Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-13/2025 05.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Tərtər Rayon İcra Hakimiyyətinə və "xxxx" MMC-ə qarşı "xxxx" MMCin adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı şıxarışın etibarsız hesab edilməsi, çıxarışın verilməsinə əsas olmuş Tərtər Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 40 saylı qərarının ləğv edilməsi, Tərtər rayonu Çaylı kənd ərazisində yerləşən onun icarəsinə verilmiş 265.0 hektar torpaq sahəsinin cavabdeh "xxxx" MMC tərəfindən boşaldılaraq onun istifadəsinə qaytarılması barədə iddia ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Tərtər rayon İcra Hakimiyyətinə və "xxxx" MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-in adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışın etibarsız hesab edilməsi, çıxarışın verilməsinə əsas olmuş Tərtər Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 40 saylı qərarının ləğv edilməsi, Tərtər rayonu Çaylı kənd ərazisində yerləşən onun icarəsinə verilmiş 265.0 hektar torpaq sahəsinin cavabdeh "xxxx" MMC tərəfindən boşaldılaraq onun istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasında iddiasının təmin edilməsini xahiş etmiş, hazırda VOEN-in olduğunu, mübahisəli torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onun icarəsinə verildiyini göstərmiş, mülki işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə cavabdehlər Tərtər Rayon İcra Hakimiyyətinə və "xxxx" MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələr məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş üzrə müvafiq prosesual hərəkətlər keçirildikdən sonra müəyyən olunmuşdur ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Belə ki, məhkəmə prosesinin gedişində mübahisə qaldırılan torpaq sahəsinin tərəflərə sahibkarlıq məqsədi ilə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə görə işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət vermə müddəti başa çatdıqdan sonra icra edilir. Eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud har hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəssiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüquqlarına malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələsinin dəqiqi müəyyən edilməsini şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Göstərilənlərlə əlaqədar məhkəmə hesab edir ki, hazırkı iş aidiyyəti üzrə inzibati məhkəməyə aid olduğundan mahiyyəti üzrə baxılması üçün yurisdiksiya üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44.2.2, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı cavabdehlər Tərtər rayon İcra Hakimiyyətinə və "xxxx" MMC-ə qarşı cavabdeh "xxxx" MMC-in adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı şıxarışın etibarsız hesab edilməsi, çıxarışın verilməsinə əsas olmuş Tərtər Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 40 saylı qərarının ləğv edilməsi, Tərtər rayonu Çaylı kənd ərazisində yerləşən onun icarəsinə verilmiş 265.0 hektar torpaq sahəsinin cavabdeh "xxxx" MMC tərəfindən boşaldılaraq onun istifadəsinə qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə qeydə alınmış 2(061)-13/2025 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik Edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-13/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-13/2025
05.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver