Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1500/2024 06.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə 06 dekabr 2024-cü tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Ərizəçi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1969-cu ildə Ermənistan Respublikasının Vedi rayonunun Şidli kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.1969-cu ildə Ermənistan Respublikasının Ararat rayonunun Şidli kəndində anadan olmuş və doğumu müvafiq qaydada qeydə alınmışdır. X1, anası isə X4 olmuşdur. 1988-ci ildən Erməsitan Respublikasından qaçqın düşərək Tərtər rayonnun Bəyimsarov kəndində yaşayır. Doğum haqqında şəhadətnaməsi qaçqən düşərkən Erməsitan Respublikasında qalmışdır. Valideyinləri sonradan vəfat etmişdir. Vərəsəliyin həlli, torpağa dair sənədləşmənin aparılması, elektrik enerjisindən istifadəyə dair müqavilənin az adına keçirttməsə və s. məqsədlərlə doğum haqqında şəhadətnaməsinin olması vacibdir. Maraqlı şəxsnə müraciət etsə də, doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də doğumunun qeyd edilmə faktı müəyyən edilməsinə zərurət yaranmışdır. Doğumunun qeyd edilməsini başqa qaydada müəyyən etmək mümkün olmadığı üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. İşdə olan AA*******№ li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, vəsiqənin sahibi Ərizəçi xx.xx.1969-cu il təvəllüdlüdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 05/69-928 nömrəli arayışdan görünür ki, Ərizəçi Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16- 5/7-T/2-60915/24 saylı məktubdan görünür ki, Ərizəçi Maraqlı şəxsndə doğum haqqında akt qeydinin aşkar olunmadığı, onun doğumunun dövlət qeydiyyatına almağın mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İşdə olan Tərtər rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-13-113/2- 22709/2024 saylı məktubla Tərtər Rayon Məhkəməsinə göndərilən Ərizəçi adına olan fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Ermənistan Respublikasının Ararat rayonunun Şidli kəndində anadan olmuşdur. X1, anası X2 göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmənin xüsusi icraat qaydasında doğumun ... qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, ərizədə Vedi rayonu göstərilsə də, əslində Ərizəçi xx.xx.1969-cu ildə Ermənistan Respublikasının Ararat rayonunun Şidli kəndində anadan olmuş və doğumu müvafiq qaydada qeydə alınmışdır. Ərizəçinin X1, anası X4 olmuşdur. Ərizəçi 1988-ci ildən Erməsitan Respublikasından qaçqın düşərək Tərtər rayonuun Bəyimsarov kəndində yaşayır. Ərizəçi doğum haqqında şəhadətnaməsi qaçqən düşərkən Erməsitan Respublikasında qalmışdır. Vərəsəliyin həlli, torpağa dair sənədləşmənin aparılması və s. məqsədlərlə doğum haqqında şəhadətnaməsinin olması vacibdir. Ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də ərizəçinin doğumunun qeyd edilmə faktı müəyyən edilməsinə zərurət yaranmışdır. Doğumun qeyd edilməsini başqa qaydada müəyyən etmək mümkün olmadığı üçün ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən icra edilir. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin doğum akt qeydinin başqa qaydada bərpası mümkün deyildir. Ona görə də ərizəçinin doğumunun qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilməli və onun xx.xx.1969-cu ildə Ermənistan Respublikasının, Ararat rayonunun, Şidli kəndində anadan olması, atasının X3, anasının X4 olması qeyd edilməklə doğum akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: Ərizə təmin edilsin. xx.xx.1969-cu ildə Ermənistan Respublikasının, Ararat rayonunun, Şidli kəndində anadan olmuş Ərizəçi atasının X3, anasının X4 olmaqla doğumun qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №2(061)-1500/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1500/2024
06.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver