Məhkəmə qərarları › İş №2(061)-1631/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1631/2025

14.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1631/2025 14.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Tərtər rayon Notariat Ofisi olmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla sənədin şəxsə məxsus olması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək maraqlı şəxslər Tərtər rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN 051F, KOD nömrəsi 61109005 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnaməyə əsasən X5nun adının texniki səhv olaraq Asdan yazılmasına baxmayaraq həmin sənədin X17 və “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə göstərilən digər ailə üzvlərinə məxsus olması faktının və 18 fevral 2005-ci ildə ölmüş X5 və 22 dekabr 2018-ci ildə ölmüş X13 mülkiyyətində olub miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN 051F, kod nömrəsi 61109005 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə göstərilən Tərtər rayon Sarov kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, xx.xx.1957-ci ildə Tərtər rayon Sarov kəndində anadan olmuşdur. X5 vəanası X14 mülkiyyətinə Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə Tərtər rayon Sarov kəndində 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Göstərilən torpaq sahəsinə görə JN 051 F, KOD nömrəsi 61109005 seriyalı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə verilmişdir. X5 18 fevral 2005-ci ildə və anası X24 xx.xx.2018-ci il tarixdə ölmşüdür. JN 051 F, KOD nömrəsi 61109005 seriyalı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə atasının adı Asdan kimi yazılmışdır. Bu da bir sıra hüquqi əhəmiyyətli faktların sənədləşməsini qyeri-mümkün etmişdir. Atası və anası sağ olan vaxt ailəsi ilə birlikdə onlarla birgə fərdi yaşayış evində yaşamışdır. Onların bütün tələbatlarını bacardığı qədər ödəmişdir. Atası və anası vəfat edəndən sonra onların bütün dəfn və yas mərasimlərinin xərci onun tərəfindən çəkilmişdir. Onlardan miras qalan həyətyanı torpaq sahəsi onun tərəfindən qəbul edilmiş və hazırda da həmin torpaq sahıəsindən o, istifadə edir. Göstərilən mirasın onun tərəfindən qəbul edilməsinə görə ailə üzvlərinin heç bir etirazı olmamışdır. Həmin miras qalmış əmlaka görə o, vərəsəlik şəhadətnaməsi almaq üçün Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin notariat ofisi tərəfindən ona müddəti ötürdüyünə görə miras əmlaka görə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina qərarı verilmişdir. Buna görə də torpaq sənədində olan yanlışlığın və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün onun ərizə ilə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxslər Tərtər rayon Notariat Ofisi olmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957ci ildə Tərtər rayon Sarov kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır. İşdə olan ünvan 2n verilmiş 283 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi Tərtər rayon Sarov kəndində yaşayır. İşdə olan ünvan 2n verilmiş 284 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, həqiqətən X12 və onun həyat yoldaşı mərhum X14 övladları X26 (xx.xx.2017-ci ildə vəfat etmişdir), X20 (xx.xx.2022-ci ildə vəfat etmişdir), Ərizəçi, X21 və X4 ibarətdir. İşdə olan ünvan 2n verilmiş 288 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, həqiqətən JN 051 F, KOD nömrəsi 61109005 seriyalı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin 1-ci sətrində X15 adında hərf səhvliyi olmuşdur. X3 kimi yazılmalıdır. İşdə olan AZ-T № 301500 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Tərtər rayon Sarov kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X23, ana qafasında X24 qeyd edilmişdir. İşdə olan İİ JQ № 343040 nömrəli nikah haqqında arayışın surətindən görünür ki, Ərizəçi ilə X18 arasında nikah xx.xx.1979-cu ildə 208 nömrə ilə qeydə alınmış, ərə Hüseynov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan notarial qaydada xx.xx.2025-ci il tarixdə verilmiş AR-İ № 764102 nömrəli etibarnamənin surətindən görünür ki, X21 və X2 Bəsdi Əşirəf qızına etibarnamə verərək İdarə və Müəssisələrdə onları təmsil etməyi həvalə etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2005-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2018-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2022-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2017-ci ildə ölmüşdür. İşdə olan Tərtər rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 1011 və 1012 saylı qərarlarından görünür ki, həmin qərarlarla Ərizəçi xx.xx.2018-ci ildə vəfat etmiş X9 və xx.xx.2005-ci ildə vəfat etmiş X10 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsindən imtina edilmişdir. İşdə olan Tərtər Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2021-ci il tarixli, 02 saylı qərarı ilə verilmiş JN-051F, KOD 61109005 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” X1 kimi qyed edilmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbləri haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2021-ci il tarixli, 02 saylı qərarı ilə ərizəçinin atası Aslan Hüseynovun mülkiyyətinə Tərtər rayon Sarov kəndindən 0,20 hektar pay torpaq sahəsi və həmin torpaq sahəsinə görə JN-051F, KOD 61109005 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə verilmişdir. Qeyd edilən sənəd tərtib edilərkən X7 göstərilmişdir. Hazırda ərizəçi sənəddəki ad uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Bunlarla yanaşı ərizəçinin mərhum X5 xx.xx.2005-ci ildə vəfat etmişdir. Vəfat edən zaman atasının mülkiyyətlərində olan, Tərtər rayonu Sarov kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsini faktiki olaraq qəbul etmişdir. O cümlədən qeyd edilən torpaq sahəsindən bu günə kimi istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tərtər rayon notariat ofisinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etsə də müddəti otürdüyü əsas göstərilərək 1011 və 1012 saylı qərarlarla şəhadətnamə verilməsindən imtina edilmişdir. Odur ki, mərhum X5ndan miras qalan Tərtər rayon Sarov kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi miras əmlak kimi onun tərəfindən qəbul olunmuşdur. Mərhum atasının qanun üzrə vərəsəsi kimi ərizəçi öz öhdəsinə düşən bütün lazımi hərəkətləri etmişdir. Hazırda ərizəçi həmin miras qalmış torpaq sahəsinin adına qeydə alınması üçün notariat ofisinə müraciət etdikdə ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdilmişdir. Ərizəçinin göstərdikləri məhkəmədə elan olunmuş sənədlərlə tam sübut olunur. Qanunları bilmədiyi üçün atasından miras qalmış pay torpaq sahəsini vaxtında öz adına sənədləşdirməmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərinə əsasən ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənədlər ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-051F, KOD 61109005 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə hüquq müəyyənedici sənədlər əhəmiyyətinə malikdir. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN-051F, KOD 61109005 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin X5na məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Bununla yanaşı ərizəçi ərizəsində miras əmlakın qəbul edilməsi faktınında müəyyən edilməsini xahiş etmişdir. İş materiallarında elan olunmuş sənədlərdən aydın olur ki, ərizəçi mərhum X12 övladı olmaqla qanun üzrə İ dərəcəli vərəsəsidir. Ərizəçi atası vəfat etdikdən sonra da ondan miras qalmış torpaq sahələrini istifadə etdiyini bildirmiş, bununla bağlı digər vərəsələrin də etirazları olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki,mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN 051F, KOD nömrəsi 61109005 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnaməyə əsasən X5nun adının texniki səhv olaraq Asdan yazılmasına baxmayaraq həmin sənədin X17 və “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə göstərilən digər ailə üzvlərinə məxsus olması faktı və 18 fevral 2005-ci ildə ölmüş X5 və 22 dekabr 2018-ci ildə ölmüş X13 mülkiyyətində olub miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN 051F, kod nömrəsi 61109005 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə göstərilən Tərtər rayon Sarov kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN 051F, KOD nömrəsi 61109005 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnaməyə əsasən X5nun adının texniki səhv olaraq Asdan yazılmasına baxmayaraq həmin sənədin X17 və “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə göstərilən digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Ərizəçi 18 fevral 2005-ci ildə ölmüş X5 və 22 dekabr 2018-ci ildə ölmüş X13 mülkiyyətində olub miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN 051F, kod nömrəsi 61109005 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə göstərilən Tərtər rayon Sarov kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydaya təqdim olunduğu vaxtdan 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar