Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1201/2025 16.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştrakları ilə İddiaçı, Cavabdeh qarşı cavabdehin ona və ailə üzvlərinə qarşı qanunsuz və əsassız hərəkətlərinə və qadağan edilmiş özbaşınalıq yolu ilə etdiyi pozuntulara son qoyulması, cavabdehin xüsusi mülkiyyətində olan fərdi yaşayış evində onların və ailə üzvlərinin normal yaşamalarına maneə olmaması, mülki hüquqlarının dinc və maneəsiz həyata keçirilməsinə şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı cavabdehin ona və ailə üzvlərinə qarşı qanunsuz və əsassız hərəkətlərinə və qadağan edilmiş özbaşınalıq yolu ilə etdiyi pozuntulara son qoyulması, cavabdehin xüsusi mülkiyyətində olan fərdi yaşayış evində onların və ailə üzvlərinin normal yaşamalarına maneə olmaması, mülki hüquqlarının dinc və maneəsiz həyata keçirilməsinə şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək cavabdehin evin sənədləşdirilməsi məqsədi ilə həyətə gələn mütəxəssislərin evə baxış keçirməsinə, lazımi ölçü işlərinin aparılmasına maneçilik etməsinə və həmin maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rublik Hüquqi Şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron Çıxarışa əsasən Tərtər şəhər, N.Nərimanov küçəsi ev 22-də yerləşən 1957-ci ildə tikilmiş, ümumi sahəsi 61,8 kv.metr olan fərdi yaşayış evi və 0,0163 ha həyətyanı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Lakin Cavabdeh onun mülkiyyətində olan həyətyanı torpaq sahəsində ona və ailə üzvlərinə qarşı qanunsuz və əsassız hərəkətlər edir, özbaşınalıq yolu ilə pozuntular edir, fərdi yaşayış evində onun və ailə üzvlərinin normal yaşamasına maneə olur, mülki hüquqlarının dinc və maneəsiz həyata keçirilməsinə şərait yaratmır. Dəfələrlə xəbərdarlıq etməmələrinə baxmayaraq cavabdeh onların mülkiyyətində olan həyətyanı torpaq sahəsindən və evdən çıxmır. Bu azmış kimi cavabdeh onun fərdi yaşayış evinin çıxarışının verilməsi üçün DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsinin işçilərinin onun evində lazımi ölçmə işlərinin aparılmasına da mane olur və onları bu işlərin görülməsinə qoymayacağını bildirir. Məhz bu səbəbdən də o, evinə Çıxarış ala bilmir. Odur ki, müvafiq iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyi rəhbər tutaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılacaqdır. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh qarşı cavabdehin ona və ailə üzvlərinə qarşı qanunsuz və əsassız hərəkətlərinə və qadağan edilmiş özbaşınalıq yolu ilə etdiyi pozuntulara son qoyulması, cavabdehin xüsusi mülkiyyətində olan fərdi yaşayış evində onların və ailə üzvlərinin normal yaşamalarına maneə olmaması, mülki hüquqlarının dinc və maneəsiz həyata keçirilməsinə şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddia tələbində əvvəl Cavabdeh qarşı cavabdehin ona və ailə üzvlərinə qarşı qanunsuz və əsassız hərəkətlərinə və qadağan edilmiş özbaşınalıq yolu ilə etdiyi pozuntulara son qoyulması, cavabdehin xüsusi mülkiyyətində olan fərdi yaşayış evində onların və ailə üzvlərinin normal yaşamalarına maneə olmaması, mülki hüquqlarının dinc və maneəsiz həyata keçirilməsinə şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin sonradan iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək cavabdehin evin sənədləşdirilməsi məqsədi ilə həyətə gələn mütəxəssislərin evə baxış keçirməsinə, lazımi ölçü işlərinin aparılmasına maneçilik etməsinə və həmin maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Cavabdeh evin sənədləşdirilməsi məqsədi ilə həyətə gələn mütəxəssislərin evə baxış keçirməsinə, lazımi ölçü işlərinin aparılmasına maneçilik törətmiş və bununla da evin sənədləşmə işlərinin aparılmasına imkan verməmişdir. Bu isə onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaratmışdır. Bu hallar dəfələrlə təkrar olunduğundan məcbur olub məhkəmədə hazırki iddianı qaldırmışdır. Göstərdiklərinə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və etibarnamə üzrə nümayəndəsi X4 İddiaçı izahatına uyğun eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı Bakı şəhərində yaşayır. Onun adından əmisi, yəni onun qaynı Rasim Suxandani istifadə edir. X7 vətəndaşıdır. Onun Azərbaycan Respublikasına qeydiyyatı olmadığını bildirmişdir. Həyat yoldaşı vəfat etmişdir. Həyat yoldaşı vəfat edənədək mübahisəli evdə birlikdə yaşamışlar. Hazırda da azyaşlı qızı ilə mübahisəli evdə yaşayır. Onun başqa yerdə yaşamaq üçün evi yoxdur. Rasim Suxandani yaşadıqları evin həyətyanı torpaq sahəsini saxta yollarla İddiaçı adına keçirib satmışdır. Rasim Suxandani hazırda evi adına keçirib satmaq fikrindədir. Onun yaşadığı evin dam örtüyü ilə İddiaçı atası evinin dam örtüyü bitişik vəziyyətdədir. Evin mülkiyyətini o, qəbul etmişdir, varis isə onun azyaşlı qızıdır. Evin bütün kommunal xərcləri onun adına olmaqla, hər ay ödənişlər etmişdir. Göstərdiklərinə əsasən iddianın əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. İşdə olan xx.xx.1987-ci il tarixdə verilmiş 613 nömrə ilə reyestr kitabında qeydiyyata alınmış həmin vaxt Rayonlararası texniki İnvertarizasiya Bürosu tərəfindən verilmiş çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayon N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 61,8 kv.metr, yaşayış sahəsi 41,10 kv.metr olan, 2 otaqlı yaşayış evi 06 avqust 1957-ci il tarixli 4304 sayla qeydiyyata alınmış müqavilənaməyə əsasən X1 adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, X3 bildirilmişdir ki, daşınmaz əmlakın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı xx.xx.2025-ci il tarixli,********** qeydiyyat nömrəli ərizəsinə baxılmışdır. Müraciətə əsasən ərazi idarəsinin mütəxəssisləri tərəfindən əmlaka müayinə baxış keçirən zaman məlum olmuşdur ki, əmlak üzərində mübahisə vardır. Belə ki, sözügedən fərdi yaşayış evinin bir hissəsi digər istifadəçinin torpaq sahəsində yerləşdiyindən otaqların bəzilərindən istifadə olunur. Eyni zamanda evin girişinin də həmin istifadəçinin torpaq sahəsindən olması və aralaraında olan mübahisə səbəbindən texniki baxışın keçirilməsinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəllə103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericlikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. “Daşınmaz əmlakın dövlət reyetri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin verdiyi xx.xx.2024-cü il tarixdə ********** nömrəli çıxarış sənədinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0163 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi tam pay əsasında İddiaçı adına sənədləşdirilmişdir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-73/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilməmiş, iddiaçı X6 cavabdeh Suxandani (Süleymanova) Şamama Baxış qızına qarşı Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 saylı qərarı ilə Tərtər şəhərində onların mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması, həmin həyətyanı torpaq sahəsinin naturada ölçülərək ona təhvil verilməsi və onunla olan qonşu sərhədlərinin müəyyən edilməsi barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)- 1877/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-73/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddiaçının, cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh biri-biriləri ilə qohum olmuşlar. Onların arasında daşınmaz əmlakla bağlı mübahisə mövcuddur. İddiaçı və etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında göstərmişlər ki, hazırda cavabdehin yaşadığı evi adına sənədləşdirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin mütəxəssislər həyətə daxil olub ölçü işləri apararkən caavbdeh Cavabdeh evin sənədləşdirilməsi məqsədi ilə həyətə gələn mütəxəssislərin evə baxış keçirməsinə, lazımi ölçü işlərinin aparılmasına maneçilik törətmiş və bununla da evin sənədləşmə işlərinin aparılmasına imkan verməmişdir. Bu isə onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaratmışdır. Bu hallar dəfələrlə təkrar olunduğundan məcbur olub məhkəmədə hazırki iddianı qaldırmışdır. Göstərdiklərinə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qismində izahat vermiş Cavabdeh göstərmişdir ki, İddiaçı Bakı şəhərində yaşayır. Onun adından əmisi, yəni onun qaynı Rasim Suxandani istifadə edir. X7 vətəndaşıdır. Onun Azərbaycan Respublikasına qeydiyyatı olmadığını bildirmişdir. Həyat yoldaşı vəfat etmişdir. Həyat yoldaşı vəfat edənədək mübahisəli evdə birlikdə yaşamışlar. Hazırda da azyaşlı qızı ilə mübahisəli evdə yaşayır. Onun başqa yerdə yaşamaq üçün evi yoxdur. Rasim Suxandani yaşadıqları evin həyətyanı torpaq sahəsini saxta yollarla İddiaçı adına keçirib satmışdır. Rasim Suxandani hazırda evi adına keçirib satmaq fikrindədir. Onun yaşadığı evin dam örtüyü ilə İddiaçı atası evinin dam örtüyü bitişik vəziyyətdədir. Evin mülkiyyətini o, qəbul etmişdir, varis isə onun azyaşlı qızıdır. Evin bütün kommunal xərcləri onun adına olmaqla, hər ay ödənişlər etmişdir. Göstərdiklərinə əsasən iddianın əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin arasında mülklə bağlı mübahisə vardır. İddiaçı mübahisəli yaşayış evini sənədləşdirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin mütəxəssislər həyətə daxil olub ölçü işləri apararkən caavbdeh Cavabdeh evin sənədləşdirilməsi məqsədi ilə həyətə gələn mütəxəssislərin evə baxış keçirməsinə, bir sözlə sənədləşmə üçün lazım olan ölçü işlərini götürmələrinə maneçilik törətmiş və onlar çıxıb getmişlər. Bununla da iddiaçı mülkiyyət hüquqlarını həyata keçirə bilməmişdir. Məhkəmə bu hüququn iddiaçıya məhdudlaşdırılması məqsədmüvafiq hesab etmir. Eləcə də cavabdehin həmin hərəkətlərinə son qoyulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə evin sənədləşdirilməsi ilə bağlı həyətə gələn mütəxəssislərin ölçü işlərinin aparılmasına qarşı hərəkətlərinə son qoyulmalıdır. Bu hallar məhkəmə iclasında elan edilmiş sübutlarla təsdiq olunmuşdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddiaçıya cavabdeh həmin hərəkətləri etməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Eləcə də nəzərə alınmalıdır ki, cavabdeh iddia tələbini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 6.4. Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər. Azərbaycan Respublikası MPM-in 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Azərbaycan Respublikası MPM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilir. Həmin Məcəllənin 560.3.3-cü maddəsinə əsasən müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinlədikdən sonra, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi məqsədi ilə həyətə gələn mütəxəssislərin evə baxış keçirməsinə, lazımi ölçü işlərinin aparılmasına maneçilik etməsinə qadağa qoyulmalı və həmin maneələr aradan qaldırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi məqsədi ilə həyətə gələn mütəxəssislərin evə baxış keçirməsinə, lazımi ölçü işlərinin aparılmasına maneçilik etməsinə qadağa qoyulsun və həmin maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1201/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1201/2025
16.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver