Məhkəmə qərarları › İş №2(061)-1475/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1475/2024

20.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1475/2024 20.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi vəkalətli nümayəndəsi (nəvəsi) X5 iştirakı ilə Ərizəçi maraqlı tərəflər Tərtər rayon Notariat Ofisi və Bərdə Regional “ASAN-xidmət” Mərkəzində Notariat Ofisi olmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək maraqlı tərəf Tərtər rayon Notariat Ofisi və Bərdə Regional “ASAN-xidmət” Mərkəzində Notariat Ofisi olmaqla xx.xx.1993-cü ildə vəfat etmiş X3ndan və xx.xx.1993-cü ildə vəfat etmiş anası X1 miras qalmış əmlakın (onların hər birinə verilmiş 0,25 ha, cəmisi 0,50 ha həyətyanı torpaq sahəsinin) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbi ilə bağlı dəqiqləşdirmə ərizəsi verərək maraqlı tərəflər Tərtər rayon Notariat Ofisi və Bərdə Regional “ASAN-xidmət” Mərkəzində Notariat Ofisi olmaqla xx.xx.1993-cü ildə vəfat etmiş anası X1 miras qalmış əmlakın (0,25 ha həyətyanı torpaq sahəsinin) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1933-cü ildə anadan olmuşdur. X3 xx.xx.1993-cü ildə, anası X6 isə xx.xx.1993-cü ildə, qardaşları X13 1997-ci ildə X10 xx.xx.2008-ci ildə vəfat etmişdir. O, mərhum ata, anasının birinci dərəcəli vərəsəsidir. Ona görə də o, xx.xx.1993-cü ildə vəfat etmiş X3ndan, xx.xx.1993-cü ildə vəfat etmiş anası X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Bərdə Regional “ASAN Xidmət” Mərkəzində yerləşən Notariat Ofisinə müraciət etmişdir. X18 “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi notariusunun xx.xx.2024-cü il tarixli, 1754/2024 nömrəli qərarı ilə ona mirasın qəbulu üçün Azərbaycan Respublikası MM-in 1246-cı maddəsi ilə müəyyən edilmiş müddəti buraxdığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və Tərtər Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Başqa sözlə notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. O da bunu qəbul etmişdir. Belə olan halda, yəni notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən şəhadətnamənin verilməısindən imtina etdiyi halda mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməlidir. Belə ki, xx.xx.1993-cü ildə vəfat etmiş X3ndan, xx.xx.1993-cü ildə vəfat etmiş anası X1 miras qalmış əmlakı faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün onun mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Lakin hazırki vəziyyətdə bu fakt müəyyən edilmədiyindən və bu faktı təsdiq edən hər hansı bir sənəd olmadığından ona miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Mirasın qəbul edilməsi faktının müəyyən olunması ona məhz vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilmsi üçün lazımdır ki, o da bunu məhkəmədən kənar başqa qaydada əldə edə bilməmişdir. Ona görə də tələb edilən zəruri sənədləri tam toplayıb Tərtər rayon Notariat Ofisinə təqdim edə bilmədiyi üçün və ümumiyyətlə belə bir imkana malik olmadığını nəzərə alıb hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda göstərilənlərə əsasən maraqlı tərəf Tərtər rayon Notariat Ofisi və Bərdə Regional “ASANxidmət” Mərkəzində Notariat Ofisi olmaqla xx.xx.1993-cü ildə vəfat etmiş X3ndan və xx.xx.1993-cü ildə vəfat etmiş anası X1 miras qalmış əmlakın (onların hər birinə verilmiş 0,25 ha, cəmisi 0,50 ha həyətyanı torpaq sahəsinin) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkalətli nümayəndəsi X11 məhkəmə iclasında iddia ərizəsində göstərilənləri bir daha təsdiq edərək iddia tələbi ilə bağlı verdikləri dəqiqləşdirmə ərizəsinin, yəni maraqlı tərəflər Tərtər rayon Notariat Ofisi və Bərdə Regional “ASANxidmət” Mərkəzində Notariat Ofisi olmaqla Ərizəçi xx.xx.1993-cü ildə vəfat etmiş anası X1 miras qalmış əmlakın (0,25 ha həyətyanı torpaq sahəsinin) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı tərəflər Tərtər rayon Notariat Ofisi və Bərdə Regional “ASAN-xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələr məhkəmə iclasına gəlməmişlər. Bərdə Regional “ASAN-xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə müraciət ünvanlayaraq məhkəmə iclasına gələ bilməyəcəklərini, iştirakları olmadan işə baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə barədə maraqlı tərəflər Tərtər rayon Notariat Ofisi və Bərdə Regional “ASAN-xidmət” Mərkəzində Notariat Ofisinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AR-İİİ 420074 saylı etibarnamədən görünür ki, Ərizəçi X7 etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. Maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Tərtər rayon Dövlət Arxivinin verdiyi 25 iyun 2024-cü il tarixli arxiv arayışından görünür ki, Ərizəçi mərhum anası X2 adına sabiq “Kalinin” (Özbəkistan)” kolxozunun 1950-ci ildə tərtib olunmuş qaytanlanmış torpaq kitabının 39-cu səhifəsinin 317ci sırasında 0,25 ha həyətyanı torpaq sahəsi yazılmışdır (əsas: fond 35, siyahı 1, səhifə 39, sıra 317). İşdə olan qaytanlanmış torpaq kitabının 39-cu səhifəsinin təsdiq olunmuş surətindən görünür ki, həmin sənəddə kitabın 39-cu səhifəsinin 317-ci sırasında X2 adına 0,25 ha həyətyanı torpaq sahəsi yazılmışdır İşdə olan xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1933-cü ildə Tərtər rayon Balakəngərli kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X9, ana qrafasında X6 qeyd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 14 fevral 1937-ci ildə Tərtər rayon Balakəngərli kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X9, ana qrafasında X6 qeyd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 23 iyun 1949-cu ildə Tərtər rayon Balakəngərli kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X9, ana qrafasında X6 qeyd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X9 22 mart 1993-cü ildə ölmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X6 15 fevral 1993-cü ildə ölmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X10 04 sentyabr 2008-ci ildə ölmüşdür. İşdə olan Tərtər rayon Cəmilli kən İƏD-i üzrə nümayəndənin verdiyi 278 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi qardaşı X13 1944-cü ildə Tərtər rayon Balakəngərli kəndində anadan olmuş, 1997-ci ildə Tərtər rayon Balakəngərli kəndində vəfat etmiş və Cəmilli kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 1754/2024 saylı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Ərizəçi 15 fevral 1993-cü il tarixdə vəfat etmiş Tərtər rayonu, Bala Kəngərli kəndi ünvanında qeydiyyatda olmuş anası, X1 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx.xx.2024-cü il tarixdə ərizə ilə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq bildirlmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Onun mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.Qeyd olunanları nəzərə alaraq mirasın qəbul edilməsi müdətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunmuşdur. Məhkəmə ərizəçinin vəkalətlıi nümayəndəsinin izahatını dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçi xx.xx.1933-cü ildə anadan olmuşdur. X3 xx.xx.1993-cü ildə, anası X6 isə xx.xx.1993-cü ildə, qardaşları X13 1997-ci ildə X10 xx.xx.2008-ci ildə vəfat etmişdir. Bu hallar məhkəmədə elan olunmuş rəsmi sənədlərlə sübut olunmuşdur. Məhkəmə iclasında izahat vermiş ərizəçinin vəkalətli nümayəndəsi Səhənd Məmmədli göstərmişdir ki, ərizəçi mərhum ata, anasının birinci dərəcəli vərəsəsidir. Ona görə də o, xx.xx.1993-cü ildə vəfat etmiş X3ndan, xx.xx.1993-cü ildə vəfat etmiş anası X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Bərdə Regional “ASAN Xidmət” Mərkəzində yerləşən Notariat Ofisinə müraciət etmişdir. X18 “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi notariusunun xx.xx.2024-cü il tarixli, 1754/2024 nömrəli qərarı ilə ona mirasın qəbulu üçün Azərbaycan Respublikası MM-in 1246-cı maddəsi ilə müəyyən edilmiş müddəti buraxdığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və Tərtər Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Bu səbəbdən ərizəçi məhkəmədə sözügedən iddianı qaldırmağa məcbur olmuşdur. Ərizəçi həmin sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu faktın müəyyən edilməsi ona torpaq sahəsinin adına sənədləşdirilməsi ilə bağlı lazım olduğunu bildirmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi ərizəsində istinad etdiyi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, ərizəçinin vəkalətli nümayəndəsinin izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1993-cü ildə vəfat etmiş anası X1 miras qalan Tərtər rayonunun Cəmilli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1993-cü ildə vəfat etmiş anası X1 miras qalan Tərtər rayonunun Cəmilli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar