Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1633/2024 19.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı üçüncü şəxs Tərtər rayon Xüsusi Notariat Ofisi olmaqla evin alqısatqısı üçün tələb olunan pulun hissə-hissə tamamilə ödənilməsi faktı müəyyən edilməklə, Tərtər rayon Dövlət Notariat Kontorunda cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli, 4Ə-74 reyestr nömrəli alqı-satqı müaviləsinin və həmin müqavilənin doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs Tərtər rayon Xüsusi Notariat Ofisi olmaqla onun Cavabdeh ünvan 1 ünvanında yerləşən və onun ailəsi ilə birlikdə yaşadığı həmin evin geri qaytarılması üçün tələb olunan 40000 manat pulu ona hissə-hissə tamamilə ödədiyi pulun alqı-satqı müqaviləsinin ləğvi, Tərtər rayon Dövlət Notariat Kontorunda cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə-74 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilənin doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi ilə bağlı dəqiqləşdirmə ərizəsi verərək Cavabdeh qarşı üçüncü şəxs Tərtər rayon Xüsusi Notariat Ofisi olmaqla Tərtər rayon Dövlət Notariat Kontorunda cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə-74 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilənin doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, 14 may 2013-cü ildə ünvan 2 ünvanında yerləşən, tam mülkiyyət üzrə ona məxsus, ümumi sahəsi 124.6 kv.m, yaşayış sahəsi 65.2 kv.m və yardımçı sahəsi 59.4 kv.m olan 3 (üç) otaqlı fərdi yaşayış evini Tərtər rayon Dövlət Notariat Kontorunda Cavabdeh oglu ilə aralarında baglanmış 14 may 2013-cü il tarixli, 4Ə- 74 Reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 35000 manata satmışdır. Cavabdeh oglu bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş **********14-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarış əldə etmişdir. Lakin 2018-ci ildə isə Cavabdeh oglu ona pula ehtiyacı olduğunu və Bakıda özünə ev almaq istədiyini ona görə də ailəsi ilə birlikdə gəlib həmin ona satdıgı evdə qalıb yaşamasını evi qaytaracağını, evin dəyərini ona qısa müddətdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdeh oglu evi ondan 35000 manata aldıgına baxmayaraq evin qaytarılması üçün evin dəyərinin ona 40000 manat oldugunu bildirmiş və o da onun bu şərtinə razılaşmışdır. Ona görə də razılaşdıqları şərtə uygun olaraq evin pulundan əvvəlcə xx.xx.2020-ci ildə Cavabdeh oglunun atası Teymurov Süleyman (təvəllüsü Qafqaz) Məhərrəm ogluna 10500 manat, sonra isə Cavabdeh oglunun özünə 8500 manat olmaqla cəmisi 19000 manat pul ödəmişdir. Sonra İlhamın qohumu X4 ogluna 8000 manat pul vermişdir ki, İlhama versin və o da xx.xx.2021-ci ildə həmin pulu İlhama vermişdir. Sonra isə 21 noyabr 2021-ci ildə iş yerində İlhamın arvadı X3 1000 manat vermişdir ki, onu əri İlhama versin, Natiqə də həmin pulu 21 noyabr 2021-ci ildə İlhama vermişdir. Beləliklə, o, evin geri qaytarılması üçün 11 fevral 2022-ci ilədək Cavabdeh ogluna cəmi 28000 manat pul ödəmişdir. Yerdə qalan 12000 manat pulu da sonra ödəmişdir. Belə ki, bundan bir az sonra o, Bərdə şəhərində Cavabdeh oglunun magazasında ona əlavə olaraq daha 1000 manat pulu vermişdir. xx.xx.2021-ci ildə isə Cavabdeh ogluna daha 10000 manat pul vermiş, ödənilən pul cəmi 29000 manat olmuşdur. Bundan sonra Cavabdeh oglu ona geri qaytarmaq istədiyi və yaşadıgı evi ipotekadan çıxartmaq üçün ondan evin qalan 11000 manat pulunu da almış və həmin pulun üstünə 17114 manat pul qoyaraq 28114 manatı pulu "xxxx" QSC-nin «Bərdə» Filialına ödəmişdir. Ev ipotekadan çıxarılmışdır. Lakin evin onun adına yenidən alqı-satqı qaydasında keçirilməsi üçün ödədiyi həmin 40000 manatın müəyyən hissəsi Notariusun Bankda açdıgı depozit hesabına qoyulmadıgı üçün Tərtər rayon Xüsusi Notariat Ofisi onunla aralarında həyata keçirilməli olan alqı-satqı əməliyyatını apara bilməmişdir. Yəni, Tərtər rayon Xüsusi Notariat Ofisi onun Cavabdeh ogluna 40000 manat pulu ödədiyini təsdiq edən sənəd tələb etmişdir. Bu isə mümkün olmadıgı üçün Tərtər rayon Xüsusi Notariat Ofisi bizə bu faktın müəyyən edilməsi, eləcə də bu faktın müəyyən edilməsi kifayət etmədiyi üçün əlavə olaraq aralarında olmuş alqı-satqı müqaviləsinin də ləgv edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasının zəruriliyini bildirmiş və buna dair Tərtər rayon Notariat Ofisinin 21 oktyabr 2024-cü il tarixli, 735№-li qərar çıxartmışdır. Ona görə də bu halın, yəni onun Cavabdeh ogluna 40000 manat pulu ödəməsi faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasına zərurət yaratmışdır. Belə ki, bu faktın məhkəmə qaydasında təsdiqi ona Tərtər rayon Xüsusi Notariat Ofisində alqı-satqı əməliyyatının həyata keçirilməsi üçün lazımdır. Çünki bu məsələnin məhkəmədənkənar həll edilməsi mümkün deyildir. Ona görə də cavabdehlə aralarında mübahisə oldugu üçün o, xüsusi icraat qydasında deyil, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyi əldə rəhbər tutaraq iddianın təmin edilməsi barədə qətnamə çıxaracağına ümid etdiyini bildirmişdir. Bununla yanaşı o, həm də hesab edir ki, Cavabdeh ogluna evin alqı-satqısı üçün tələb etdiyi 40000 manat pulu müəyyən edilmiş vaxtda cavabdehə ödədiyinə baxmayaraq Cavabdeh oglu aralarında olan müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozdugundan, yəni ona evin qaytarılması üçün verdiyi 40000 manat pulun müəyyən hissəsini Notariat Ofisinin Bankda açdıgı depozit hesabında yerləşdirmədiyindən onunla yenidən evin ona qaytarılmasına dair alqı-satqı əməliyyatının aparılması mümkün olmur. Ona görə də hesab edir ki, bu halda aralarında baglanmış alqı-satqı müqaviləsi və onun dogurdugu nəticələr məhkəmə qaydasında ləgv edilməlidir. Belə ki, o, hazırda yaşadıgı evi cavabdehə ucuz qiymətə satdıgını bildikdən sonra cavabdehdən evi qaytarmasını tələb etməyə başlamış və məhz bu səbəbdən də ona müəyyən müddət ərzində yuxarıda qeyd etdiyi 40000 manatı ödəmişdir. Eyni zamanda cavabdeh də ona satdıgı həyətdə iki yanaşı ev oldugu üçün orda yaşamaq istəmədiyini və o da evi mənə qaytarmaq istədiyini bildirmişdir. Cavabdehin də evi qaytarmaga razı olmasına baxmayaraq ona ödədiyi 40000 manat pulun müəyyən hissəsini Notariat Ofisinin Bankda açdıgı depozit hesabında yerləşdirmədiyindən onunla yenidən evin qaytarılmasına dair alqı-satqı əməliyyatının aparılması notariat qaydasında mümkün olmamışdır. Bu yalnız məhkəmə qətnaməsinin çıxarılması yolu ilə həll edilməlidir. Göstərdiklərinə əsasən Cavabdeh qarşı üçüncü şəxs Tərtər rayon Xüsusi Notariat Ofisi olmaqla onun Cavabdeh ünvan 1 ünvanında yerləşən və onun ailəsi ilə birlikdə yaşadığı həmin evin geri qaytarılması üçün tələb olunan 40000 manat pulu ona hissə-hissə tamamilə ödədiyi pulun alqı-satqı müqaviləsinin ləğvi, Tərtər rayon Dövlət Notariat Kontorunda cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə-74 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilənin doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı qismində izahat vermiş İddiaçı iddia ərizəsində göstərilənləri bir daha təqdiq edərək bildirmişdir ki, 14 may 2013-cü ildə ünvan 2 ünvanında yerləşən, tam mülkiyyət üzrə ona məxsus, ümumi sahəsi 124.6 kv.m, yaşayış sahəsi 65.2 kv.m və yardımçı sahəsi 59.4 kv.m olan 3 (üç) otaqlı fərdi yaşayış evini Tərtər rayon Dövlət Notariat Kontorunda Cavabdeh oglu ilə aralarında baglanmış 14 may 2013-cü il tarixli, 4Ə-74 Reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 35000 manata satmışdır. Cavabdeh oglu bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş **********14-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarış əldə etmişdir. Lakin 2018-ci ildə Cavabdeh həmin evi qaytarmaq fikrində olduğunu və 40000 manat verəcəyi təqdirdə evi qaytaracağını bildirmişdir. Onunla bu şərtlə razılaşaraq müxtəlif vaxtlarda hissə-hissə Cavabdeh 40000 manat pul vermişdir. Cavabdehin də evi qaytarmaga razı olmasına baxmayaraq ona ödədiyi 40000 manat pulun müəyyən hissəsini Notariat Ofisinin Bankda açdıgı depozit hesabında yerləşdirmədiyindən onunla yenidən evin qaytarılmasına dair alqısatqı əməliyyatının aparılması notariat qaydasında mümkün olmamışdır. Bunun yalnız məhkəmə qətnaməsinin çıxarılması yolu ilə həll edilməsi mümkün olduğunu bilmişdir. Odur ki, sözügedən iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddia ərizəsi məhkəməyə göndərildikdən sonra müəyyən etmişdir ki, tələbləri dəqiq və səlis öz əksini tapmamışdır. Bu da qətnamə çıxarılarkən müəyyən çətinliklərin yaranmasına, hətta ərizənin təmin edilməməsinə gətirib çıxara bilər və bu səbəbdən də iddia tələbi dəqiqləşdirilməlidir. Qeyd etdiklərinə görə iddia tələbi ilə bağlı dəqiqləşdirmə ərizəsi verərək Cavabdeh qarşı üçüncü şəxs Tərtər rayon Xüsusi Notariat Ofisi olmaqla Tərtər rayon Dövlət Notariat Kontorunda cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə-74 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilənin doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh oglu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş bildirişidən görünür ki, Cavabdeh məhkəmə bildirişinə imza etməklə götürmüş, onun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. İş materiallarında olan 09 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh növbəti məhkəmə iclasında iştirak edə bilməsə işin mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmasına etirazı olmadığını və iddiaçının tələbini qanuni hesab etdiyini göstərmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakları olmadan Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasasən baxılmasını mümkün hesab etmişdir. Eləcə də iş üzrə üçüncü tərəf Tərtər rayon Xüsusi Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli 677 saylı arayışdan görünür ki, 1975-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilədək Vətən Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iltirak etmişdir. İşdə olan xx.xx.2013-cü il tarixli AR-İ247029 saylı yaşayış evinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Tərtər şəhəri, B.Bağırova küçəsi ev 21-də qeydiyyatda olan satıcı adlanan birinci tərəf İddiaçı və Tərtər rayon Hacıqərvənd kəndində qeydiyyatda olan Cavabdeh oglu alıcı adlanan digər tərəf aralarında müqavilə bağlamışlar. Həmin müqavələdə satıcı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə rayon İdarəsi tərəfindən verilmiş MA0314736 nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və həmin verilmiş 1277 çıxış nömrəli xx.xx.2013-cü il tarixli arayışa əsasən ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 124,6 kv.metr, yaşayış sahəsi 65,2 kv.metr, yardımçı sahəsi 59,4 kv.metr olan 3 otaqdan ibarət yaşayış evi alıcı Cavabdeh oglunun mülkiyyətinə verilmişdir. Bundan əlavə müqavilədə göstərilən digər şərtləri qəbul edərək hər iki tərəf müqaviləni imzalamışlar. İşdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Tərtər şəhərində anadan olmuş və Tərtər şəhəri, B.Bağırova küçəsi ev 21-də qeydiyyatdadır. İşdə olan “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, Cavabdeh oglu ilə İddiaçı arasında 35000 manata daşınmaz əmlakın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. İşdə olan "xxxx" QSC-in xx.xx.2024-cü il tarixdə verdiyi mədaxil qəbzinin surətindən görünür ki, 28114,51 manat pul ödənmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı Çıxarış sənədinin surətindən görünür ki, Tərtər şəhəri, B.Bağırova küçəsi ev 21A ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh oglunun adına sənədləöşdirilmişdir. İşdə olan Notariat hərəkətlərinin aparılmasında imtina edilməsinə dair əsaslandırılmış 735 saylı qərardan görünür ki, vətəndaş İddiaçı müqavilənin ləğvi sazişindən imtina edilməsi qərara alınmışdır. İşdə olan qəbzin surətindən görünür ki, İddiaçı evin pulundan Cavabdeh 10500 manat pul verdiyini və o da həmin pulu alması ilə bağlı imza etmişdir. Eləcə də Cavabdeh oglu İddiaçı evin pulundan 8500 manat və cəmi 19000 manat aldığını göstərmişdir. X2 evin pulndan 8000 manat aldığını qeyd etmişdir. Cavabdeh evin pulundan 10000 manat, cəmi 29000 manat aldığını qeyd etmişdir. Məhkəmə iddiaçını izahatını, cavabdehin ərizəsini dinlədikdən sonra məhkəmədə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı 14 may 2013-cü ildə ünvan 2 ünvanında yerləşən, tam mülkiyyət üzrə ona məxsus, ümumi sahəsi 124.6 kv.m, yaşayış sahəsi 65.2 kv.m və yardımçı sahəsi 59.4 kv.m olan 3 (üç) otaqlı fərdi yaşayış evini Tərtər rayon Dövlət Notariat Kontorunda Cavabdeh oglu ilə aralarında baglanmış 14 may 2013-cü il tarixli, 4Ə-74 Reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 35000 manata satmışdır. Cavabdeh oglu bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş **********14-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarış əldə etmişdir. Bu hallar məhkəmə iclasında elan olunmuş mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən, tam mülkiyyət üzrə ona məxsus, ümumi sahəsi 124.6 kv.m, yaşayış sahəsi 65.2 kv.m və yardımçı sahəsi 59.4 kv.m olan 3 (üç) otaqlı fərdi yaşayış evini Cavabdeh satdıqdan sonra 2018-ci ildə Cavabdeh ondan 40000 manat alaraq evi qaytarmaq istədiyini bildirmişdir. Onunla razılaşmış və müxtəlif vaxtlarda cavabdehə ümumilikdə 40000 manat pul qaytarmışdır. Cavabdehin də evi qaytarmaga razı olmasına baxmayaraq ona ödədiyi 40000 manat pulun müəyyən hissəsini Notariat Ofisinin Bankda açdıgı depozit hesabında yerləşdirmədiyindən onunla yenidən evin qaytarılmasına dair alqı-satqı əməliyyatının aparılması notariat qaydasında mümkün olmamışdır. Bunun yalnız məhkəmə qətnaməsinin çıxarılması yolu ilə həll edilməsi mümkün olduğunu bilmişdir. Odur ki, sözügedən iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddia ərizəsi məhkəməyə göndərildikdən sonra müəyyən etmişdir ki, tələbləri dəqiq və səlis öz əksini tapmamışdır. Bu da qətnamə çıxarılarkən müəyyən çətinliklərin yaranmasına, hətta ərizənin təmin edilməməsinə gətirib çıxara bilər və bu səbəbdən də iddia tələbi dəqiqləşdirilməlidir. Qeyd etdiklərinə görə iddia tələbi ilə bağlı dəqiqləşdirmə ərizəsi verərək Cavabdeh qarşı üçüncü şəxs Tərtər rayon Xüsusi Notariat Ofisi olmaqla Tərtər rayon Dövlət Notariat Kontorunda cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə-74 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilənin doğurduğu hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etdiyini və təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Hazırki iddia ilə bağlı hüquqi münasibətlər 01 sentyabr 2000-ci ildən sonra yarandığı üçün qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nizama salınmalıdır. Məhkəmə hər iki tərəfin verdiyi izahatları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, İddiaçı 14 may 2013-cü ildə ünvan 2 ünvanında yerləşən, tam mülkiyyət üzrə ona məxsus, ümumi sahəsi 124.6 kv.m, yaşayış sahəsi 65.2 kv.m və yardımçı sahəsi 59.4 kv.m olan 3 (üç) otaqlı fərdi yaşayış evini Tərtər rayon Dövlət Notariat Kontorunda Cavabdeh oglu ilə aralarında baglanmış 14 may 2013-cü il tarixli, 4Ə-74 Reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 35000 manata satmışdır. Cavabdeh oglu bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş **********14-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarış əldə etmişdir. 2018-ci ildən başlayaraq tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı cavabdehə evə görə qaytarmalı olduğu 40000 manat pulu hissə-hissə ona ödəmişdir. Cavabdehin də evi qaytarmaga razı olmasına baxmayaraq iddiaçının ona ödədiyi 40000 manat pulun müəyyən hissəsini Notariat Ofisinin Bankda açdıgı depozit hesabında yerləşdirmədiyindən onunla yenidən evin qaytarılmasına dair alqı-satqı əməliyyatının aparılması notariat qaydasında mümkün olmamışdır. Bütün bu hallar məhkəmədə elan olunmuş mötəbər sübutlarla təsdiq olunmuşdur. Cavabdeh də məhkəmə iclasında iddiaya qarşı etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə atıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların allqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.2-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəlarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların allqısatqısına əşyaların alqı-satqısı haqqında müddəlar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi, əgər həmin Məcəcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin 1 və 14-cü bəndlərininə əsasən dövlət notariusu əqdləri və etibarnamələri təsdiq edir, öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, sənədli qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 74-cü maddəsinə əsasən Notarius qanunvericilikdə nəzərdə tutulmuş hallarda kreditora verilmək üçün öhdəliyin icra predmetini saxlamağa borcludan pul məbləğlərini və sənədli qiymətli kağızları depozitə qəbul edir. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir. «Notariat haqqında » Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinə əsasən saxlanmağa qəbul edilmiş öhdəliyin icra predmeti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 538-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada geri qaytarılır. Pul məbləğlərinin və sənədli qiymətli kağızların onları depozitə (debitora) vermiş şəxsə qaytarılmasına yalnız xeyrinə haqq verilmiş şəxsin (kreditorun) yazılı razılığı ilə və ya məhkəmənin qərarına əsasən yol verilir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 218-ci maddəsinə əsasən görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çixa bilər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Beləliklə, məhkəmə iddiaçıın izahatını, cavabdehin ərizəsini, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında Tərtər rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə-74 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilənin doğurduğu hüquqi nəticələr ləğv edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216 - 220, 227, 233, 357, 360, 362 və 364-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Tərtər rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə-74 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilənin doğurduğu hüquqi nəticələr ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1633/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1633/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver