Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1452/2025 06.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi vəkalətli nümayəndəsi (arvadı) X1 iştirakı ilə Ərizəçi maraqlı şəxs Tərtər rayon Notariat Ofisi olmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 02 iyun 2023-cü ildə vəfat etmiş anası X4 miras qalmış, Tərtər rayon Buruc kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış sənədi verilmiş 1,50 ha pay torpaq sahəsinin və 0,10 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi vəkalətli nümayəndəsi (arvadı) X3 ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, Ərizəçi həyat yoldaşıdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuş, lakin hazırda məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. Ərizəçi xx.xx.1975-ci ildə Tərtər rayon Buruc kəndində anadan olmuşdur. Ərizəçi anası X5 mülkiyyətində Tərtər rayonu Buruc kəndində 1,50 ha pay torpaq sahəsi və 0,10 ha həyətyanı torpaq sahəsi vardır. Pay torpaq sahəsinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış sənədi verilmişdir. Ərizəçinin anası Elmira Muzayeva 02 iyun 2023-cü ildə keçirdiyi xəstəlik nəticəsində ölmüşdür. Bu barədə olan ölüm haqqında şəhadətnamənin surətini ərizəyə əlavə edilmişdir. Ərizəçinin anası vəfat etdikdən sonra dəfn və yas mərasimlərinin xərci ərizəçi tərəfindən çəkilmişdir. Ərizəçinin anası vəfat etməmişdən əvvəl ona məxsus olan torpaq sahələri onun istifadəsində olmuşdur. Hazırda da ərizəçi həmin torpaq sahələrindən istifadə etməkdə davam edir. Ərizəçinin anasından miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsinə digər ailə üzvləri də etiraz etmirlər. Miras qalmış daşınmaz əmlakın ərizəçi tərəfindən qəbul edildiyi üçün o, vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin notariat ofisi tərəfindən ona müddəti ötürdüyünə görə miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsindən imtina qərarı verilmişdir. Ərizəçiyə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Göstərdiklərinə əsasən 02 iyun 2023-cü ildə vəfat etmiş anası X4 miras qalmış, Tərtər rayon Buruc kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış sənədi verilmiş 1,50 ha pay torpaq sahəsinin və 0,10 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini bir daha məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AR-İİİ№ 577639 nömrəli etibarnamədən görünür ki, Ərizəçi arvadı X2 etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. Maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində əvvəlki məhkəmədə ifadə vermiş X11 göstərmişdir ki, xx.xx.1978-ci ildə Tərtər rayon Buruc kəndində anadan olmuşdur. Ərizəçi qardaşıdır. Onların anası X5 mülkiyyətində Tərtər rayonu Buruc kəndində 1,50 ha pay torpaq sahəsi və 0,10 ha həyətyanı torpaq sahəsi vardır. Pay torpaq sahəsinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış sənədi verilmişdir. X17 02 iyun 2023-cü ildə keçirdiyi xəstəlik nəticəsində ölmüşdür. Anaları vəfat etməmişdən əvvəl ona məxsus olan torpaq sahələri qardaşı Ərizəçi istifadəsində olmuşdur. Hazırda da həmin torpaq sahələrindən Ərizəçi istifadə etməkdə davam edir. Mərhum anasından miraq qalmış əmlaklara görə qardaşı Ərizəçi tərəfindən qəbul edilməsinə etirazı olmadığını bildirmişdir. İş üzrə şahid qismində əvvəlki məhkəmədə ifadə vermiş X15 göstərmişdir ki, Ərizəçi vəkalətli nümayəndəsi Gülər İsmayılova onun xalası qızıdır. Bildiyinə görə Ərizəçi anası X5 mülkiyyətində Tərtər rayonu Buruc kəndində 1,50 ha pay torpaq sahəsi və 0,10 ha həyətyanı torpaq sahəsi vardır. Pay torpaq sahəsinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış sənədi verilmişdir. Ərizəçinin anası Elmira Muzayeva 02 iyun 2023-cü ildə ölmüşdür. Ərizəçinin anası vəfat etməmişdən əvvəl ona məxsus olan torpaq sahələri ərizəçinin istifadəsində olmuşdur. Hazırda da ərizəçi həmin torpaq sahələrindən istifadə etməkdə davam edir. Ərizəçinin anasından miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsinə digər ailə üzvləri də etiraz etmirlər. İşdə olan AZ-İİ № 284168 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 arasında nikah xx.xx.2018-ci il tarixdə Tərtər rayon Buruc kənd İƏD-i üzrə nümayəndəlikdə 06 nömrə ilə qeydə alınmışdır. Ərə İsmayılov, arvada İsmayılova soyadları verilmişdir. İşdə olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Tərtər rayonu, Buruc kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X18, ana qrafasında X16 qeyd edilmişdir. İşdə olan Tərtər rayon Buruc kənd İƏD-i üzrə nümayəndənin verdiyi 209 saylı xx.xx.2025ci il tarixli arayışdan görünür ki, mərhumə X16 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Vəfat edənə kimi Buruc kəndində qeydiyyatda olmuş və yaşamışdır, vəfatından sonra vərəsələri oğlu Ərizəçi, qızı X7 və X11 qalmışdır. Qeyd: qızı X12 xx.xx.1980-cı ildə Tərtər rayonu, Buruc kəndində anadan olmuş, yaşamış və xx.xx.2012-ci ildə vəfat etmişdir. İşdə olan Tərtər rayon Buruc kənd İƏD-i üzrə nümayəndənin verdiyi 210 saylı xx.xx.2025ci il tarixli arayışdan görünür ki, Ərizəçi Tərtər rayon Buruc kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan Tərtər rayon Notariat Ofisində təsdiqlənmiş xx.xx.2025-ci il tarixli **********078 saylı ərizədən görünür ki, X7 və Musayeva ərizədə bildirmişlər ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklardan onlara düşən miras payı qəbul etmirlər, etməmişlər və gələcəkdə də miras payın qaytarılması barədə heç bir iddiaları və tələbləri olmayacaqdır. İşdə olan Tərtər rayon Notariat Ofisində təsdiqlənmiş xx.xx.2025-ci il tarixli **********077 saylı ərizədən görünür ki, X13 və X9 ərizədə bildirmişlər ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş nənələri X4 miras qalmış əmlaklardan onlara düşən miras payı qəbul etmirlər, etməmişlər və gələcəkdə də miras payın qaytarılması barədə heç bir iddiaları və tələbləri olmayacaqdır. İşdə olan xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin surətindən görünür ki, Tərtər rayonu, Buruc kəndində yerləşən 2,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,50 ha hissəsi X5 və 0,91 ha hissəsi X8 adına qeydiyyata alınmışdır. İşdə olan Tərtər rayon Dövlət arxivinin verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Tərtər rayon Buruc Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, 7 nəfər bələdiyyə üzvlərinin iştirakları ilə keçirilmiş yığıncağın gündəliyi X5 ərizəsinin müzakirəsi ilə bağlı keçirilmişdir. Həmin yığıncaqda kəndin prespektiv inkişafı üçün ayrılmış torpaq sahəsindən Buruc kənd sakini X10 0,10 ha həyəryanı torpaq sahəsi verilməsi barədə ərizəsinin nəzərə alınması, X10 0,10 ha həyətyanı torpaq sahəsi verilməsinin məqsədə müvafiq hesab edilməsi, X10 veriləcək 0,10 ha torpaq sahəsində qanuna müvafiq qiymətləndirmə aparmaq, xəritə sənədlərinin hazırlanmasına köməklik göstərməklə rəy vermək Tərtər rayon Torpaq və Xəritəçəkmə komitəsindən xahiş edilmişdir. Qərardan çıxarış Tərtər rayon Torpaq və Xəritəçəkmə komitəsinə göndərilməsi qərara alınmışdır. İşdə olan AZ-İ № 540948 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2012-ci ildə ölmüşdür. İşdə olan AZ-İİ № 312931 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2023-cü ildə ölmüşdür. İşdə olan Tərtər rayon Notariat Ofisində 06 avqust 2025-ci ildə qəbul edilmiş 622 saylı qərardan görünür ki, həmin qərarla Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə ərizəçinin vəkalətli nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçi xx.xx.1975-ci ildə Tərtər rayon Buruc kəndində anadan olmuşdur. Ərizəçi anası X5 mülkiyyətində Tərtər rayonu Buruc kəndində 1,50 ha pay torpaq sahəsi və 0,10 ha həyətyanı torpaq sahəsi vardır. Pay torpaq sahəsinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış sənədi verilmişdir. Ərizəçinin anası Elmira Muzayeva 02 iyun 2023-cü ildə keçirdiyi xəstəlik nəticəsində ölmüşdür. Bu barədə olan ölüm haqqında şəhadətnamənin surətini ərizəyə əlavə edilmişdir. Ərizəçinin anası vəfat etdikdən sonra dəfn və yas mərasimlərinin xərci ərizəçi tərəfindən çəkilmişdir. Ərizəçinin anası vəfat etməmişdən əvvəl ona məxsus olan torpaq sahələri onun istifadəsində olmuşdur. Hazırda da ərizəçi həmin torpaq sahələrindən istifadə etməkdə davam edir. Ərizəçinin anasından miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsinə digər ailə üzvləri də etiraz etmirlər. Miras qalmış daşınmaz əmlakın ərizəçi tərəfindən qəbul edildiyi üçün o, vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin notariat ofisi tərəfindən ona müddəti ötürdüyünə görə miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsindən imtina qərarı verilmişdir. Ərizəçiyə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Odur ki, mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin mərhum anasından miras qalmış əmlakı faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə alması mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, ərizəçi mərhum anasının qanun üzrə vərəsəsi kimi öz öhdəsinə düşən bütün lazımi hərəkətləri etmişdir. Qanunları bilmədiyi üçün anasından miras qalmış daşınmaz əmlakları vaxtında öz adına sənədləşdirməmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahat vermiş ərizəçi ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, onların analarından qalmış mirasla bağlı ərizəçi ilə aralarında heç bir mübahisə yoxdur və gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPMnin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, ərizəçinin vəkalətli nümayəndəsinin izahatını, şahidlərin ifadələrini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi 02 iyun 2023-cü ildə vəfat etmiş anası X4 miras qalmış, Tərtər rayon Buruc kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış sənədi verilmiş 1,50 ha pay torpaq sahəsinin və 0,10 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 02 iyun 2023-cü ildə vəfat etmiş anası X4 miras qalmış, Tərtər rayon Buruc kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış sənədi verilmiş 1,50 ha pay torpaq sahəsinin və 0,10 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1452/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1452/2025
06.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver