Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1468/2025 15.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və yaşayış sahəsinə istifadə hüququ tanınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin yaşadıqları Tərtər rayon İsmayılbəyli kəndində 22 sot həyətyanı torpaq sahəsində tikilmiş ümumi sahəsi 120 kv.m olmaqla 3(üç) otaq, 1(bir) zal və mətbəxdən ibarət olan evə köçürülməyinə və yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar ərizələrini onunla əsaslandırmışlar ki, cavabdehlər atası və anasıdır. Onlar ailədə dörd uşaq olmuşlar. O, ailənin son beşiyidir, həmin mübahisəli evdə doğulub böyümüşdür. Mübahisəli ev 22 sot həyətyanı torpaq sahəsində ümumi sahəsi 120 kv.m olmaqla 3(üç) otaq, 1(bir) zal və hamam, ayaq yolundan ibarətdir. Bir qardaşı rəhmətə getmişdir. Ondan böyük bacı və qardaşı da ailəlidirlər, hərəsinin ayrı evləri var, öz evlərində yaşayırlar. O da evin balacası olaraq valideynləri ilə birlikdə yaşamalı olmuşdur. Valideynləri ilə birlikdə təsərrüfatı idarə etmişdir. Özü fəhləlik etməklə evdə hamam tikdirmişdir. Atası ilə birlikdə mal-heyvan saxlayaraq təsərrüfatı birgə idarə etmişlər. 2022-ci ilə ailə qurmuşdur. Birgə ailəlikdən 2(iki) övladı olmuşdur. Ailə qurandan bir müddət sonra, valideynləri ona və ailəsinə mübahisəli evdə rahat yaşamağa imkan verməmişlər. 2023-cü ildə bir dəfə onu ailəsi ilə birlikdə evdən çıxartmışlar. Bir müddət kənddə başqa evdə yaşayandan sonra yenə də evlərinə qayıdıb yaşayıblar. 2025-ci ilin mart ayının 11-dən valideynləri onu yenədə ailəsi ilə birlikdə evdən çıxartmışlar. Kənddə başqa bir evdə müvəqqəti yaşamağa məcbur olmuşlar. Maddi imkanı yoxdur ki, özünə ayrı ev alsın və yaxud da kirayə ev tutub ailəsi ilə birlikdə yaşasın. 2025-ci ilin mart ayına kimi həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Tərtər rayon İsmayılbəyli kəndində 22 sot həyətyanı torpaq sahəsində tikilmiş ümumi sahəsi 120 kv.m olmaqla 3(üç) otaq, 1(bir) zal və mətbəxdən ibarət olan evə köçürülməyinə və yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı1 iddiasını müdafiə edib, tam qanuni və əsaslı hesab edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Tərtər rayon İsmayılbəyli kəndində 22 sot həyətyanı torpaq sahəsində tikilmiş ümumi sahəsi 120 kv.m olmaqla 3(üç) otaq, 1(bir) zal və mətbəxdən ibarət olan evə köçürülməyinə və yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasın izahat verən İddiaçı2 digər iddiaçı əri İddiaçı1 qeyd etdiyi xüsusatları təsdiq edərək, iki körpə uşaqları ilə yaşamağa yerləri olmadığından, ilin bu vaxtında küçələrdə qaldığından ailə vəziyyətlərini nəzərə alıb ədalət naminə tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi ərizə təqdim edərək iddiaçılar İddiaçı1 və İddiaçı2 körpə uşaqları onlara məxsus evlərinə evlərində yamaşaları ilə bağlı iddia tələbini qəbul edirlər. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1992-ci il təvəllüdlüdür. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1998-ci il təvəllüdlüdür. İşdə olan Bərdə regional “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 12 iyul 2023-cü ildə verilmiş X1 surətindən görünür ki, iddiaçılar nikahlarını 12 iyul 2023-cü il tarixdə 706 №-lə qeyd etdirmişlər. İşdə olan Bərdə regional “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçıların birgə nikahlarından xx.xx.2025-ci ildə Nihat adlı uşaqları anadan olmuşdur. İşdə olan Bərdə regional “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçıların birgə nikahlarından xx.xx.2023cü ildə Onur adlı uşaqları anadan olmuşdur. İşdə olan Tərtər RİHB-nın İsmayılbəyli kənd İƏD-i üzrə nümayəndəliyinin 30 iyul 2025-ci il tarixli, 179 saylı arayışından görünür ki, İddiaçı1 ailə tərkibi: həyat yoldaşı İddiaçı2, oğlu xx.xx.2023-cü il təvəllüdlü X8, xx.xx.2025-ci il təvəllüdlü oğlu X7, atası Cavabdeh1 və anası Cavabdeh2 ibarətdir. İsmayılbəyli kəndində Cavabdeh1 məxsus yaşayış evinin ümumi sahəsi 120 kv.m-dir və 3 otaqdan ibarətdir. İşdə olan Mediasiya Şurasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı1 mediasiya şurasında iştirak etməklə 50 manat xidmət haqqı ödəmişdir. Cavabdehlər iştirak etməmişlər. Məhkəmə iddiaçıların və cavabdehlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə obyektiv araşdırmalar nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında evə köçürmə ilə bağlı mübahisə olmuş və iddiaçı məhkəmədə bununla bağlı iddia qaldırmışdır. Məhkəmən iclasında izahat vermiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi ərizə təqdim edərək iddiaçılar İddiaçı1 və İddiaçı2 körpə uşaqları onlara məxsus evlərinə evlərində yamaşaları ilə bağlı iddia tələbini qəbul etdiklərini bildirmişlər. Mülki işin materialları ilə də aydın olmuşdur ki, İddiaçı1 və İddiaçı2 ilə 2022-ci il tarixdə ailə qurmuş və nikahlarını xx.xx.2023-cü ildə rəsmi qaydada qeyd etdirmişlər. İddiaçılar ailə qurduqdan sonra gəlin kimi onun atası evinə köçmüşdür. Xeyli müddət iddiaçı cavabdehlə həmin evdə 2 azyaşlı uşaqları ilə birlikdə yaşamışlar. Bununla da iddiaçı həmin evə yaşayış hüququ qazanmışdır. Odur ki, iddiaçının özünə münasibətdə tələbi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci və MPM-in 13-cü maddələrinin tələblərinə görə analogiya əsasında dövlət mənzil fondunda olan normalar tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilən işgüzar adətlər olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir ( qanunun analogiyası ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun» 2ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı yer başa düşülür. Həmin qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilr. Yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı bir sənəd tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Eləcə də, Avropa İnsan Hüquqları Məhkəməsi “X2rşı” xx.xx.1986–cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X6” Konvensiyanın 8–ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikrləri vardır və həmin əlaqələr onların öz mənzili hesab etmək üçün yetərli idi. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz mərhum edilə bilməz. Bu göstərilənlər «İnsan hüquqları haqqında Ümumi Bəyannamənin» 13-cü maddəsində, «İnsan hüquqları və X3 haqqında» Avropa Konferensiyasına əlavə 4№-li protokolun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur. Məhkəmə, iddiaçı mübahisəli evə gəlin köçməsini, uşaqlarının həmin evdə doğulmasını, uzun müddət fasiləsiz olaraq orada yaşamasını, birgə təsərrüfatı aparmasını, habelə evdən çıxdıqdan sonra da həmin evlə əlaqəsinin olmasını, iddiaçının həmin evi özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hallar kimi qiymətləndirmiş və nəzərə almışdır. Məhkəmə, hesab edir ki, iddiaçının müəyyən müddətə məcburiyyət qarşısında anası evində qalması, onun daimi yaşamaq üçün köçüb yaşadığı evə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən nəzərə alır ki, iddiaçı azyaşlı uşaqlar doğulduğu andan əvvəl qaynatasına məxsus olan evdə sonradan isə mübahisəli evdə yaşamış, uşaqlar azyaşlı olduqları üçün ana ilə daha çox bağlı olmuş, hazırda da ana ilə birlikdə mübahisəli evə köçüb yaşamaları onların mənafelərinə daha çox uyğundur. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2 və 217.3-cü maddələrinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsinin) 30.1-ci maddəsində qeyd olunmuşdur ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Məhkəmə iddiaçının, cavabdehlə və iki uşağı ilə birlikdə mübahisəli evə köçərək həmin evdə yaşamalarını, cavabdehlə birlikdə birgə təsərrüfat aparmasını, iddiaçının özünə hazırda başqa yaşayış sahəsi əldə etmək imkanı olmamaqla, başqa daimi yaşayış yerinin olmamasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək iddiaçı 2 nəfər azyaşlı uşaqları ilə birgə mübahisəli evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarını, iddiaçı və cavabdeh tərəfin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçılar İddiaçı1 və İddiaçı2 uşaqları ilə birlikdə cavabdehlərin yaşadıqları Tərtər rayon İsmayılbəyli kəndində 22 sot həyətyanı torpaq sahəsində tikilmiş ümumi sahəsi 120 kv.m olmaqla 3(üç) otaq, 1(bir) zal və mətbəxdən ibarət olan evə köçürülməli, yaşayış sahəsindən ümumi qaydada istifadə hüququ müəyyən edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 və 364 - cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 uşaqları ilə birlikdə cavabdehlərin yaşadıqları Tərtər rayon İsmayılbəyli kəndində 22 sot həyətyanı torpaq sahəsində tikilmiş ümumi sahəsi 120 kv.m olmaqla 3(üç) otaq, 1(bir) zal və mətbəxdən ibarət olan evə köçürülsün, yaşayış sahəsindən ümumi qaydada istifadə hüququ müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev.
Məhkəmə qərarları › İş №2(061)-1468/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1468/2025
15.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver