Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1469/2025 04.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla onun xx.xx.1968-ci ildə Ağdərə (Mardakert) rayonunun Umudlu kəndində doğulması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1968-ci ildə Ağdərə (Mardakert) rayonunun Umudlu kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, xx xxxx 1968-ci ildə Ağdərə rayonun keçmiş Mardakert rayonu, Umudlu kəndində anadan olmuşdur. Atası xx.xx.2020-ci ildə vəfat etmiş X14, anası xx.xx.1942ci il təvəllüdlü X4 olmuşdur. xx.xx.1990-cı ildə Umudlu kənd sakini X2 ilə nikahlarını Mardakert rayonu Umudlu kənd İƏD-i üzrə nümayəndəikdə rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Onların üç övladları olmuşdur. 1992-ci ildə məlum Qarabağ hadisələri ilə əlaqədar yaşadığı kənd erməni təcavüzü nəticəsində işğala məruz qaldığından ailəsi ilə birlikdə məcburi köçkün düşmüş və ünvan 1ndə məskunlaşmışlar. X19 xx.xx.2020-ci ildə vəfat etmişdir. Ona məxsus olan doğum haqqında şəhadətnamə ona məlum olmayan səbəblərdən itmişdir. Ona verilmiş doğum haqqında şəhadətnaməni vermiş Mardakert rayonu, Umudlu kənd İƏD-i üzrə nümayəndəliyin arxiv sənədləri 1992-ci ildə erməni işğalçıları tərəfindən məhv edilmişdir. O, doğum akt qeydi məlumatlarının müəyyən edilməsi ilə bağlı Tərtər rayon Qeydiyyat Şöbədinə müraciət etmiş, onun doğum haqqında məlaumatlar aşkar edilməmişdir. Bununla yanaşı o, doğum haqqında şəhadətnaməsinin itməsi ilə bağlı müraciət etmiş və müvafiq olaraq cavab almışdır. Ona bununla bağlı ərizə ilə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilməmişdir. Doğum haqqında şəhadətnamənin ona zəruri sənədləşmələrlə bağlı ehtiyac olduğunu bildirmişdir. Göstərdiklərinə əsasən onun xx xxxx 1968-ci ildə Ağdərə rayonun keçmiş Mardakert rayonu, Umudlu kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvalayaraq iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında göstərmişdir ki, Ərizəçi ilə Tərtər şəhərində tanış olmuşlar. Münasibətləri yaxşıdır. Ərizəçi xx xxxx 1968-ci ildə Ağdərə rayonun keçmiş Mardakert rayonu, Umudlu kəndində anadan olduğunu bilmişdir. Ərizəçi atası Rəşid, anası Fedosiya olmuşdur. Ərizəçi atası vəfat etmişdir. Ərizəçi xx xxxx 1968-ci ildə Ağdərə rayonun keçmiş Mardakert rayonu, Umudlu kəndində anadan olmasını bir şahid kimi təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında göstərmişdir ki, Ərizəçi münasibətləri həmkəndli kimi yaxşıdır. Ərizəçi xx xxxx 1968-ci ildə Ağdərə rayonun keçmiş Mardakert rayonu, Umudlu kəndində anadan olduğunu bilmişdir. Ərizəçi həmkəndli kimi yaxından tanımışdır. Ərizəçi X19, anası Fedosiya Ərəbova olmuşdur. Ərizəçi onun təhsil aldığı orta məktəbdə bir neçə sinif aşağıda təhsil almışdır. Ərizəçi deməsinə görə doğum haqqında şəhadətnaməsi naməlum səbəblərdən itmişdir. Bir şahid kimi Ərizəçi xx xxxx 1968-ci ildə Ağdərə rayonun keçmiş Mardakert rayonu, Umudlu kəndində anadan olduğunu təsdiqləmişdir. İş materiallarına əlavə edilmiş AA № 222784 saylı məcburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1992-ci ildən Ağdərə rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarına əlavə edilmiş Tərtər rayon İƏD-i üzrə nümayəndənin verdiyi 124 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Ağdərə rayonun Umudlu kəndindən məcburi köçkündürvə hal-hazırda Tərtər rayonun, Umudlu kənd İƏD-i üzrə nümayəndəlikdə qeydiyyatdadır, müvəqqəti olaraq ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş İV-JQ № 372963 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 Sevinc Rəşid qızı ilə xx.xx.1990-cı ildə nikahlarını Mardakert rayonu Umudlu kənd İƏD-i üzrə nümayəndəikdə rəsmi qeyd etdirmişlər. Ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Polis Şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Tərtər rayonu Umudlu kəndində yaşayan Ərizəçi xx.xx.2025-ci il tarixdə Tərtər RPŞ-ə ərizə ilə müraciət edərək özünəməxsus doğum şəhadətnaməsini Tərtər rayonu ərazisində naməlum şəraitdə itməsini bildirmiş və tapılması üçün köməklik göstərilmiəsini xahiş etmişdir. Tərəflərindən bir sıra tədbirlər həyata keçirilmiş lakin, həmin itmiş sənədin tapılması istiqamətində müsbət nəticə əldə olunmamışdır. İş materiallarına əlavə edilmiş AZE 05353350 nömrəli şəxsiyyət vəsiqisinin surətindən görünür ki, X4 xx.xx.1942-ci il tarixdə Ağdərə rayonun keçmiş Umudlu kəndində anadan olmuş və Tərtər rayonu Umudlu kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİ № 120708 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1968-ci ildə Ağrədə (Mardakert) rayonunun Umudlu kəndində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Ərizəçi sorğusuna cavab məktubundan görünür ki,xx.xx.1968-ci ildə Ağrədə (Mardakert) rayonunun Umudlu kəndində anadan olmuş Ərizəçi barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən doğumu dövlət qeydiyyatına almaq mümkün deyil. Maraqlı şəxs məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum omluşdur ki, ərizəçi xx.xx.1968-ci ildə Ağrədə (Mardakert) rayonunun Umudlu kəndində anadan olmuşdur. Ərizəçi məhkəmə iclasında göstərmişdir ki, məcburi köçkün düşüb Tərtər rayonuna köçüb gəlmişlər. Tərtər rayon ərazisində onun doğum haqqında şəhadətnaməsi ona məlum olmayan səbəbdən itmişdir. Bu səbəbdən də onun doğum haqqında şəhadətnaməsi yoxdur. Ancaq şəxsiyyət vəsiqəsini almışdır. Hazırda bəzi sənədləşmələrlə bağlı doğum haqqında Şəhadətnaməyə ehtiyac yaranır. Bununla bağlı Maraqlı şəxsnə və Tərtər payon Polis Şöbəsinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eləcə də həmin faktın təsdiqi ərizəçiyə adına doğum haqqında şəhadətnamə alması üçün zəruridir. Yuxarıda göstərilən faktlar mülki işə əlavə edilmiş sənədlərlə və şahidlərin ifadələri ilə tam sübuta yetmişdir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə şahidlər X8 və X5 şahid qismində məhkəmədə ifadə verərəkən Ərizəçi ilə münasibətlərinin yaxın olduğunu və onun xx.xx.1968-ci ildə Ağrədə (Mardakert) rayonunun Umudlu kəndində anadan olmasını təsdiq etmişlər. Məhkəmə şahidlərin ifadələrini iş üzrə sübut növü kimi qədul edilməsini məqsədmüvqfiq hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət,yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarda göstərilən səbəblərdən əsası-ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmaması göstərilmişdir. Hazırki vəziyyətdə də ərizəçi məhkəmə iclasında doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyini göstərmişdir. Belə vəziyyətdə ərizənin təmin edilməsinə zərurət yaranmış və təmin edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə, araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, atası xx.xx.2020-ci ildə vəfat etmiş X14, anası xx.xx.1942-ci il təvəllüdlü X4 olan, Ərəbova (Zeynalova) Sevinc Rəşid qızının xx.xx.1968-ci ildə Ağdərə (Mardakert) rayonunun Umudlu kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir. Bu qətnamə xx.xx.1968-ci il təvəllüdlü X7 doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Atası xx.xx.2020-ci ildə vəfat etmiş X14, anası xx.xx.1942-ci il təvəllüdlü, X4 olan, Ərəbova (Zeynalova) Sevinc Rəşid qızının xx.xx.1968-ci ildə Ağdərə (Mardakert) rayonunun Umudlu kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1469/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1469/2025
04.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver