Məhkəmə qərarları › İş №2(061)-1485/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1485/2024

29.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1485/2024 29.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi vəkalətli nümayəndəsi (anası) X5 iştirakı ilə Ərizəçi xx xxxxxxxx 1976-cı ildə Ağdərə (keçmiş Mardakert) rayonu İmarət Qərvənd kəndində doğulması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, onun xx xxxxxxxx 1976-cı ildə Ağdərə (keçmiş Mardakert) rayonu İmarət Qərvənd kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi vəkalətli nümayəndəsi (anası) X10 əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərmişdir ki, Ərizəçi onun doğma oğludur. Ərizəçi məhkəmə uiclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatı olmasına baxmayaraq səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. Belə ki, Faiq hazırda böyrək xəstəliyi ilə bağlı müalicə olunur. Ərizəçi xx.xx.1976-cı ildə Ağdərə rayonu İmarət Qərvənd kəndində anadan olmuşdur. Həmin kənddə məcburi köçkün düşənədək yəni, 1991-ci il tarixədək orta məktəbdə oxumuşdur. Sonralar onlar məcburi köçkün düşmüş və müxtəlif ünvünlarda məskunlaşmışlar. Sonradan Tərtər Rayon Hacıqərvənd kəndinə gəlmiş və orada məskunlaşmılar. Lakin Faiq xəstəliyi ilə bağlı orta məktəbdə təhsil almamışdır. Hələ Faiqin 6-7 yaşı olanda böyrəində olan problemlərlə bağlı xəstəxanada müalicə almışdır. Onun sol böyrəyi fəaliyyətdən dayanmışdı. Faiqə yaşadığı kənddə doğum haqqında şəhadətnamə vermişlər. Məcburi köçkün düşərkən müxtəlif ünvanlarda yaşadıqları üçün onun doğum haqqında şəhadətnaməsi itmişdir. Faiq ona verilən forma 9 sənədi ilə lazımi sənədləri əldə etmişdir. Faiq şəxsiyyət vəsiqəsini Gəncə “ASAN-xidmət” mərkəzindən almışlar. Faiq hərbi xidmətə getmişdir. Hazırda ona müxtəlif sənədləşmələrlə bağlı doğum haqqında şəhadətnəməyə ehtiyac yaranır. Bununla bağlı Maraqlı şəxsnə və bir çox qurumlara müraciət etsələr də müsbət nəticə əldə edə bilməmişlər. Bu faktın təmin edilməsi ərizəçiyə zəruri sənədləşmələr üçün lazımdlır. Həmin sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmədə bu iddianı qaldırmağa məcbur olmuşlar. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmişlər. Ərizənin təmin edilməsini xahiş etmişdir. İş materialında olan ** AB ***6387 saylı 04 sentyabr 2024-cü il tarixli etibarnamədən görünür ki, Ərizəçi X6 etibarnamə vermiş və məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvalayaraq iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında göstərmişdir ki, Ərizəçi tanıyır, onlarla Ağdərə rayon İmarət Qərvənd kəndində qonşu olmuşlar. Ərizəçi ondan yaşda balaca olmuş və onların yanında böyümüşdür. Ərizəçi səhv etmirsə 1986-cı il təvəllüdlüdür. O, yaşadıqları kənddə orta məktəbdə oxumuşdur. Məcburi köçkün düşdükdən sonra müxtəlif yaxın kəndlərdə Ağdaban kəndində, Çərəktar kəndində məskunlaşmışlar. Bundan sonra erməni işğalçıları o kəndləri də işğal etmiş və onlar hamısı birlikdə müxtəlif ünvanlarda məskunlaşmışlar. Bundan sonra Ərizəçi bir neçə dəfə görmüşdür. Ərizəçi böyrək xəstəliyi ilə bağlı həkimə müraciət etdiyini bilmişdir. Ərizəçi doğum haqqında şəhadətnamə almaq istədiyini bilmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında göstərmişdir ki, Ərizəçi tanıyır, anası ilə uzaq qohumdurlar.Eləcə də Faiqlə bir orta məktəbdə məcburi köçkün düşənədək oxumuşlar. O, özü Ağdərə rayon İmarət Qərvənd kənd orta məktəbini 1988-ci ildə qurtarmışdır. Həmin vaxt o, 10-cu sinifdə təhsil alanda Ərizəçi 4-5-ci sinifdə oxumuşdur. Həmin vaxt onun 17 yaşı olmuşdur. Ərizəçi isə 11-12- yaşı olmuşdur. Səhv etmirsə Ərizəçi 1976-cı il təvəllüdlüdür. Məcburi köçkünlük düşdüyü üçün Ərizəçi orta məktəbi bitirməmişdir. 1991-ci ilin sentyabr ayında erməni silahlı birləşməlirinin kəndə hücumu nəticəsində məcburi köçkün düşmüşlər. Hərə bir ünvanda məskunlaşmışdır. Faiqin harada təhsil almasından məlumatı olmamışdır. Faiqi təqribən 10 il bundan əvvəl görmüşdür. Həmin vaxtlar o, ağrıdığını, xəstə olduğunu ona bildirmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Bir şahid kimi Ərizəçi 1976-cı ildə Ağdərə rayonu İmarət Qərvənd kəndində anadan olduğunu təsdiq etmişdir. Mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il təvəllüdlüdür. Mülki işə əlavə edilmiş Tərtər rayon Çardaxlı kənd İƏD-i üzrə nümayəndənin verdiyi 240 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ağdərə rayon İmarət Qərvənd kəndindən məcburi köçkün düşüb, Tərtər rayon Çardaxlı kəndində qeydiyyatda olmaqla, hazırda Tərtər rayon Seydimli kəndində müvəqqəti məskunlaşmış Ərizəçi həqiqətən xx.xx.1976-cı il tarixdə Ağdərə rayon İmarət Qərvənd kəndində anadan olmuş, atası xx.xx.1942-ci il təvəllüdlü X4 və anası xx.xx.1954-cü il təvəllüdlü X10 olduğu qeyd edilmişdir. Mülki işə əlavə edilmiş X9 tərəfindən verilmiş 01 oktyabr 2024-cü il tarixli X1 cavab məktubundan görünür ki, xx.xx.1976-cı ildə Ağdərə rayonu İmarət Qərvənd kəndində doğulmuş Ərizəçi barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Doğum akt qeydinin dövlət qeydiyyatına alınması üçün məhkəmənin müvafiq qətnaməsinin lazım olduğunu, qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən doğumu dövlət qeydiyyatına almaq mümkün olmamışdır. Maraqlı şəxs ərizəçiyə məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Mülki işə əlavə edilmiş X9 tərəfindən verilmiş 01 oktyabr 2024-cü il tarixdə verilmiş xx.xx.1976-cı ildə Ağdərə rayonu İmarət Qərvənd kəndində doğulmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə ərizəçinin vəkalətli nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum omluşdur ki, ərizəçi xx.xx.1976-cı ildə Ağdərə rayonu İmarət Qərvənd kəndində anadan olmuşdur. Onun atası 06 yanvar 1942-ci il təvəllüdlü X4, anası 14 aprel 1964-cü il təvəllüdlü X8r. Məhkəmə iclasında izahat vermiş əsizəçinin vəkalətili nümayəndəsi X15 hazırda böyrək xəstəliyi ilə bağlı müalicə olunduğunu, Ərizəçi xx.xx.1976-cı ildə Ağdərə rayonu İmarət Qərvənd kəndində anadan olduğunu, məcburi köçkün düşənədək yəni, 1991-ci il tarixədək yaşadığı kənddə orta məktəbdə oxuduğunu, erməni işğalçıları tərəfindən kəndlərindən məcburi köçkün düşüb müxtəlif ünvünlarda məskunlaşdıqlarını, sonradan Tərtər Rayon Hacıqərvənd kəndinə gəldiklərini, Faiqin xəstəliyi ilə bağlı orta məktəbdə təhsil almadığını, Faiqin 6-7 yaşı olanda böyrəində olan problemlərlə bağlı xəstəxanada müalicə aldığını, onun sol böyrəyinin fəaliyyətdən dayandığını, Faiqə yaşadığı kənddə doğum haqqında şəhadətnamə verildiyini, məcburi köçkün düşərkən müxtəlif ünvanlarda yaşadıqları üçün onun doğum haqqında şəhadətnaməsinin itdiyini, Faiq ona verilən forma 9 sənədi ilə lazımi sənədləri etdiyini, Faiqə şəxsiyyət vəsiqəsini Gəncə “ASAN-xidmət” mərkəzindən aldıqlarını, Faiqin hərbi xidmətə getdiyini, hazırda ona müxtəlif sənədləşmələrlə bağlı doğum haqqında şəhadətnəməyə ehtiyac yarandığını, bununla bağlı Maraqlı şəxsnə və bir çox qurumlara müraciət etsələr də müsbət nəticə əldə edə bilmədiklərini, bu faktın təmin edilməsi ərizəçiyə zəruri sənədləşmələr üçün lazım olduğunu, həmin sənədi başqa qaydada əldə etmək mümkün olmadığını, bu səbəbdən məhkəmədə bu iddianı qaldırmağa məcbur olduğunu və ərizənin təmin edilməsini xahiş etmişdir. Həmin faktın təsdiqi ərizəçiyə adına doğum haqqında şəhadətnamə alması üçün zəruridir. Belə ki, həmin sənəd ərizəçiyə zərruri sənədləşmələr ilə bağlı ehtiyacı yaranmışdır. Yuxarıda göstərilən faktlar mülki işə əlavə edilmiş sənədlərlə və şahidlərin ifadələri ilə tam sübuta yetmişdir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət,yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarda göstərilən səbəblərdən əsası-ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmaması göstərilmişdir. Hazırki vəziyyətdə də ərizəçi məhkəmə iclasında doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyini göstərmişdir. Belə vəziyyətdə ərizənin təmin edilməsinə zərurət yaranmış və təmin edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəçinin vəkalətili nümayəndəsinin izahatına, şahidlərin ifadələrinə, araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, atası 06 yanvar 1942-ci il təvəllüdlü X4, anası 14 aprel 1964-cü il təvəllüdlü X10 olan, Ərizəçi xx xxxxxxxx 1976-cı ildə Ağdərə (keçmiş Mardakert) rayonu İmarət Qərvənd kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir Bu qətnamə 19 fevral 1999-cu il təvəllüdlü X2 doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Atası 06 yanvar 1942-ci il təvəllüdlü X4, anası 14 aprel 1964-cü il təvəllüdlü X10 olan, Ərizəçi xx xxxxxxxx 1976-cı ildə Ağdərə (keçmiş Mardakert) rayonu İmarət Qərvənd kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar