Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1311/2024 12.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Tərtər rayon Notariat Ofisi olmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1990-cı ildə vəfat etmiş atası X4 və xx.xx.2015-ci ildə vəfat etmiş anası X1 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN 351A, kod nömrəsi ******* olan Şəhadətnamə əsasında anası X5, X6 və X7 verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin, Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0091, kod nömrəsi 61108028 saylı Dövlət Aktına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış çıxarışa əsasən anası X5, X6 və X7 verilmiş 1,2684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 2008-ci ildə tikilmiş ümumi sahəsi 100 kv.metr, o cümlədən yaşayış sahəsi 68 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1971-ci ildə anadan olmuşdur. Atası X18 oglu, anası X8 isə xx.xx.2015-ci ildə vəfat etmişlər. Mərhum atasının və anasının birinci dərəcə üzrə vərəsəsidir. Ona görə də xx.xx.1990-cı ildə vəfat etmiş atası X18 oglundan və xx.xx.2015-ci ildə vəfat etmiş anası X1 miras qalmış əmlaka (Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli, 14 №-li qərarı ilə «Torpagın Mülkiyyətə Verilməsinə Dair» JN-351A, kod 61108018 saylı Şəhadətnamə əsasında anası X5, X6 və X7 verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinə, Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli, 14 №-li qərarı ilə «Torpaga Mülkiyyət Hüququna dair» JN-0091, kod 61108028 saylı dövlət Aktına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Çıxarışına əsasən anası X5, X6 və X7 verilmiş 1.2684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, 2008-ci ildə tikilmiş ümumi sahəsi 100 kv.m, o cümlədən yaşayış sahəsi 68kv.m olan 3(üç) otaqlı fərdi yaşayış evinə) dair «Qanun üzrə vərəsəlik hüququ haqqlnda Şəhadətnamə» almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat Ofisinə müraciət etdim. Lakin Tərtər rayon Xüsusi Notariat Ofisinin xüsusi notariusu X13 oglu 05 iyul 2024-cü il tarixli, 488 №-li qərarı ilə ona mirasın qəbulu üçün AR MM-nin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddəti buraxdıgı və qohumluq münasibətləri müəyyən edən sənədləri təqdim edə bilmədiyi üçün «Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə» verilməsindən imtina etmiş və Tərtər rayon məhkəməsinə müraciət etməli oldugumu bildirmişdir. Başqa sözlə notariat orqanı lazımı sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən «Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə»nin verilməsindən imtina etmişdir ki, o da bunu qəbul etmişdir. Belə oldugu halda, yəni notariat orqanı lazımı sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etdiyi halda «mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edilməlidir. Çünki, xx.xx.1990-cı ildə vəfat etmiş atası X18 oglundan və xx.xx.2015-ci ildə vəfat etmiş anası X1 miras qalmış əmlakı (Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli, 14 №-li qərarı ilə «Torpagın Mülkiyyətə Verilməsinə Dair» JN-351A, kod 61108018 saylı Şəhadətnamə əsasında anası X5, X6 və X7 verilmiş 0.25 ha həyətyanı torpaq sahəsini, Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli, 14 №-li qərarı ilə «Torpaga Mülkiyyət Hüququna Dair» JN-0091, kod 61108028 saylı dövlət Aktına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən anası X5, X6 və X7 verilmiş 1.2684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, 2008-ci ildə tikilmiş ümumi sahəsi 100 kv.m, o cümlədən yaşayış sahəsi 68 kv.m olan 3(üç) otaqlı fərdi yaşayış evini) faktiki olaraq qəbul edərək idarə etsəm də, miras qalmış əmlaka «Vərəsəlik hüququ haqqında Şəhadətnamə» almaq üçün onun mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Lakin hazırki vəziyyətdə bu fakt müəyyən edilmədiyindən və bu faktı təsdiq edən hər hansı bir sənəd olmadığından miras qalmış əmlaka «Vərəsəlik hüququ haqqında Şəhadətnamə» almaq mümkün olmamışdır. Mirasın qəbul edilməsi faktının müəyyən olunması ona məhz vərəsəlik və mülkiyyət hüquqlarımın həyata keçirilməsi üçün lazımdır ki, bunu məhkəmədən kənar başqa qaydada əldə edə bilməmişdir. Ona görə də tələb edilən zəruri sənədləri tam toplayıb Tərtər rayon Notariat Ofisinə təqdim edə bilmədiyi üçün və ümumiyyətlə belə bir imkana da malik olmadıgını nəzərə alıb hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən xx.xx.1990-cı ildə vəfat etmiş atası X18 oglundan və xx.xx.2015-ci ildə vəfat etmiş anası X1 miras qalmış əmlakın (Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli, 14 №-li qərarı ilə «Torpagın Mülkiyyətə Verilməsinə Dair» JN-351A, kod 61108018 saylı Şəhadətnamə əsasında anası X5, X6 və X7 verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin, Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli, 14 №-li qərarı ilə «Torpaga Mülkiyyət Hüququna Dair» JN-0091, kod 61108028 saylı dövlət Aktına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən anası X5, X6 və X7 verilmiş 1.2684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 2008-ci ildə tikilmiş ümumi sahəsi 100 kv.m, o cümlədən yaşayış sahəsi 68kv.m olan 3(üç) otaqlı fərdi yaşayış evinin) onun tərəfimdən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərmişdir ki, xx.xx.1971-ci ildə anadan olmuşdur. Atası X18 oglu, anası X8 isə xx.xx.2015-ci ildə vəfat etmişlər. Mərhum atasının və anasının birinci dərəcə üzrə vərəsəsidir. Valideynləri vəfat etdikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddətin keçməsini gözləyərək onlardan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, o da bunu qəbul etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim edilmiş sənədlərin natamamlığı səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etdiyi halda mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməlidir. Çünki, mərhum valideynlərindən miras qalmış əmlakları faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Mirasın qəbul edilməsi faktının müəyyən olunması ona məhz vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Belə ki, o bunu məhkəmədən kənar başqa qaydada əldə edə bilməmişdir. Ona görə də tələb edilən zəruri sənədləri tam toplayıb Maraqlı şəxsnə təqdim edə bilmədiyi üçün və ümumiyyətlə belə bir imkana da malik olmadığını nəzərə alıb hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Tərtər rayon Xüsusi Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan nikah haqqında arayışın təsdiq olunmuş surətindən görünür ki, X18 oglu ilə X11 arasında nikah haqqında 11 iyul 1963-cü il tarixdə 14 nömrəli akt qeydi tərtib olunmuşdur. Ərə Məmmədov və arvada Məmmədova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Tərtər rayon Mamırlı kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X18 oglu, ana qrafasında X8 göstərilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1990-cı ildə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2015-ci ildə ölmüşdür. İşdə olan Tərtər rayon Mamırlı kənd İƏD-i üzrə nümayəndənin verdiyi 537 saylı xx.xx.2011-ci il tarixli arayışdan görünür ki, X2 Mamırlı kənd üzrə icra nümayəndəliyinin 2011-2015-ci illər üçün təsərrüfat başına uçot kitabının Mamırlı kəndinə aid kitabın 89 saylı vərəqində onun adına 0,27 ha həyətyanı torpaq sahəsi və 2008-ci ildə tikilmiş 3 otaqlı fərdi yaşayış evi qeyd olunmuşdur. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə verilmiş JN-351 A, KOD 61108018 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə 0,25 ha həyətyanı torpaq sahəsinə görə X8, X9 və X10 mülkiyyətçi kimi qeyd edilmişlər. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə verilmiş JN-0091, KOD 61108028 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında 1,27 ha həyətyanı torpaq sahəsinə görə X8, X9 və X10 mülkiyyətçi kimi qeyd edilmişlər. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayon Poladlı kəndində yerləşən 1,2684 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X2 adına qeydə alınmış, həmin torpaq sahəsi ümumi birgə mülkiyyət əsasında X8, X9 və X3 mülkiyyətlərinə verilmişdir. İşdə olan Tərtər rayon Notariat Ofisində xx.xx.2024-cü ildə qəbul edilmiş 488 saylı qərardan görünür ki, həmin qərarla Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan Tərtər rayon Mamırlı kənd İƏD-i üzrə nümayəndənin verdiyi 397 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi atası X12 xx.xx.1990-cı ildə, anası X8 xx.xx.2015-ci ildə Mamırlı kəndində vəfat etmişlər. Ölənə qədər oğlu Ərizəçi ilə birgə yaşamışlar. Hal-hazırda həmin mənzildə Ərizəçi yaşayır. Məhkəmə ərizəçinin izahatını dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçi xx.xx.1971-ci ildə anadan olmuşdur. Ərizəçinin atası X18 oglu, anası X8 olmuş və hər iki valideynləri vəfat etmişlər. Ərizəçi mərhum atasının və anasının birinci dərəcə üzrə vərəsəsidir. Məhkəmə iclasında izahat vermiş Ərizəçi göstərmişdir ki, valideynləri vəfat etdikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddətin keçməsini gözləyərək onlardan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, o da bunu qəbul etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim edilmiş sənədlərin natamamlığı səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etdiyi halda mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməlidir. Çünki, mərhum valideynlərindən miras qalmış əmlakları faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Mirasın qəbul edilməsi faktının müəyyən olunması ona məhz vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Belə ki, o bunu məhkəmədən kənar başqa qaydada əldə edə bilməmişdir. Ona görə də tələb edilən zəruri sənədləri tam toplayıb Maraqlı şəxsnə təqdim edə bilmədiyi üçün və ümumiyyətlə belə bir imkana da malik olmadığını nəzərə alıb hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Ərizəçi ərizəsində X6 və X7 verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin, Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0091, kod nömrəsi 61108028 saylı Dövlət Aktına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış çıxarışa əsasən X6 və X7 verilmiş 1,2684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 2008-ci ildə tikilmiş ümumi sahəsi 100 kv.metr, o cümlədən yaşayış sahəsi 68 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini də xahiş etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, X9 ərizəçinin həyat yoldaşı, X10 isə qızıdır. Hər iki şəxs hazırda yaşayırlar və həmin sənədlər üzrə mülkiyyətçidirlər. Onlar mülkiyyətçi kimi öz paylarını ərizəçiyə notarial qaydada satmaq, bağışlamaq və ya istədikləri qaydada təyinatı üzrə istifadə etmək hüququna malikdirlər.Odur ki, məhkəmə ərizənin həmin hissəsinin təmin edilməsini məqsədəmüvqfiq hesab etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi ərizəsində istinad etdiyi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, ərizəçinin izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1990-cı ildə vəfat etmiş atası X4 və xx.xx.2015-ci ildə vəfat etmiş anası X1 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinı Dair” JN 351A, kod nömrəsi ******* olan Şəhadətnamə əsasında anası X5, X6 və X7 verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin anası X5 nisbətdə, Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0091, kod nömrəsi 61108028 saylı Dövlət Aktına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış çıxarışa əsasən anası X5, X6 və X7 verilmiş 1,2684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 2008-ci ildə tikilmiş ümumi sahəsi 100 kv.metr, o cümlədən yaşayış sahəsi 68 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin anası X5 münasibətdə onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1990-cı ildə vəfat etmiş atası X4 və xx.xx.2015-ci ildə vəfat etmiş anası X1 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinı Dair” JN 351A, kod nömrəsi ******* olan Şəhadətnamə əsasında anası X5, X6 və X7 verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin anası X5 nisbətdə, Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0091, kod nömrəsi 61108028 saylı Dövlət Aktına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış çıxarışa əsasən anası X5, X6 və X7 verilmiş 1,2684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 2008-ci ildə tikilmiş ümumi sahəsi 100 kv.metr, o cümlədən yaşayış sahəsi 68 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin anası X5 münasibətdə onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1311/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1311/2024
12.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver