Məhkəmə qərarları › İş №2(061)-125/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-125/2025

17.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-125/2025 17.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma”tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 17 fevral 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Tərtər rayonu, Şıxarx qəsəbəsi (Yeni qəsəbə), 11 saylı binanın, 30 nömrəli mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməssini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iş üzrə 3-cü şəxs qismində cəlb edilən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün heesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Tərtər rayonu, Şıxarx qəsəbəsi (Yeni qəsəbə), 11 saylı binanın, 30 nömrəli mənzili xüsusi təyinatlı yaşayış sahəsi kimi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin balansındadır. Aralarında bağlanmış 11/30 nömrəli, xx.xx.2024-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən sözügedən mənzil onun (və ailəsinin) istifadəsinə verilmişdir. Lakin, cavabdeh onun həmin mənzildən istifadəsinə imkan vermir. Belə ki, cavabdeh mənzilin açarlarını götürüb onu mənzilə buraxmır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, sözügedən Tərtər rayonu, Şıxarx qəsəbəsi (Yeni qəsəbə), 11 saylı binanın, 30 nömrəli mənzil 2018-ci ildə onun atası Mehti Hüseynov və bacısı Əsli Hüseynovanın istifadəsinə verilmişdir. Atası xx.xx.2018-ci ildə, bacısı xx.xx.2024-cü ildə vəfat etmişdir. Bacısının vəfatından sonra həmin mənzil müqaviləyə əsasən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən hazırkı iddiaçının istifadəsinə verilmişdir. O, bununla razılaşmır. Hazırda mənzilin açarları özündədir, mənzildə özü yaşayır. Mənzildən çıxmaq istəmir, nə də ki, iddiaçının həmin mənzilə köçməsinə razı deyildir. Hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X6 arasında bağlanmış 11/30 nömrəli, may 2018-ci il tarixli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında 02 otaqlı mənzil X2 istifadəsinə verilmişdir. Həmin müqavilədə kirayəçinin ailə üzvü kimi heç kim qeyd olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş 815 saylı, xx.xx.2024-cü il tarixli arayışın məzmunundan görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 11/30 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləsi əsasında Tərtər rayonu, Yeni qəsəbə, bina 11, mənzil 30 İddiaçı istifadəsinə verilmişdir. Tərtər rayonu, Yeni qəsəbə, bina 11, mənzil 30-da qeydiyyatda olmuş Kəlbəcər rayonunun Mərcimək kəndindən məcburi köçkün olmuş X3 xx.xx.20218-ci ildə, qızı X6 xx.xx.2024cü ildə vəfat etmişdir. Sözügedən mənzildə X3 və X1 başqa heç kim qeydiyyatda olmamışdır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə İddiaçı arasında bağlanmış 11/30 nömrəli, xx.xx.2024-cü il tarixli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında 02 otaqlı mənzil İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. Həmin müqavilədə kirayəçinin ailə üzvü kimi X4 qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləni 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Tərtər rayonu, Şıxarx qəsəbəsi (Yeni qəsəbə), 11 saylı binanın, 30 nömrəli mənzili xüsusi təyinatlı yaşayış sahəsi kimi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin balansındadır. Aralarında bağlanmış 11/30 nömrəli, xx.xx.2024-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən sözügedən mənzil Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən hazırkı İddiaçı (və ailəsinin) istifadəsinə verilmişdir. Həmin müqavilədə iddiaçının (kirayəçinin) ailə üzvləri kimi X4 qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin tərəflərin izahatlarından müəyyən olundu ki, Cavabdeh iddiaçının sözügedən mənzildən istifadəsinə imkan vermir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisəli hüquq münasibəti mənzil hüquq münasibətidir. Həmin hüquq münasibəti 2024-cü ildə yarandığından həmin münasibətə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 8.0.1-ci maddəsinə əsasən mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarıından biri qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlərsir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf - dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Həmin Məcəllənin 91.1, 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra - xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.6 maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 99.7-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası müvafiq qanunvericiliklə müəyyən edilir. İşin yuxarıda müəyyən olunmuş hallarından göründüyü kimi haqqında mübahisə qaldırılan Tərtər rayonu, Şıxarx qəsəbəsi (Yeni qəsəbə), 11 saylı binanın, 30 nömrəli mənzilə dair hazırkı İddiaçı oğlu Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında 11/30 nömrəli, xx.xx.2024-cü il tarixli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanmışdır və həmin müqaviləyə əsasən onun həmin mənzildən istifadə hüququ yaranmışdır. Əksinə işin yuxarıda müəyyən olunmuş hallarından göründüyü kimi haqqında mübahisə qaldırılan Tərtər rayonu, Şıxarx qəsəbəsi (Yeni qəsəbə), 11 saylı binanın, 30 nömrəli mənzilə dair Cavabdeh ilə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında hər hansı bir sosial kirayə müqaviləsi mövcud deyildir, nə də ki, o, hazırda mərhum bacısı X6 ilə əvvəllər bağlanmış sosial kirayə müqaviləsində ailə üzvü kimi göstərilməmişdir. Ona görə də onun sözügedən mənzillə bağlı istifadə hüququ yaranmamışdır. Bununla belə cavabdeh heç bir hüquqi əsası olmadan iddiaçının haqqında mübahisə qaldırılan mənzildən istifadəsinə maneə törədərək sonuncunun mənzildən istifadə hüququnu pozur. Ona görə də məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq, tərəflərin məhkəmə iclasında verdikləri izahatlara və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə İddiaçı arasında bağlanmış 11/30 nömrəli, xx.xx.2024-cü il tarixli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda adıçəkilən maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddianın həm faktiki, həm də hüquqi əsası vardır. İddiaçı iddianın təmin edilə bilən olmasını məhkəmə iclasında sübüta yetirə bilmişdir. İddia əsaslı və qanuni olduğu üçün iddiaçının istifadə hüququna təminat verilməli, bu məqsədlə iddia təmin edilməli və Cavabdeh Tərtər rayonu, Şıxarx qəsəbəsi (Yeni qəsəbə), 11 saylı binanın, 30 nömrəli mənzilindən mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı büdcə təşkilatı olduğundan, eləcə də tərəflər Ağdam və Kəlbəcər rayonundan məcburi köçkün olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14 və 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad olduğundan iddia ərizəsinə baxılması ilə əlaqədar ödənilməli olan dövlət rüsumu dövlət hesabına aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı istifadəsinə verilmiş Tərtər rayonu, Şıxarx qəsəbəsi (Yeni qəsəbə), 11 saylı binanın, 30 nömrəli mənzilindən çıxarılsın. İş üzrə ödənilməli olan dövlət rüsumu dövlət hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verdildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar