Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1655/2025 17.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialına qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, əmək kitabçasının 7-ci qrafasında iş yeri kimi göstərilən xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək işlədiyi “Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Bakı şəhər Şurasının adında olan, kiril və latın qrafikalı əlifbalardan qarışıq istifadə edilərək yazılan “Cəmiyyəm” sözünün “Cəmiyyət” kimi oxunmaqla ona məxsus olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.1961ci ildə Tərtər şəhərində anadan olmuş və xx.xx.1982-ci ildən xx.xx.2009-cu il tarixədək müxtəlif yerlərdə müxtəlif vəzifələrdə, o cümlədən xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək “Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Bakı şəhər Şurasının BŞŞ-nin X2 təlimatçı vəzifəsində işləmişdir. İşə girərkən onun adına 28 iyul 1983-cü ildə İT-İ ******* saylı əmək kitabçası yazılmışdır. Bu yaxınlarda yaşa görə pensiyaya çıxmaq üçün sənədlərini toplayıb Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə təqdim etdikdə, orada məlum olmuşdur ki, əmək kitabçasında müəyyən uyğunsuzluq vardır. Belə ki, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək işlədiyi “Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Bakı şəhər Şurasının BŞŞ-nin X1 adında texniki səhvə yol verilərək kiril və latın qrafikli əlifbalardan qarışıq istifadə edilərək “Cəmiyyət” sözü “Cəmiyyəm” kimi yazılmışdır. Həmin yalnışlıqlar onun əmək hüquqlarının həyata keçirilməsində və xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək təlimatçı işləməsinə dair sosial sığorta stajının müəyyən olunmasında müəyyən maneçilik törədir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən 28 iyul 1983-cü ildə doldurulan İT-İ ******* saylı əmək kitabçasının 7-ci qrafasında iş yeri kimi göstərilən xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək işlədiyi “Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Bakı şəhər Şurasının BŞŞ-nin X2 adında olan, kiril və latın qrafikalı əlifbalardan qarışıq istifadə edilərək yazılan “Cəmiyyəm” sözü “Cəmiyyət” kimi oxunmaqla ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəziqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə anadan olmuşdur. İşdə olan 28 iyul 1983-cü ildə Ərizəçi adına doldurulmuş İT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, ... xx.xx.2022-ci ildən “Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Bakı şəhər Şurasının BŞŞ-nin X2 təlimatçı vəzifəsinə qəbul olunmuş, xx.xx.2002-ci ildə öz xahişi ilə BŞŞ-nin X1 təlimatçı vəzifəsindən azd olunmuşdur. ... Həmin əmək kitabçasında “Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Bakı şəhər Şurasının BŞŞ-nin X1 adında texniki səhvə yol verilərək kiril və latın qrafikalı əlifbalardan qarışıq istifadə edilərək “Cəmiyyət” sözü “Cəmiyyəm” kimi yazılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialı tərəfindən Ərizəçi ünvanlanan 3-17-1/2-B-106231/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi adına doldurulmuş əmək kitabçasında ... xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək (qeydlərdə kiril və latın qrafikalı əlifbalardan qarışıq istifadə edilib) olan dövrlərin ddoldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından münkün hesab edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, xx.xx.1961-ci ildə anadan olmuş Ərizəçi xx.xx.1982-ci ildən xx.xx.2009-cu il tarixədək müxtəlif yerlərdə müxtəlif vəzifələrdə, o cümlədən xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək “Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Bakı şəhər Şurasının BŞŞ-nin X2 təlimatçı vəzifəsində işləmişdir. İşə girərkən onun adına 28 iyul 1983-cü ildə İT-İ ******* saylı əmək kitabçası yazılmışdır. Əmək kitabçasında ərizəçinin xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək işlədiyi “Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Bakı şəhər Şurasının BŞŞ-nin X1 adında texniki səhvə yol verilərək kiril və latın qrafikli əlifbalardan qarışıq istifadə edilərək “Cəmiyyət” sözü “Cəmiyyəm” kimi yazılmışdır. Həmin yalnışlıqlar ərizəçinin əmək hüquqlarının həyata keçirilməsində və xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək təlimatçı işləməsinə dair sosial sığorta stajının müəyyən olunmasında müəyyən maneçilik törədir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, 28 iyul 1983-cü ildə doldurulan İT-İ ******* saylı əmək kitabçasının 7-ci qrafasında iş yeri kimi göstərilən xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək işlədiyi “Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Bakı şəhər Şurasının adında olan, kiril və latın qrafikalı əlifbalardan qarışıq istifadə edilərək yazılan “Cəmiyyəm” sözü “Cəmiyyət” kimi oxunmaqla xx.xx.1961-ci ildə Tərtər şəhərində anadan olmuş Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: Ərizə təmin edilsin. 28 iyul 1983-cü ildə doldurulan İT-İ ******* saylı əmək kitabçasının 7-ci qrafasında iş yeri kimi göstərilən xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək işlədiyi “Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Bakı şəhər Şurasının adında olan, kiril və latın qrafikalı əlifbalardan qarışıq istifadə edilərək yazılan “Cəmiyyəm” sözü “Cəmiyyət” kimi oxunmaqla xx.xx.1961-ci ildə Tərtər şəhərində anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik Edən: Tahir Qubadov.
Məhkəmə qərarları › İş №2(061)-1655/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1655/2025
17.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver