Məhkəmə qərarları › İş №2(061)-1235/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1235/2025

29.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1235/2025 29.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, cavabdeh Tərtər X2 İstismarı İdarəsinin səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 İdarəsinə (hazırki adıTərtər X2 İstismarı İdarəsinə) qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X5 İdarəsinə (hazırki adı Tərtər X2 İstismarı İdarəsinə) qarşı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli 24 nömrəli əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinə dair dəqiqləşdirmə ərizəsi verərək cavabdeh X5 İdarəsinə qarşı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli 24 nömrəli əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.2012-ci ildən X5 İdarəsində **-AC-*** nömrəli avtomobilə sürücü təyin edilərək işə götürülmüşdür. xx.xx.2023-cü il tarixdə işdən azadı edilmişdir. Həmin əmrin surətini müdiriyyətə rəsmi qaydada ərizə yazdıqdan sonra xx.xx.2025-ci il tarixdə almışdır. Əmrin surətini aldıqda ona məlum olmuşdur ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən onunla xx.xx.2012-ci ildə başlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, pozulmuş hüquqlarının bərpası məqsədi ilə əvvəlcə Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Əmr qanunsuz və əsassızdır belə ki, cavabdeh onunla əmək müqaviləsinə xitam verilməsinin əsası kimi onun əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddət ərzində tam itirdiyi və bununla əlaqədar işçi kimi əmək funksiyasını yerinə yetirə bilməməsini göstərmişdir. Halbu ki, cavabdehin özü tərəfindən ona verilən xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, o, işdən çıxarılarkən xəstəliklə bağlı bületendə olmuşdur. Ona görə də yuxarıda göstərilən əmr qanunsuz və əsassız sayılır, bu səbəbdən də barəsində çıxarılmış əmr qanunsuz və əsassızdır, ləğv edilməlidir. Yuxarıda göstərlənlərə əsasən cavabdeh X5 İdarəsinin rəisi Şəmil Zahidov tərəfindən verilmiş barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli 24 nömrəli əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat vermiş İddiaçı göstərmişdir ki, xx.xx.2012-ci ildən o, X5 İdarəsində **-AC-*** nömrəli avtomobilə sürücü təyin edilərək işə götürülmüşdür. xx.xx.2023-cü il tarixdə bületendə olmasına baxmayaraq işdən azad edilmişdir. Bundan 15 gün sonra işdən azad edildiyini bilmişdir. Həmin əmrin surətini almaq üçün müdiriyyətə rəsmi qaydada ərizə ilə müraciət etmiş, 5 ay sonra əmrin surətini almışdır. Əmrin surətini aldıqda ona məlum olmuşdur ki, o, Azərbaycan Respublikası ƏM-in 74.1-ci maddəsinin “ç” bəndinə əsasən onunla xx.xx.2012-ci ildə başlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin qanunsuz olduğunu bildikdə əvvəl mediasiya şurasına müraciət etmiş, lakin cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bundan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Tərtər X2 İstismarı İdarəsinin səlahiyyətli nümayəndəsi X6 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı cavabdeh X5 İdarəsinə qarşı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli 24 nömrəli əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbində işdən çıxarılması ilə bağlı əmrin surətini gec aldığını və iddia müddətini ötürmədiyini qeyd etmişdir. Lakin onun tələbi əsassızdır. Belə ki, əmək mübahisəsi üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci madəsinə əsasən, işçi əmək hüququnun pozulduğu gün və ya bu barədə ona məlum olduğu gündən 1 ay müddətində məhkəməyə müraciət etməlidir. İş üzrə materialdan görünür ki, iddiaçı ilə X5 İdarəsinin arasında xx.xx.2012-ci ildə bağlanmış əmək müqaviləsinə X5 İdarəsinin 24 nömrəli əmri ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı bu barədə həmin gün məlumatlandırılmışdır. Əlavə olaraq xx.xx.2023-cü il tarixdə əmək kitabçası İddiaçı qaytarılmış və əmək kitabçasını alması barədə əmək kitabçalarının qeydiyyatı kitabında imza etmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə X5 İdarəsinin xx.xx.2023-cü il tarixli 24 nömrəli əmrindən çıxarışın təsdiq olunmuş surəti verilmişdir. İddiaçı işdən çıxarılması barədə əmrin surətini almasını bir nüsxəsini aldım sözləri ilə yazaraq təsdiq etmişdir. Göründüyü kimi iddiaçı işdən çıxarılmasından onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi tarixdən məlumatı olmuşdur. İddiaçının məhkəməyə müraciəti isə xx.xx.2025-ci il tarixdə olmuşdur. Beləliklə iddia müddəti aşkar şəkildə ötürülmüş və iddianın mahiyyəti üzrə baxılmadan rədd edilməsi üçün hüquqi əsas mövcuddur. İddiaçı X5 İdarəsinin rəhbərliyinə ərizə ilə müraciət edərək xəstəliyi ilə əlaqədar işdən azad edilməsini xahiş etmişdir. Göstədiklərinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci madəsini və əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci madəsini rəhbər tutaraq iddia müddətinin ötürülməsi səbəbindən iddia ərizəsinin təmin edilməməsini və rədd edilməsini xahuiş etmişdir. İş materiallarına əlavə edilmiş 07489 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı Qarabağ Müharibəsi veteranıdır. İş materiallarına əlavə edilmiş İT-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci ildən X5 İdarəsi üzrə verilmiş 13 nömrəli əmrlə ** AC *** nömrəli avtomobilə sürücü təyin edilmişdir. İş materiallarına əlavə edilmiş əmək qabiliyyətinin olmaması vərəqələrinin surətlərindən görünür ki, İddiaçı 18 iyul 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək, 06 sentyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək, 18 oktyabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixdək, 17 dekabr 2022-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək, 06 yanvar 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək və 17 mart 2023-cü il tarixdə 29 aprel 2023cü il tarixədək bülletendə olmuşdur. İş materiallarına əlavə edilmiş X5 İdarəsi tərəfindən verilmiş 23 saylı, xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı 18 iyul 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək, 06 sentyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək, 18 oktyabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixdək , 17 dekabr 2022-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək, 06 yanvar 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək və 17 mart 2023-cü il tarixdən 29 aprel 2023-cü il tarixədək bülletendə olmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı X5 İdarəsinə ərizə ilə müraciət edərək xəstəliyi ilə əlaqədar olaraq onun öz ərizəsinə əsasən işdən azad edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X5 İdarəsi üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli 24 saylı əmrin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1 maddəsinin “ç” (qanunvericilikdə daha uzun müddət müəyyən edilmyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə ) bəndinə əsasən onunla bağlanmış xx.xx.2012ci il tarixli əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesabı mühasibatlıqda nəzərə alınması və hesablanması əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi İddiaçı işdən çıxma ərizəsi qeyd edilmişdir. Əmrin üzərində “Ehtiram bir nüsxəni aldım, 23/X-2024) sözləri qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbi ilə bağlı Mediasiya Şurasına xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət etmişdir. X5 İdarəsi ilkin Mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı mediasiya sessiyası keçirilməsi ilə bağlı 55 manat xidmət haqqını ödəmişdir. Məhkəmə iddiaçının, cavabdehin səlahiyyətli nümayəndəsinin izahatlarını və məhkəmədə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı xx.xx.2012-ci ildən X5 İdarəsində **-AC-*** nömrəli avtomobilə sürücü təyin edilərək işə götürülmüşdür. xx.xx.2023-cü il tarixdə bületendə olmasına baxmayaraq işdən azad edilmişdir. Bundan 15 gün sonra işdən azad edildiyini bilmişdir. Həmin əmrin surətini almaq üçün müdiriyyətə rəsmi qaydada ərizə ilə müraciət etmiş, 5 ay sonra əmrin surətini almışdır. Əmrin surətini aldıqda ona məlum olmuşdur ki, o, Azərbaycan Respublikası ƏM-in 74.1-ci maddəsinin “ç” bəndinə əsasən onunla xx.xx.2012-ci ildə başlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin qanunsuz olduğunu bildikdə əvvəl mediasiya şurasına müraciət etmiş, lakin cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bundan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri ilə onun məhkəmə iclasında göstərdikləri biri-birinə ziddiyət təşkil etmişdir. Belə ki, iddia ərizəsində iddiaçı xx.xx.2023-cü ildə işdən azad edildiyini, həmin əmrin surətini isə xx.xx.2025-ci ildə aldığını göstərsə də, çəhkəmə iclasında verdiyi izahatında bunun əksini göstərmiş, işdən çıxarıldığını 15 gün sonra bildiyini və əmrin surətini 5 ay sonra aldığını bildirmişdir. Bu ziddiyyətli məqamlar iddiaçının səmimi olmasını şübhə altına almışdır. Məhkəmə iclasında cavabdeh X5 İdarəsinin səlahiyyətli nümayəndəsi X6 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı cavabdeh X5 İdarəsinə qarşı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli 24 nömrəli əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı idia tələbində işdən çıxarılması ilə bağlı əmrin surətini gec aldığını və iddia müddətini ötürmədiyini qeyd etmişdir. Lakin onun tələbi əsassızdır. Belə ki, əmək mübahisəsi üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci madəsinə əsasən, işçi əmək hüququnun pozulduğu gün və ya bu barədə ona məlum olduğu gündən 1 ay müddətində məhkəməyə müraciət etməlidir. İş üzrə materialdan görünür ki, iddiaçı ilə X5 İdarəsinin arasında xx.xx.2012-ci ildə bağlanmış əmək müqaviləsinə X5 İdarəsinin 24 nömrəli əmri ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı bu barədə həmin gün məlumatlandırılmışdır. Əlavə olaraq xx.xx.2023-cü il tarixdə əmək kitabçası İddiaçı qaytarılmış və əmək kitabçasını alması barədə əmək kitabçalarının qeydiyyatı kitabında imza etmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə X5 İdarəsinin xx.xx.2023-cü il tarixli 24 nömrəli əmrindən çıxarışın təsdiq olunmuş surəti verilmişdir. İddiaçı işdən çıxarılması barədə əmrin surətini almasını bir nüsxəsini aldım sözləri ilə yazaraq təsdiq etmişdir. Göründüyü kimi iddiaçı işdən çıxarılmasından onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi tarixdən məlumatı olmuşdur. İddiaçının məhkəməyə müraciəti isə xx.xx.2025-ci il tarixdə olmuşdur. Beləliklə iddia müddəti aşkar şəkildə ötürülmüş və iddianın mahiyyəti üzrə baxılmadan rədd edilməsi üçün hüquqi əsas mövcuddur. İddiaçı X5 İdarəsinin rəhbərliyinə ərizə ilə müraciət edərək xəstəliyi ilə əlaqədar işdən azad edilməsini xahiş etmişdir. cavabdehin göstərdiyi xüsusatlar məhkəmə iclasında elan edilmiş mötəbər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə iclasında elan olunmuş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı X5 İdarəsinə ərizə ilə müraciət edərək xəstəliyi ilə əlaqədar olaraq onun öz ərizəsinə əsasən işdən azad edilməsini xahiş etmişdir. Eləcə də məhkəmə iclasında elan olunmuş X5 İdarəsi üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli 24 saylı əmrin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1 maddəsinin “ç” (qanunvericilikdə daha uzun müddət müəyyən edilmyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) bəndinə əsasən onunla bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesabı mühasibatlıqda nəzərə alınması və hesablanması əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi İddiaçı işdən çıxma ərizəsi qeyd edilmişdir. Əmrin üzərində “Ehtiram bir nüsxəni aldım, 23/X-2024) sözləri qeyd edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun işdən azad edilməsi barədə qanunun pozulması ilə verilmiş əmr ləğv edilməli o, öz iş yerinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Halbu ki, məhkəmədə elan olunmuş mötəbər sənəd və sübutlardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə xəstəliyi ilə əlaqədar olaraq X5 İdarəsinin 24 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən (qanunvericilikdə daha uzun müddət müəyyən edilmyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) xitam verilmişdir. Bunlarla yanaşı iddiaçı əmək qanunvericiliyə əsasən işə bərpa ilə bağlı işdən çıxdıqdan sonra bir ay və ya bir il ərzində iddia verməli olduğu təqdirdə verməmişdir. Lakin, o, bu müddəti ondan asılı olmayan üzürlü səbəblərdən buraxmışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə işdən azad edildiyini 15 gün sonra bildiyini, eləcə də onun deməsinə görə 5 ay sonra əmrini aldığını göstərmiş, hətta onun bu göstərdikləri nəzərə alınsa belə yenə iddia müddətini ötürmüş, təqribən 2 ilə yaxın müddət keçmiş, hazırda sözügedən iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş mötəbər sübutlar hesab edilən sənədlərdən görünür ki, İddiaçı hazırki iddia tələbi ilə bağlı iddia müddətini ötürmüşdür. Eləcə də iddianı üzürlü səbəbdən ötürməsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında elan olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı işə bərpa və əmək haqqı tələbi ilə bağlı xx.xx.2025-ci il tarixdə mediasiya şurasına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci bəndində göstərrilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd edildiyi kimi İddiaçı sözügedən ərizə ilə xx.xx.2025-ci il tarixdə mediasiya şurasına müraciət etmişdir. Bu da bir daha onun iddia tələbi ilə bağlı iddia müddətini ötürdüyünə dəlalət edir. Azərbaycan Respulikası Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edilir. Həmin maddənin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci bəndində göstərilmişdir ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndində göstərilmişdir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 4-cü bəndində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin maddənin 5-ci bəndində göstərilmişdir ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Qanunun bu tələblərində qeyd olunanlara uyğun olaraq iddiaçı iddia tələbinə hər hansı bir əlaqəli sənədi əlavə etməmiş, yalnız öz şəxsi mülahizələrinə əsaslanmışdır. Yuxarıda göstərilənlərdən məlum olur ki, iddiaçı işdən qanunamüvafiq qaydada azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci madddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı madddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci madddəsinin “c” bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə əmək müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu madddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; ; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddiaçıla bağlanılan əmək müqaviləsinə xitam verilərkən Qanunun tələblərində göstərilən hallar mövcud olmamışdır. Məhkəmə iclasında elan edilmiş İddiaçı ərizəsindən görünür ki, o, 03 aprel 2023-cü idə xəstəliyi ilə bağlı onun işdən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü madddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü madddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. İddiaçı Nətavan Məmmədova işdən azad edilərkən Əmək Məcəlləsmnin 79 maddəsində göstrilən qadağan edici hallar olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları birbirinə uyğun olmalı və uzlaşmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işdən çıxarılmasına əsas səbəb X5 İdarəsinin xx.xx.2023-cü il tarixli 24 nömrəli əmrinə əsasən həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “c” bəndinə əsasən Ehtiram Heseynovun (qanunvericilikdə daha uzun müddət müəyyən edilmyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) işdən azad edilməsi ilə bağlı rəhbərlliyin gəldiyi qənaət olmuşdur. Bu hal isə yuxarıda qeyd edilən sənədlərlə tam təsdiq edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Krçmar Çex Respublikasına qarşı” iş üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə,onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, tərəflərin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X5 İdarəsinə (hazırki adı Tərtər X2 İstismarı İdarəsinə)qarşı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli 24 nömrəli əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216 - 220, 227, 233, 357, 360, 362 və 364-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh X5 İdarəsinə (hazırki adı Tərtər X2 İstismarı İdarəsinə) qarşı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli 24 nömrəli əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar