Məhkəmə qərarları › İş №2(061)-1234/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1234/2025

28.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1234/2025 28.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Tərtər Rayon Notariat Ofisi olmaqla prosessual müddətin uzadılması (bərpa edilməsi) tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizə Ərizəçi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək 09 iyun 2019-cu ildə vəfat etmiş mərhum X2ndan miras qalmış əmlakın onun tərəfindən qəbul edilmə müddətinin gecikdirilməsini üzürlü hesab edib vərəsəliyin qəbul edilmə müddətinin bərpa edilməsi (uzadılması) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1998-ci ildə Tərtər rayonu, Kəngərli kəndində anadan olmuşdur. İİ Qarabağ Müharibəsi veteranıdır. X2 xx.xx.2019-cu l tarixdə vəfat etmişdir. Lakin keçən müddət ərzində üzürlü səəblərdən o, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Ona görə də mərhum atasından miras qalmış Tərtər rayonu, Kəngərli kəndində yerləşən əmlakı - Çıxarış əsasında verilmiş 2.1699 ha kənd təsərrüfatlı torpaq sahəsinin 3/18 hissəsini (0,36165) və JN 164A, kod 61107028 olan 0,30 ha həyətyanı torpaq sahəsində miras payını rəsmi qaydada qəbul etmək üçün Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Tərtər Rayon Notariat Ofisinə müraciət etməli olmuşdur. Tərtər Rayon Notariat Ofisinin xüsusi notariusu xx.xx.2025-ci tarixli, 525 nömrəli qərarı ilə ona mirasın qəbulu üçün Aərbaycan Respublikası MM-in 1246-cı maddəsi ilə müəyyən edilmiş müddəti buraxdığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmiş və mirasın qəbul edilmə müddətinin bərpası barədə Tərtər Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Məhz buna görə də o, mirasın qəbul edilmə müddətinin bərpası (uzadılması) barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur və məhkəmənin işin faktiki hallarını və qanunvericiliyi əsas götürərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edəcəyinə ümüd etdiyini göstərmişdir. Yuxarıda göstərilənlərə əsasən 09 iyun 2019-cu ildə vəfat etmiş mərhum X2ndan miras qalmış əmlakın onun tərəfindən qəbul edilmə müddətinin gecikdirilməsini üzürlü hesab edib vərəsəliyin qəbul edilmə müddətinin bərpa edilməsi (uzadılması) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məkəmə iclasında izahat vermiş Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmiş və göstərmişdir ki, xx.xx.1998-ci ildə Tərtər rayonu, Kəngərli kəndində anadan olmuşdur. İİ Qarabağ Müharibəsi veteranıdır. X11 xx.xx.2019-cu l tarixdə vəfat etmişdir. Lakin keçən müddət ərzində üzürlü səəblərdən o, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Ona görə də mərhum atasından miras qalmış Tərtər rayonu, Kəngərli kəndində yerləşən əmlakı - Çıxarış əsasında verilmiş 2.1699 ha kənd təsərrüfatlı torpaq sahəsinin 3/18 hissəsini (0,36165) və JN 164A, kod 61107028 olan 0,30 ha həyətyanı torpaq sahəsində miras payını rəsmi qaydada qəbul etmək məqsədi ilə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Tərtər Rayon Notariat Ofisinə müraciət etmişdir. Tərtər Rayon Notariat Ofisinin xüsusi notariusu xx.xx.2025-ci tarixli, 525 nömrəli qərarı ilə ona mirasın qəbulu üçün Aərbaycan Respublikası MM-in 1246-cı maddəsi ilə müəyyən edilmiş müddəti buraxdığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmiş və mirasın qəbul edilmə müddətinin bərpası barədə Tərtər Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Odur ki, mirasın qəbul edilmə müddətinin bərpası (uzadılması) barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Müddəti ötürməsinin əsas səbəbi onun hərbi xidmətdə olması ilə bağlı olmuşdur. Belə ki, o, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək müddətli həqiqi hərbi xidmət qullquçusu kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tərkibində, xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək kursant kimi, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək gizir kimi Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Laçin rayonunda hərbi xidmət keçmişdir. Beləliklə o, atası vəfat etdikdən sonra hərbi xodmətdə olduğundan ondan miras qalmış əmlakların qəbul edilməsi ilə bağlı Notariat Ofisinə müraciət edə bilməmişdir. Ordudan tərxis olunduqdan sonra məhkəməyə müraciət etmək istəmiş, lakin sənədlərin toplanması üçün vaxt lazım olmuşdur. Hazırda zəruri sənədləri toplayıb məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Notariat Ofisinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilmısi üzrə komisiya tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş M/V № 132854 nömrəli vəsiqəsinin surətindən görünür ki, Ərizəçi müharibə veteranıdır. Məhkəmədə elan olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin verdiyi xx.xx.2025-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmış çıxarışı sənədinin surətindən görünür ki, həmin sənəddə X1 rayon Kəngərli kəndində yerləşən 2,1699 ha torpaq sahəsinin 3/18 hissəsinə görə paylı mülkiyyətçi kimi qeyd edilmişdir. Məhkəmədə elan olunmuş Tərtər rayonu, Kəngərli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 122 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi hazırda Tərtər rayonu, Kəngərli kəndində yaşayır. Məhkəmədə elan olunmuş xx.xx.1998-ci ildə verilmiş XXİ-JQ № 348249 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1998-ci il təvəllüdlü olmaqla, Tərtər rayon Kəngərli kəndində anadan olması, həmin sənəddə ata qrafasında X5, ana qrafasında X6 qeyd edilmişdir. Məhkəmədə elan olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 arasında nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2005-ci ilin dekabr ayının 26 günündə 99 nömrə ilə qeyd edilmişdir. Məhkəmədə elan olunmuş AZ-İİ № 017944 nömrəli ölüm haqqında şəhadətnaməin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Məhkəmədə elan olunmuş Tərtər rayon Kəngərli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 123 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.2005-ci il tarixdə arvadı X6 ilə boşanmışdır. xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ölümündən sonra onun Maxsudzadə (Məmmədzadə) Ruhəngiz Çingiz qızı və Ərizəçi adlı övladları olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tərtər rayon Notariat Ofisinin notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair əsaslandırılmış 525 saylı 18 iyun 2025-ci il tarixli qərarından görünür ki, mirasın qəbulu üçün Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsi ilə müəyyən edilmiş vaxt ötürüldüyündən vətəndaş Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmədə elan olunmuş JN -164A saylı, kod 61107028 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin surətindən görünür ki, həmin sənədlə Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə X4 və digər 6 nəfər vətəndaşın adına Tərtər rayon Kəngərli kəndindən 0,30 ha həyətyanı məqsədli torpaq sahəsi verilmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli 577 saylı arayşından görünür ki, 1998-ci il təvəllüdlü X5 xx.xx.2018-ci il tarixədək müddətli həqiqi hərbi xidmət qulluqçu kimi DİN Daxili Qoşunların tərkibində, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu tarixədək kursant kimi, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək gizir kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində hərbi xidmət etmişdir. Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156 maddəsinin a bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən ehtiyata buraxılmışdır. Məhkəmədə elan olunmuş Tərtər rayon Notariat Ofisinə verilmiş **********512 nömrəli ərizədən görünür ki, Maxsudzadə (Məmmədzadə) Ruhəngiz Çingiz qızı notarial qaydada təsdiqlənmiş ərizə verərək X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq əmlak miras qalmışdır. Atasının vəfatından sonra həmin əmlakdan (mirasdan) ona çatası miras payı qanunla müəyyən edilmiş müddət ərzində bilərəkdn qəbul etməmişdir. İndi də etməmişdir, gələcəkdə mirasın qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. Məhkəmə ərizəçini dinlədikdən sonra, məhkəmədə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı məlum olunmuşdur ki, ərizəçinin X2 xx.xx.2019-cu ildə vəfat etmişdir. Həmçinin atası vəfat etməmişdən, anası X6 ilə nikahları pozulmuş, bu fakt xx.xx.2005-ci ildə Tərtər rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Ailə üzvləri ilə bağlı Tərtər rayin Kəngərli kənd İƏD-i üzrə nümayəndəlik tərəfindən alınmış arayışdan görünür ki, ərizəçinin atasının ailədə 2 nəfər övladları olmuşdur. Ərizəçinin atasının Tərtər rayonu Kəngərli kəndi ünvanında yerləşən pay və həyətyanı və pay torpaq sahəsindən payları miras qalmışdır. Ərizəçi atasına məxsus olan həmin daşınmaz əmlaklara dair vərəsəlik şəhadətnaməsi almaq barədə Tərtər rayon Notariat Ofisinə müraciət etdikdə ona miras açıldığı gündən 6 ay müddətində gəlmədiyi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Onun atası vəfat etdikdən sonra miras qalmış daşınmaz əmlaklar vərəsə kimi onun sahibliyində deyil bibisinin istifadəsində olmuşdur. Belə ki, hələ atasının sağlığında ərizəçi xx.xx.2018-ci il tarixədək müddətli həqiqi hərbi xidmət qulluqçu kimi DİN Daxili Qoşunların tərkibində, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu tarixədək kursant kimi, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək gizir kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində hərbi xidmət etmişdir. Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156 maddəsinin a bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən ehtiyata buraxılmışdır. Bu hal Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli 577 saylı arayşla təsdiq olunmuşdur. Məhkəmə iclasında izahat vermiş Ərizəçi göstərmişdir ki, atasə sağ ikən müddətli həqiqi hərbi xidmət qulluqçu kimi DİN Daxili Qoşunların tərkibində, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu tarixədək kursant kimi, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək gizir kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində hərbi xidmət etmişdir. Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156 maddəsinin a bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən ehtiyata buraxılmışdır. Hərbi xidmət dövründə 44 günlük Vətən Müharibəsində iştirak etmiş, bundan sonra hərbi xidmətini Laçın rayonunda davam etdirmişdir. Bu səbəbdən eləcə də qanunları bilmədiyindən o, vaxtında vərəsəlik şəhadətnaməsi alınması üçün Notariat Ofisinə müraciət etməmişdir. Odur ki, bu barədə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçinin atası vəfat etdiyindən miras açılmışdır. Qanunvericiliyə əsasən əmlak vərəsə kimi ərizəçi tərəfindən qəbul edilmiş sayılmalıdır. Qanunları bilmədiyindən daşınmaz əmlakın ərizəçinin adına sənədləşdirilməsi üçün Notariat Ofisinə vaxtında müraciət etməmişdir. Odur ki, ərizəçi hazırda prosessual müddətin uzadılması (bərpa edilməsi) barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçinin X2 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən miras açılmışdır. Ondan sonrakı münasibətlər 01 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nizama salınmalıdır. Həmin vaxtdan miras qalmış mülk faktiki olaraq ərizəçinin sahibliyindədir. Ona görə də həmin miras əmlak qəbul edilmiş sayılmalıdır. Azərbaycan Respublikası MM-in 1243.2 maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş saylır. Azərbaycan Respublikası MM-in 1243.3-cü maddəsində qeyd olunmuşdur ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsində göstərmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğundan üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi iddiaçı miras əmlaka faktiki sahibliyə başlamışsa həmin mirasa əmlak qəbul edilmiş sayılır. Ona görə də iddiaçının mərhum valideynlərindən miras qalmış əmlakı qanuni vərəsə kimi qəbul etməsi barədə buraxdığı müddət bərpa olunmalıdır. Həmin Məcəllənin 1248.1 maddəsində göstərmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Müddət qutardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədəndə qəbul oluna bilər. Məhkəmə belə hesab edir ki, Ərizəçi, mərhum X2nun vərəsəsi kimi ondan miras qalmış daşınmaz əmlakların qəbul edilməsi barədə müddətin uzadılması məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə,onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarını, ərizəçinin izahatını, iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi 09 iyun 2019-cu ildə vəfat etmiş mərhum X2ndan miras qalmış əmlakların onun tərəfindən qəbul edilmə müddətinin gecikdirilməsini üzürlü hesab edib vərəsəliyin qəbul edilmə müddətinin bərpa edilməsi (uzadılması) barədə ərizəsi təmin olunmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 və 364-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 09 iyun 2019-cu ildə vəfat etmiş mərhum X3 miras qalmış əmlakın onun qanun üzrə vərəsəsi xx xxxx 1998-ci il təvəllüdlü Ərizəçi tərəfindən qəbul edilməsi üçün müəyyən edilmiş müddət uzadılmış (bərpa edilmiş) hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar