Məhkəmə qərarları › İş №2(061)-157/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-157/2025

14.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-157/2025 14.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi və vəkalətli nümayəndəsi X13 iştirakı ilə Ərizəçi maraqlı tərəf Tərtər rayon Notariat Ofisi olmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 25 yanvar 2008-ci ildə vəfat etmiş mərhum atası X1, 15 mart 2022-ci mildə vəfat etmiş anası X10 və 26 avqust 2019-cu ildə vəfat etmiş mərhum bacısı X5 miras qalmış Tərtər rayon Söylən kəndində yerləşən, reyestr nömrəsi **********20 olan, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 25 sentyabr 2017-ci olan çıxarışa əsasən 1,23 ha torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, xx xxxxxx 1962-ci ildə Tərtər rayon Söylən kəndində anadan olmuşdur. Hazırda da həmin kənddə yaşayır. Valideynləri vəfat etmişlər. Ailədə 5 övlad olmuşlar. X4 və bacısı X20 vəfat etmişdir. Onunla yanaşı mərhum atası, anası və bacısı Məşuqənin adına Tərtər rayon Söylən kəndində 1,23 ha torpaq sahəsi olmuşdur. Torpağın Çıxarış sənədində onarın adları qeyd edilmişdir. Həmin torpaq sahəsini öz adına sənədləşdirmək üçün Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina etmiş, o da bunu qəbul etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim edilmiş sənədlərin natamamlığı səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etdiyi halda mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməli olduğunu bildirmişdir. Çünki, mərhumlardan miras qalmış əmlakları faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Bacıları göstərdiyi əmlakların onun tərəfindən qəbul edilməsinə heç bir etirazları olmamışdır. Bu barədə notarial qaydada ərizə vermişlər. Mirasın qəbul edilməsi faktının müəyyən olunması ona məhz vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Belə ki, o bunu məhkəmədən kənar başqa qaydada əldə edə bilməmişdir. Ona görə də tələb edilən zəruri sənədləri tam toplayıb Maraqlı şəxsnə təqdim edə bilmədiyi üçün və ümumiyyətlə belə bir imkana da malik olmadığını nəzərə alıb hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkalətli nümayəndəsi X24 göstərmişdir ki, ərizəçi bacısıdır. Onunla münasibətləri yaxşıdır. Tərtər rayon Söylən kəndində yaşayır. Bacısı Ərizəçi məhkəmədə 25 yanvar 2008-ci ildə vəfat etmiş mərhum atası X1, 15 mart 2022-ci mildə vəfat etmiş anası X10 və 26 avqust 2019-cu ildə vəfat etmiş mərhum bacısı X5 miras qalmış Tərtər rayon Söylən kəndində yerləşən, reyestr nömrəsi **********20 olan, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 25 sentyabr 2017-ci olan çıxarışa əsasən 1,23 ha torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İdianın təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli AR-İİİ № 326896 saylı etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi qardaşı X16 etibarnamə verərək onu məhkəmə iclasında təmsil etməyi həvalə etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X33 göstərmişdir ki, Ərizəçi atasının bacısıdır. X40 xx.xx.2008-ci ildə vəfat etmişdir. Tərtər rayon Söylən kəndində yerləşən ailəyə məxsus 1,23 ha pay torpaq sahəsindən əvvəldən nənəsi və babası, onlar vəfat etdikdən sonra isə bibisi Ərizəçi istifadə etmişdir. Hazırda da Ərizəçi həmin pay torpaq sahəsindən istifadə etməkdə davam edir. Ərizəçi məhkəmədə 25 yanvar 2008-ci ildə vəfat etmiş mərhum atası X1, 15 mart 2022-ci ildə vəfat etmiş anası X10 və 26 avqust 2019-cu ildə vəfat etmiş mərhum bacısı X5 miras qalmış Tərtər rayon Söylən kəndində yerləşən, reyestr nömrəsi **********20 olan, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 25 sentyabr 2017-ci olan çıxarışa əsasən 1,23 ha torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşdə olan nikah haqqında arayışın təsdiq olunmuş surətindən görünür ki, X6 ilə X20 arasında nikah 10 sentyabr 2014-cü il tarixdə 201 nömrə ilə qeydə alınmış, arvada Məhərrəmova soyadı verilmişdir. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X11 xx.xx.2019-cu ildə vəfat etmişdir. İşdə olan doğum haqqında arayışdan görünür ki, X20 xx.xx.1969-cu ildə Tərtər rayon Söylən kəndində anadan olmuşdur. Həmin sənəddə ata qrafasında X17, X21 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2007-ci ildə vəfat etmişdir. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X7 xx.xx.2008-ci ildə vəfat etmişdir. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X25 xx.xx.2022-ci ildə vəfat etmişdir. İşdə olan notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X18 xx.xx.2008-ci ildə vəfat etmiş X14 vəxx.xx.2022-ci ildə vəfat etmiş X10 və X3 miras qalmış əmlaklardan ona düşən miras paydan imtina etdiyini, gələcəkdə də miras payın qaytarılması barədə heç bir şikayət, tələbi olmayacağını göstərmişdir. İşdə olan notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X2 xx.xx.2008-ci ildə vəfat etmiş X14 miras qalmış əmlaklardan ona düşən miras paydan imtina etdiyini, gələcəkdə də miras payın qaytarılması barədə heç bir şikayət, tələbi olmayacağını göstərmişdir. İşdə olan əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatç haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış sənədinin təsdiq olunmuş surətindən görünür ki, Tərtər rayonu, Söylən kəndində yerləşən 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə payçı kimi, X15, X8, Ərizəçi və X12 adına xx.xx.2017-ci ildə ********** sayla qeydə alınmaqla sənədləşdirilmişdir. İşdə olan Tərtər rayon Soyulan kənd İƏD-i üzrə nümayəndənin verdiyi 271 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X17, X26 ilə birgə nikahlarından X28, X19, X20, Ərizəçi və X24 adlı uşaqları olmuşdur. İşdə olan Tərtər rayon Notariat Ofisində xx.xx.2024-cü ildə qəbul edilmiş 773 saylı qərardan görünür ki, həmin qərarla Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, xx xxxxxx 1962-ci ildə Tərtər rayon Söylən kəndində anadan olmuşdur. Hazırda da həmin kənddə yaşayır. Valideynləri vəfat etmişlər. Ailədə 5 övlad olmuşlar. X4 və bacısı X20 vəfat etmişdir. Onunla yanaşı mərhum atası, anası və bacısı Məşuqənin adına Tərtər rayon Söylən kəndində 1,23 ha torpaq sahəsi olmuşdur. Torpağın Çıxarış sənədində onarın adları qeyd edilmişdir. Həmin torpaq sahəsini öz adına sənədləşdirmək üçün Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina etmiş, o da bunu qəbul etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim edilmiş sənədlərin natamamlığı səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etdiyi halda mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməli olduğunu bildirmişdir. Çünki, mərhumlardan miras qalmış əmlakları faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Bacıları göstərdiyi əmlakların onun tərəfindən qəbul edilməsinə heç bir etirazları olmamışdır. Bu barədə notarial qaydada ərizə vermişlər. Mirasın qəbul edilməsi faktının müəyyən olunması ona məhz vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Belə ki, o bunu məhkəmədən kənar başqa qaydada əldə edə bilməmişdir. Ona görə də tələb edilən zəruri sənədləri tam toplayıb Maraqlı şəxsnə təqdim edə bilmədiyi üçün və ümumiyyətlə belə bir imkana da malik olmadığını nəzərə alıb hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçinin göstərdikləri məhkəmədə elan olunmuş sənədlərlə tam sübut olunur. Ərizəçi mərhum valideynlərinin qanun üzrə vərəsəsi kimi öz öhdəsinə düşən bütün lazımi hərəkətləri etmişdir. Qanunları bilmədiyi üçün miras qalmış daşınmaz əmlakları vaxtında öz adına sənədləşdirməmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahat vermiş ərizəçi ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi ərizəsində istinad etdiyi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, ərizəçinin izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi 25 yanvar 2008-ci ildə vəfat etmiş mərhum atası X1, 15 mart 2022-ci mildə vəfat etmiş anası X10 və 26 avqust 2019-cu ildə vəfat etmiş mərhum bacısı X5 miras qalmış Tərtər rayon Söylən kəndində yerləşən, reyestr nömrəsi **********20 olan, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 25 sentyabr 2017-ci ilan çıxarışa əsasən 1,23 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 25 yanvar 2008-ci ildə vəfat etmiş mərhum atası X1, 15 mart 2022-ci mildə vəfat etmiş anası X10 və 26 avqust 2019-cu ildə vəfat etmiş mərhum bacısı X5 miras qalmış Tərtər rayon Söylən kəndində yerləşən, reyestr nömrəsi **********20 olan, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 25 sentyabr 2017-ci ilan çıxarışa əsasən 1,23 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar