Məhkəmə qərarları › İş №2(061)-1292/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1292/2025

27.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1292/2025 27.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədirliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Tərtər nayon Notariat Ofisinə qarşı “qohumluq əlaqəsinin müəyyən edilməsi, hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması və mirasın qəbulu faktının müəyyən edilməsi tələbi” nə dair ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n E t d i: Ərizəçi maraqlı şəxs Tərtər nayon Notariat Ofisinə qarşı ərizə ərizə və tələbin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu ildə vəfat etmiş Kamalova (Məmmədova) Qızbəs İbrahim qızının xalası olmaqla qohumluq münasibətlərinin olması, Torpağın Mülkiyyətə Verilməsinə dair JN 301A, KOD 61105018 olan Şəhadətnamənin hazırda mərhum xalası Kamalova (Məmmədova) Qızbəs İbrahim qızına məxsus olması faktının və həmin Şəhadətnamədə nəzərdə tutulan Tərtər rayonunun Qaynaq kəndində yerləşən Kamalova (Məmmədova) Qızbəs İbrahim qızından miras qalan 0,44 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nə də ki, ərizəyə qarşı öz yazılı etiraz və ya mülahizələrini məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, miras qoyan Kamalova (Məmmədova) Qızbəs İbrahim qızı onun xalası olmuşdur. Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarına əsasən Tərtər rayonu Qaynaq kəndi ərazisindən xalasının mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,22 ha pay torpaq sahəsi, xx.xx.1998-ci il tarixli 16 saylı qərarına əsasən isə 0,44 ha həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə xalasına Torpağa Mülkiyyət Hüququna dair JN 0008, KOD 61105018 olan Dövlət Aktı və Torpağın Mülkiyyətə Verilməsinə dair JN 301A, KOD 61105018 olan Şəhadətnamə verilmişdir. Xalası xx.xx.1960-cı ildə X8 ilə rəsmi nikaaha daxil olaraq ailə qurmuş və ərinin, yəni Məmmədova soyadını qəbul etmişdir. Xalasının övladı olmamış, X11, X12, X13 və X4 ibarət olmaqla dörd nəfər bacısı olmuşdur. Xalasının bacılarının hamısı ölmüşdür. O cümlədən xalasının əri Bəhlul xx.xx.1991-ci ildə, xalasının özü isə xx.xx.2019-cu ildə vəfat etmişdir. Xalası kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilən 0,22 ha pay torpaq sahəsini (həmin torpaqla bağlı iddiası yoxdur) başqasına satmışdır. Ondan həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən köhnə ev miras qalmışdır. Evin sənədi yoxdur. Miras əmlak barədə vərəsəlik işi açılmamış, nə də ki, heç kimə vəsiyyət edilməmişdir. Miras qoyanın başqa heç bir vsərəsəsi yoxdur. Miras əmlak – həyətyanı torpaq sahəsi onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi, habelə torpaq sahəinə dair hüquqmüəyyənedici sənəddə - Torpağın Mülkiyyətə Verilməsinə dair JN 301A, KOD 61105018 olan Şəhadətnamədə uyğunsuzluq olduğu üçün mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Belə ki, mərhum xalasının soyadı Torpağın Mülkiyyətə Verilməsinə dair JN 301A, KOD 61105018 olan Şəhadətnamədə ərinin soyadına uyğun olaraq Məmmədova kimi, ölümü haqqında Şəhadətnamədə qızlıq soyadına uyğun olaraq Kamalaova kimi yazılmışdır. Həmin uyğunsuzluğu aradan qaldırmadan mirasla bağlı sənədləşmə işlərini aparılması mümkün deyildir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi əlavə izahatında göstərmişdir ki, Xeyransa anasının anası, Əli isə anasının əmisi, Nağı isə anasının babası olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həmkəndlisidir. Qızbəs Mədinənin xalası olmuşdur. Qızbəsin övladı olmayıb, dörd bacısı olmuşdur. Qızbəsin əri Bəhlul və bacılarının hamısı ölmüşdür. Qızbəsə Mədinə baxmış, öləndən sonra yasını vermişdir. Qızbəsdən qalan mirası Mədinə qəbul etmişdir, bu gündə mirası idarə edir. Qızbəsin Mədinədən – hazırkı ərizəçidən başqa heç bir vərəsəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həmkəndlisidir. Qızbəs Mədinənin xalası olmuşdur. Qızbəsin övladı olmayıb, dörd bacısı olmuşdur. Qızbəsin əri Bəhlul və bacılarının hamısı ölmüşdür. Qızbəsə Mədinə baxmış, öləndən sonra yasını vermişdir. Qızbəsdən qalan mirası – həyətyanı totpaq sahəsini və evi Mədinə qəbul etmişdir, bu gündə mirası Mədinə idarə edir. Qızbəsin Mədinədən – hazırkı ərizəçidən başqa heç bir vərəsəsi yoxdur. Qızbəsin qardaşı olmamış, valideyinlərinin ikisi də ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X28 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həmkəndlisidir. Qızbəs Mədinənin xalası olmuşdur. Qızbəsin övladı olmayıb, dörd bacısı olmuşdur. Qızbəsin əri Bəhlul və bacılarının hamısı ölmüşdür. Qızbəsə Mədinə baxmış, öləndən sonra yasını vermişdir. Qızbəsdən qalan mirası – həyətyanı totpaq sahəsini və evi Mədinə qəbul etmişdir, bu gündə mirası Mədinə idarə edir. Qızbəsin Mədinədən – hazırkı ərizəçidən başqa heç bir vərəsəsi yoxdur. Qızbəsin qardaşı olmamış, valideyinlərinin ikisi də ölmüşdür. Qizbəsin atasının adı İbrahim, anasının adı Anabəyim olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X29 ifadəsində göstərmişdir ki, 1993- 1998-ci illərdə Tərtər rayonun Qaynaq kəndində kolxoz sədri işləmişdir. Ərizəçi onun həmkəndlisidir. Qızbəs Mədinənin xalası olmuşdur. Qızbəsin övladı olmayıb, dörd bacısı olmuşdur. Qızbəsin əri Bəhlul, valideynləri və bacılarının hamısı ölmüşdür. Qızbəsə Mədinə baxmış, öləndə yasını vermişdir. Qızbəsdən qalan mirası – həyətyanı totpaq sahəsini və evi Mədinə qəbul etmişdir, bu gündə mirası Mədinə idarə edir. Qızbəsin Mədinədən – hazırkı ərizəçidən başqa heç bir vərəsəsi yoxdur. Qızbəsin qardaşı olmamışdır. Qizbəsin atasının adı İbrahim, anasının adı Anabəyim olmuşdur. Mədinənin anası Firuzə ilə Qızbəs doğma bacı olmuşlar. Onların ögəylyi olmamışdır. İşdə olan Mirbəşir rayon ZAKS bürosu tərəfindən xx.xx.1953-cü il tarixdə verilmiş doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.1936-cı ildə anadan olmuşdur, atası qrafasında X21, anası qrafasında X15 yazılmışdır. İşdə olan olan Qaynax kənd soveti tərəfindən xx.xx.1960-cı il tarixdə verilmiş nikah haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X14 arasında xx.xx.1960-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 227 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN 301A, KOD 61105018 olan Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarına əsasən Tərtər rayonu Xoruzlu kəndi ərazisində ayrılan 0,44 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisi kimi X9 qeyd olunmuşdur. İşdə olan Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2019-cu ildə vəfat etmişdir. İşdə olan Tərtər rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1991-ci ildə vəfat etmişdir. İşdə olan Tərtər rayon Qaynaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş ölüm haqqında arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 (ərizəçinin anası) xx.xx.2015-ci ildə vəfat etmişdir. İşdə olan Tərtər Rayon İHB-nın Qaynaq kənd İƏD üzrə nümayəndəsi A.Həsənov tərəfindən verilmiş 128 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X14 xx.xx.2019-cu ildə vəfat edənə kmi Tərtər rayon Qaynaq kəndində yaşamışdır. 5 bacı olmuşlar: - X11 – vəfat edib, X12 – vəfat edib, X13 – vəfat edib və X17 – vəfat edib. İşdə olan Tərtər Rayon İHB-nın Qaynaq kənd İƏD üzrə nümayəndəsi A.Həsənov tərəfindən verilmiş 190 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 övladı olmamışdır. İşdə olan Tərtər Rayon İHB-nın Qaynaq kənd İƏD üzrə nümayəndəsi A.Həsənov tərəfindən verilmiş 172 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X1 Firuzə İbrahim qızıının bacısı, Ərizəçi Əydər qızı isə bacısı qızıdır. İşdə olan Tərtər rayon Notariat Ofisi tərəfindən qəbul edilmiş “notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair” 564 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 qalan mirasla bağlı Ərizəçi vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan Tərtər rayon Xüsusi Notariat Ofisi tərəfindən Tərtər Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 631 №-li məktubdan görünür ki, Kamalova (Məmmədova) Qızbəs İbrahim qızı barəsində heç bir açılmış vərəsəlik işi aşkar edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin izahatından, şahidlərin ifadələrindən və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, miras qoyan xx.xx.1936-cı ildə anadan olmuş və xx.xx.2019-cu ildə vəfat etmiş Kamalova (Məmmədova) Qızbəs İbrahim qızı hazırkı ərizəçinin anası, xx.xx.2015-ci ildə vəfat etmiş X6 bacısı olmuşdur. Buradan aydın olur ki, Kamalova (Məmmədova) Qızbəs İbrahim qızının hazırkı ərizəçinin xalası olmaqla qohumluq münasibətləri olmuşdur. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatından və şahidlərin ifadələrindən, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının , xx.xx.1998-ci il tarixli 16 saylı qərarına əsasən Tərtər rayonu Qaynaq kəndi ərazisindən Kamalova (Məmmədova) Qızbəs İbrahim qızının mülkiyyətinə 0,44 ha həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə ona Torpağın Mülkiyyətə Verilməsinə dair JN 301A, KOD 61105018 olan Şəhadətnamə verilmişdir. X5 xx.xx.1960-cı ildə X8 ilə rəsmi nikaaha daxil olaraq ailə qurmuş və ərinin, yəni Məmmədova soyadını qəbul etmişdir. Miras qoyanın övladı olmamış, X11, X12, X13 və X4 ibarət olmaqla dörd nəfər bacısı olmuşdur. Miras qoyanın valideyinləri və bacılarının hamısı ölmüşdür. O cümlədən miras qoyanın əri Bəhlul xx.xx.1991-ci ildə, miras qoyanın özü isə xx.xx.2019-cu ildə vəfat etmişdir. Miras qoyandan həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən köhnə ev miras qalmışdır. Evin sənədi yoxdur, daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmamışdır. Miras əmlak barədə vərəsəlik işi açılmamış, nə də ki, heç kimə vəsiyyət edilməmişdir. Miras qoyanın başqa heç bir vsərəsəsi yoxdur. Miras əmlak ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmişdir. Mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi, habelə torpaq sahəinə dair hüquqmüəyyənedici sənəddə - Torpağın Mülkiyyətə Verilməsinə dair JN 301A, KOD 61105018 olan Şəhadətnamədə uyğunsuzluq olduğu üçün mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin ərizəçinin izahatından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, ərizəçinin hazırda mərhum xalasının – miras qoyanın yuxarıda adı çəkilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəddə, yəni Torpağın Mülkiyyətə Verilməsinə dair JN 301A, KOD 61105018 olan Şəhadətnamədə soyadı ərinin soyadına uyğun olaraq Məmmədova, ölüm haqqında Şəhadətnamədə isə soyadı qızlıq soyadına uyğun olaraq Kamalova kimi yazılmışdır. Sözügedən Torpağın Mülkiyyətə Verilməsinə dair JN 301A, KOD 61105018 olan Şəhadətnamədə göstərilən X9 ilə Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında arayışda göstərilən X14 eyni şəxslərdir və sözügedən Torpağın Mülkiyyətə Verilməsinə dair JN 301A, KOD 61105018 olan Şəhadətnamə həmin şəxsə aiddir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə şəxslərin qohumluq münasibətlərində olma faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin ... həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən olunur. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, miras qoyan Kamalova (Məmmədova) Qızbəs İbrahim qızının hazırkı ərizəçinin xalası olmaqla qohumluq münasibətlərinin olmasını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edilməsi mümkün deyildir. Odur ki, miras qoyan Kamalova (Məmmədova) Qızbəs İbrahim qızının hazırkı ərizəçinin xalası olmaqla qohumluq münasibətlərinin olması məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə həmçinin işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN 301A, KOD 61105018 olan Şəhadətnamədə göstərilən X9 ilə Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında arayışda göstərilən X14 eyni şəxslər olmaqla sözügedən Şəhadətnamə həmin şəxsə aid olduğundan hüquq müəyyənedici sənəd olan JN 301A, KOD 61105018 olan Şəhadətnamənin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, miras 2019-cü ildə açıldığından mirasın qəbuluna dair məsələ hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı normaları tətbiq edilməklə həll edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninəçatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə həmçinin işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN 301A, KOD 61105018 olan Şəhadətnamədə nəzərdə tutulan Tərtər rayonunun Qaynaq kəndində yerləşən Kamalova (Məmmədova) Qızbəs İbrahim qızından miras qalan 0,44 ha həyətyanı torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyənmüəyyən olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarını rəhbər tutaraq və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qanuni və əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QətEtdi: Ərizə təmin edilsin. xx.xx.2019-cu ildə vəfat etmiş Kamalova (Məmmədova) Qızbəs İbrahim qızının ərizəçinin xalası olmaqla qohumluq münasibətində olamsı faktı, Torpağın Mülkiyyətə Verilməsinə dair JN 301A, KOD 61105018 olan Şəhadətnamənin hazırda mərhum xalası Kamalova (Məmmədova) Qızbəs İbrahim qızına məxsus olması faktı və həmin Şəhadətnamədə nəzərdə tutulan Tərtər rayonunun Qaynaq kəndində yerləşən Kamalova (Məmmədova) İbrahim qızından miras qalan 0,44 ha həyətyanı torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar