Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1508/2024 20.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla onun 10 mart 1960-cı ildə Ağdərə rayonunun Çaylı kəndində doğulması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, onun 10 mart 1960-cı ildə Ağdərə rayonunun Çaylı kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, 10 mart 1960-cı ildə Ağdərə rayonun Çaylı kəndində anadan olmuşdur. Hazırda Tərtər şəhərində yaşayır. Su İdarəsində fəhlə işləyir. Ağdərə rayonunda anadan olsa da 1967-ci ildə Tərtər rayonuna köçmüşlər. Həmin il Tərtər şəhərində 1-ci sinifə getmişdir. Atası ilə anası Çaylı kəndində yaşadıqlarına görə bütün sənədləri kənddə evdə olmuşdur. Ailədə 7 qardaş və bacı olmuşlar. X7 könüllü olaraq erməni işğalçılarına qarşı torpaqların azadlığı uğrunda gedən döyüşlərdə 1994-cü ildə iştirak etmiş və şəhid olmuşdur. Müharibə başlayarkən onlar evlərini tərk etmişlər. Ona görə də bütün sənədləri Çaylı kəndində yaşadıqları evdə qalmışdır. Ona görə ki, onlar kənddən çıxanda müvəqqəti olaraq çıxmışlar. Ancaq bu belə olmamış, onlar uzun müddət öz yurd-yuvalarından məcburi köçkün düşmüşlər. Bundan sonra o, işləmək üçün Rusiya Federasiyasına getmiş və oranın vətəndaşlığını almışdır. Torpaqları işğaldan azad olunmuş, hazırda onun doğum haqqında şəhadətnaməyə ehtiyacı yaranmışdır. Bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, ona məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Göstərdiklərinə əsasən ərizəçi onun 10 mart 1960-cı ildə Ağdərə rayonunun Çaylı kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvalayaraq iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Nümayəndə Bədirxan oğlu izahatında göstərmişdir ki, Ərizəçi qardaşıdır. Ərizəçi 10 mart 1960-cı ildə Ağdərə rayonunun Çaylı kəndində anadan olmuşdur. Onlar həmin kənddə 1967-ci ilədək yaşamışlar. Sonradan atası X1 şəhərində H.Aslanov küçəsində ev almış və həmin evdə yaşamağa başlamışlar. Buna baxmayaraq ata və anası yenə Şaylı kəndində yaşamağa davam etmişlər. Onlar ailədə 7 qardaş olmuşlar. Maarif Tərtər şəhər 1 saylı orta məktəbdə təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra isə Rusiya Federasiyasına getmiş və oranın vətəndaşlığını qəbul etmişdir. Valideynləri Çaylı kəndindən məcburi köçkün düşərkən bütün sənələri həmin evdə qalmışdır. Qardaşı 10 ildir ki, gəlib Tərtər rayonuna qeydiyyata düşmək istəyir. Lakin onun doğum haqqında şəhadətnaməsi olmadığından müvafiq sənədləşmələri apara bilməmişdir. Odur ki, Maarif məhkəməyə müraciət etmişdir. Bir şahid kimi qardaşı Ərizəçi 10 mart 1960-cı ildə Ağdərə rayonunun Çaylı kəndində anadan olmasını təsdiq etmişdir. Mülki işə əlavə edilmiş rus vətəndaşının pasportunun vərəqinin surətindən görünür ki, Ərizəçi 10 mart 1960-cı ildə keçmiş Mardakert, hazırki Ağdərə rayonunun Çaylı kəndində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş ölüm haqqında arayışın təsdiq olunmuş surətindən görünür ki, X3 07 avqust 2012-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.1999-cu ildə vəfat etmişdir. Mülki işə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli Ərizəçi sorğusuna cavab məktubundan görünür ki, xx.xx.1960-cı il tarixdə Ağdərə rayon Çaylı kəndində doğulmuş Ərizəçi barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən doğumu dövlət qeydiyyatına almaq mümkün deyil. Maraqlı şəxs məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 30 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1960-cı il tarixdə Ağdərə rayon Çaylı kəndində doğulmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum omluşdur ki, ərizəçi xx.xx.1960-cı il tarixdə Ağdərə rayon Çaylı kəndində anadan olmuşdur. Ərizəçi məhkəmə iclasında göstərmişdir ki, 1967-ci ildə Tərtər rayonuna köçüb gələrkən bəzi sənədləri yaşadıqları kənddə evdə qalmışdır. Bu səbəbdən də onun doğum haqqında şəhadətnaməsi yoxdur. Ancaq rusiya vətəndaşlığı ilə bağlı pasport almışdır. Hazırda bəzi sənədləşmələrlə bağlı doğum haqqında Şəhadətnaməyə ehtiyac yaranır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eləcə də həmin faktın təsdiqi ərizəçiyə adına doğum haqqında şəhadətnamə alması üçün zəruridir. Yuxarıda göstərilən faktlar mülki işə əlavə edilmiş sənədlərlə və şahidlərin ifadələri ilə tam sübuta yetmişdir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə şahid Nümayəndə Bədirxan oğlu şahid qismində məhkəmədə ifadə verərkən Ərizəçi onun qardaşı olduğunu bildirmiş və onun xx.xx.1960-cı il tarixdə Ağdərə rayon Çaylı kəndində anadan olmasını təsdiq etmişlər. Məhkəmə şahidin ifadəsini iş üzrə sübut növü kimi qədul edilməsini məqsədmüvqfiq hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət,yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarda göstərilən səbəblərdən əsası-ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmaması göstərilmişdir. Hazırki vəziyyətdə də ərizəçi məhkəmə iclasında doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyini göstərmişdir. Belə vəziyyətdə ərizənin təmin edilməsinə zərurət yaranmış və təmin edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəçinin izahatına, şahidin ifadəsinə, araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, atası xx.xx.2012-ci ildə vəfat etmiş X3, anası xx.xx.1999-cu ildə vəfat etmiş X2 olan, Ərizəçi 10 mart 1960-cı ildə Ağdərə (keçmiş Mardakert) rayonunun Çaylı kəndində doğulması faktı müəyyən edilməlidir. Bu qətnamə 10 mart 1960-cı ildə Ağdərə (keçmiş Mardakert) rayonunun Çaylı kəndində anadan olmuş Ərizəçi doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Atası 07 avqust 2012-ci ildə vəfat etmiş X3, anası 17 fevral 1999-cu ildə vəfat etmiş X2 olan, Ərizəçi 10 mart 1960-cı ildə Ağdərə (keçmiş Mardakert) rayonunun Çaylı kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1508/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1508/2024
20.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver