Məhkəmə qərarları › İş №2(061)-1459/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1459/2025

14.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1459/2025 14.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin atasına məxsus 15 sot həyətyanı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı cavabdehin atasına məxsus 15 sot həyətyanı torpaq sahəsindən çıxarılmasını tələb etsə belə, həmin tələblə bağlı zəruri sənəd olan mübahisəli torpağın atasına məxsus olması, beləliklə də torpağın hansı koordinatda yerləşməsi, həmin torpağın məhz cavabdehin istifadəsində olması barədə sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Eləcə də iddiaçının iddia ərizəsinə əlavə etdiyi Tərtər rayon Azadqaraqoyunlu Bələdiyyəsinin verdiyi 61 nömrəli arayışdan görünür ki, Tərtər rayon Evoğlu kənd sakini X1 adına 1991-1995-ci illər Evoğlu kənd XDS-in tərtib etdiyi 9 saylı təsərrüfat başına kitabın 144-cü səhifəsinin 447-ci şəxsi hesabında torpaq bölməsində 0,15 ha torpaq sahəsi qeyd edilmişdir. Lakin torpağın mülkiyyət hüququna dair şəhadətnamələr işlənərkən X2 texniki səhv olaraq torpağın mülkiyyət hüququna dair şəhadətnamə işlənib verilməmiş və həmin 0,15 ha torpaq sahəsi xəritədə bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur. Həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə etiraz etmədikləri bildirlmişdir. Bununla yanaşı iddiaçının iddia ərizəsinə əlavə etdiyi arxiv arayışı hüquq müəyyən edici sənəd kimi deyil, yalnız sübut kimi təqdim olunmalı sənəd hesab edilir. Göründüyü kimi iddiaçının tələb etdiyi 1991-1995-ci illər Evoğlu kənd XDS-in tərtib etdiyi 9 saylı təsərrüfat başına kitabın 144-cü səhifəsinin 447-ci şəxsi hesabında atasının adına qeydı alınmış 0,15 ha həyətyanı torpaq sahəsi xəritədə bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur. İddiaçıya izah edilməlidir ki, hazırki ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etməli, imtina alacağı təqdirdə qanunamüvafiq qaydada sənədləri toplayıb aidiyyəti məhkəməyə müraciət etməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia ərizəsində yol verilmiş digər nöqsan Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Çünki həmin maddədə iddiaçının işdə iştirak edən şəxslərin poçt ünvanlarını göstərməli olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə görə ərizəyə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə) cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidlərin və məhkəmə iclasına davam etdirmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasınını istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanları, cavabdehin və işdə iştirak edən digər eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VOEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunması formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməli sənədlərin siyahısında iddianı əsaslandıran hallara dair sənədlərin təqdim edilməli olması da nəzərdə tutulmuşdur. Məhkəmə bu baxımdan tələbi əsaslandırılmamış hesab edərək belə nəticəyə gəlir ki, iddiaya münasibətdə Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.3-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçıya qanunla müəyyən edilmiş qaydada sənədlərini toplayıb hazırki iddia ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin atasına məxsus 15 sot həyətyanı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya qanunla müəyyən edilmiş qaydada sənədlərini toplayıb hazırki iddia ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar