın və digərlərinin xüsusi mülkiyyətinə verilmiş 0,26 ha həyətyanı torpaq sahəsinin hər hansı bir hissəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. Cavabdeh və mərhum atasına ümumilikdə 0,43 ha mülkiyyətlərinə torpaq sahəsi verilmişdir və hal-hazırda cavabdeh mərhum atasının torpaq sahəsi ilə birlikdə 0,48 hektardan istifadə edir. İddiaçı həyətyanı torpaq sahəsinə avtomobil və piyada gediş-gəliş yolu mövcuddur. Sözügedən mübahisəli yol hal-hazırda bağlanmamışdır. Mübahisəli yol bələdiyyə mülkiyyətinə aiddir. Mübahisəli gediş-gəliş yolu Borsunlu kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu layihəsində nəzərdə tutulmuşdur. Cavabdeh həyətyanı torpaq sahəsini suvarmaq üçün faktiki naturada su arxı mövcuddur. Rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş 23 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16-16/2-10/307/2025 saylı xx.xx.2025-ci il tarixli tikinti- texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində bildirilir ki, Tərtər rayon Borsunlu kəndində yerləşən Sənubər Quliyevanın xüsusi mülkiyyətinə verilmiş 0,26 ha həyəytyanı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində bildirilir ki, Cavabdeh və mərhum atasına ümumilikdə 0,43 ha mülkiyyətlərinə torpaq sahəsi verilmişdir və hal-hazırda cavabdeh mərhum atasının torpaq sahəsi ilə birlikdə 0,48 hektardan istifadə edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində bildirilir ki, İddiaçı həyətyanı torpaq sahəsinə avtomobil və piyada gediş-gəliş yolu mövcuddur. Sözügedən mübahisəli yol hal-hazırda bağlanmamışdır. Mübahisəli yo bələdiyyə mülkiyyətinə aiddir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində bildirilir ki, Mübahisəli gediş-gəliş yolu Borsunlu kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu layihəsində nəzərdə tutulmuşdur. Cavabdeh həyətyanı torpaq sahəsini suvarmaq üçün faktiki naturada su arxı mövcuddur. Rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. Məhkəmə ilkin iddia ərizəsini, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, JN-189F, KOD 61109068 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı və X5 Tərtər rayon Borsunlu kəndindən 0,26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eləcə də JN-188A, KOD 61109068 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə Cavabdeh Tərtər rayon Borsunlu kəndindən 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı Cavabdeh Əsim oğluna qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə onun xüsusi mülkiyyətinə verilmiş və Tərtər rayonu, Borsunlu kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin yol sahəsinin onların ixtiyarına verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eləcə də Cavabdeh ilkin İddiaçı qarşı qarşılıqlı iddia verərək onun cavabdehə verdiyi yolun bağlanması, cavabdehin evinin yaxınlığında qoyduğu darvazanın onun hesabına sökülərək yerindən çıxarılıb aparılması, həyətinə gələn su arxının açılması, su arxının qarşısının kəsilməsinin cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər iki tərəf iddialarının təsdiq edilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Onlar yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq izahat verməklə kifayətlənmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinində və 23 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16-16/2-10/307/2025 saylı xx.xx.2025-ci il tarixli tikinti- texniki ekspertizasının rəyində tam aydın göstərilmişdir ki, Tərtər rayon Borsunlu kəndində yerləşən Sənubər Quliyevanın xüsusi mülkiyyətinə verilmiş 0,26 ha həyəytyanı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. Cavabdeh və mərhum atasına ümumilikdə 0,43 ha mülkiyyətlərinə torpaq sahəsi verilmişdir və hal-hazırda cavabdeh mərhum atasının torpaq sahəsi ilə birlikdə 0,48 hektardan istifadə edir. İddiaçı həyətyanı torpaq sahəsinə avtomobil və piyada gediş-gəliş yolu mövcuddur. Sözügedən mübahisəli yol hal-hazırda bağlanmamışdır. Mübahisəli yol bələdiyyə mülkiyyətinə aiddir. Mübahisəli gediş-gəliş yolu Borsunlu kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu layihəsində nəzərdə tutulmuşdur. Cavabdeh həyətyanı torpaq sahəsini suvarmaq üçün faktiki naturada su arxı mövcuddur. Rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. Odur ki, məhkəmə həmin rəylərin sübut növü kimi qəbul edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin iddiaçıya münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində göstərdiklərində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcud deyildir. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcuddur, lakin cavabdehin həmin torpaq sahəsinin hər hansı bir hissəsindən istifadə etməsi sübut olunmur. Göstərilənlərə əsasən iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia ərizəsidə göstərilənlər əsassızdır və təmin olunması məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE**********0002088501, X2, KOD 210005, m/h AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. İş materiallarını, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh izahatını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyectri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü-ci il tarixli mütəxəssis rəyini və xx.xx.2025-ci il tarixli ekspert rəyini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Əsim oğluna qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə onun xüsusi mülkiyyətinə verilmiş və Tərtər rayonu, Borsunlu kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin yol sahəsinin onların ixtiyarına verilməsi tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh ilkin İddiaçı qarşı onun cavabdehə verdiyi yolun bağlanması, cavabdehin evinin yaxınlığında qoyduğu darvazanın onun hesabına sökülərək yerindən çıxarılıb aparılması, həyətinə gələn su arxının açılması, su arxının qarşısının kəsilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh Əsim oğluna qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə onun xüsusi mülkiyyətinə verilmiş və Tərtər rayonu, Borsunlu kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin yol sahəsinin onların ixtiyarına verilməsi tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Cavabdeh İddiaçı qarşı onun cavabdehə verdiyi yolun bağlanması, cavabdehin evinin yaxınlığında qoyduğu darvazanın onun hesabına sökülərək yerindən çıxarılıb aparılması, həyətinə gələn su arxının açılması, su arxının qarşısının kəsilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE**********0002088501, X2, KOD 210005, m/h AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-12/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-12/2025
05.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver