Məhkəmə qərarları › İş №2(061)-151/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-151/2025

17.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-151/2025 17.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Tərtər rayon Notariat Ofisi olmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2003-cü ildə vəfat etmiş X1 və 16 yanvar 2022-ci ildə vəfat etmiş anası X6 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli, 14 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə” Dair JN-426F, KOD 61107018 saylı Şəhadətnamə əsasında Tərtər rayonu, Qaradağlı kəndində verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin və “Torpağın Mülkiyyət Hüququna Dair” JN-519, KOD nömrəsi 61106038 olan Dövlət Aktı əsasında Tərtər rayonu Qaradağlı kəndində verilmiş 0,98 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin onun tərəfindən qəbul etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, X2 ilə anası X13 1971-ci ildə evlənmişlər. Onların birgə evliliyindən xx.xx.1972-ci ildə o, xx.xx.1974-cü ildə X9, xx.xx.1975-ci ildə X8 adlı üç övladları olmuşdur. X2 1976-cı ildə, X8 xx.xx.2003-cü ildə, anası X13 xx.xx.2022-ci ildə vəfat etmişlər. O, mərhum anası X7 və X1nun İ dərəcəli vərəsəsidir. Onlar vəfat etdikdən sonra onlardan miras qalmış əmlaklara faktiki olaraq qəbul edilərək özü idarə etmişdir. Həmin miras qalmış əmlaklarla bağlı vərəsəlik şəhadətnaməsi almaq üçün sənədləri təqdim etdikdə, Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina etmiş, o da bunu qəbul etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim edilmiş sənədlərin natamamlığı səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etdiyi halda mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməli olduğunu izah etmişdir. Belə ki, mərhum anasından miras qalmış əmlakı faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Mirasın qəbul edilməsi faktının müəyyən olunması ona məhz vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Belə ki, o bunu məhkəmədən kənar başqa qaydada əldə edə bilməmişdir. Ona görə də tələb edilən zəruri sənədləri tam toplayıb Maraqlı şəxsnə təqdim edə bilmədiyi üçün və ümumiyyətlə belə bir imkana da malik olmadığını nəzərə alıb hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X10 göstərmişdir ki, Ərizəçi baldızıdır. Xatisə Səfərovanın X1 xx.xx.2003-cü ildə, anası X13 xx.xx.2022-ci ildə vəfat etmişlər. Anası və qardaşı vəfat edərkən onların adına Tərtər rayonu, Qaradağlı kəndində həyətyanı və pay torpaq sahələri qalmışdır. Hazırda həmin sahələrdən baldızı Ərizəçi istifadə edir. Hazırda Ərizəçi həmin torpaqları adına sənədləşdirmək istəyir. Lakin vaxtında bununla bağlı Notariusa müraciət etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Ona köməklik edilməsini xahiş etmişdir. İşdə olan İİİJQ № 404264 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1975-ci ildə Tərtər rayon Qaradağlı kəndində anadan olmuş, ata qrafası boş saxlanılmaqla, ana qrafasında X13 qeyd edilmişdir. İşdə olan AZ-İ № 227218 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə Tərtər rayon Qaradağlı kəndində anadan olmuş, ata qrafasında Əbülfət Bayram oğlu, ana qrafasında X13 qeyd edilmişdir. İşdə olan AZ-İİ № 197143 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-ci ildə ölmüşdür. İşdə olan AZ-İİ № 277250 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü ildə ölmüşdür. İşdə olan Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışın təsdiq olunmuş surətindən görünür ki, X8 öldüyü xx.xx.2023-cü il tarixədək subay olmuşdur. İşdə olan JN-519, KOD nömrəsi 61106038 olan “X3 Dair” Şəhadətnamənin surətindən görünür ki, həmin sənədlə Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi X7, X4 və X5 mülkiyyətinə verilmişdir. İşdə olan JN-519, KOD nömrəsi 61106038 olan “X12 Dair” Dövlət Aktının surətindən görünür ki, həmin sənədlə Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə verilmiş 0,98 ha pay torpaq sahəsi X7, X4 və X5 mülkiyyətinə verilmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-1412 saylı qətnaməsinin surətindən görünür ki, 24 aprel 2003-cü ildə vəfat etmiş X4 xx xxxx 1972-ci il təvəllüdlü Ərizəçi qardaşı, 16 yanvar 2022-ci ildə vəfat etmiş X7 xx xxxx 1972-ci il təvəllüdlü Ərizəçi anası olması faktı müəyyən edilmişdir. İşdə olan Tərtər rayon Notariat Ofisində xx.xx.2024-cü ildə qəbul edilmiş 115 saylı qərardan görünür ki, həmin qərarla Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçinin X2 ilə anası X13 olmuşdur. X1 xx.xx.2003-cü ildə, anası X13 xx.xx.2022-ci ildə vəfat etmişlər. Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi X7, X4 və X5 mülkiyyətinə verilmişdir. Eləcə də Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli 14 saylı qərarı ilə verilmiş 0,98 ha pay torpaq sahəsi X7, X4 və X5 mülkiyyətinə verilmişdir. Bu hallar məhkəmə iclasında elan olunmuş mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında izahat vermiş Ərizəçi göstərmişdir ki, X11 ilə anası X13 1971-ci ildə evlənmişlər. Onların birgə evliliyindən xx.xx.1972-ci ildə o, xx.xx.1974-cü ildə X9, xx.xx.1975-ci ildə X8 adlı üç övladları olmuşdur. X2 1976-cı ildə, X8 xx.xx.2003-cü ildə, anası X13 xx.xx.2022-ci ildə vəfat etmişlər. Anası və qardaşı vəfat etdikdən sonra da onlardan miras qalmış həyətyanı və pay torpaq sahələri onun tərəfindən qəbul edilərək özü idarə etmişdir. Anası və qardaşı vəfat etdikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada ondan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Tərtər Rayon Notariat Ofisinə müraciət etməmişdir. Sonradan onlardan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Tərtər Rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, o da bunu qəbul etmişdir. Odur ki, mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Çünki, mərhum anasından və qardaşından miras qalmış əmlakı faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, ərizəçi mərhum anasının və qardaşının qanun üzrə vərəsəsi kimi öz öhdəsinə düşən bütün lazımi hərəkətləri etmişdir. Qanunları bilmədiyi üçün anasından və qardaşından miras qalmış daşınmaz əmlakları vaxtında öz adına sənədləşdirməmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahat vermiş ərizəçi ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, ərizəçinin izahatını, şahid ifadəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.2003-cü ildə vəfat etmiş X1 və 16 yanvar 2022-ci ildə vəfat etmiş anası X6 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli, 14 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə” Dair JN-426F, KOD 61107018 saylı Şəhadətnamə əsasında Tərtər rayonu, Qaradağlı kəndində verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin və “Torpağın Mülkiyyət Hüququna Dair” JN-519, KOD nömrəsi 61106038 olan Dövlət Aktı əsasında Tərtər rayonu Qaradağlı kəndində verilmiş 0,98 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2003-cü ildə vəfat etmiş X1 və 16 yanvar 2022-ci ildə vəfat etmiş anası X6 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1998-ci il tarixli, 14 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə” Dair JN-426F, KOD 61107018 saylı Şəhadətnamə əsasında Tərtər rayonu, Qaradağlı kəndində verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin və “Torpağın Mülkiyyət Hüququna Dair” JN-519, KOD nömrəsi 61106038 olan Dövlət Aktı əsasında Tərtər rayonu Qaradağlı kəndində verilmiş 0,98 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar