Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1615/2024 05.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə Ərizəçi Maraqlı şəxsna qarşı hüquqi əhəməiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında axaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsna qarşı hüquqi əhəməiyyəti olan faktın müəyyən edilməsi tələbinə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə rəsmi ərizəsini təqdim edərək hazırda tələbinə mahiyyəti üzrə baxılmasını istəmir, ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X2 Ərizəçi ərizəsinə əsasən tələbinə mahiyyəti üzrə baxılmadan ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etirazı yoxdur. Əks halda vəsatətlə mürariət edərək iş üzrə icraata xitam verilməsini xahiş edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllnin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizəçi ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi Maraqlı şəxsna qarşı hüquqi əhəməiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə baxılmadan əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində dayandırılma hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1615/2024
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1615/2024
05.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver