Məhkəmə qərarları › İş №2(061)-1691/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1691/2025

02.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1691/2025 02.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X35 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (anası) X4 iştirakı ilə Ərizəçi hüquqi müəyyənedici sənədin şəxsə məxsus olması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN 2003A Kod 61101004 seriyalı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə sənədində X15 adı Dilarə əvəzinə texniki səhv olaraq Gülarə, X4 adı Şəkər əvəzinə Şövkət, X19 adı Cəmal əvəzinə Kamal kimi və X1 Cuğuyeva əvəzinə Abbasova kimi yazılmasına baxmayaraq həmin sənədin X20, X9, X30, X10 və “ Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə sənədində adları göstərilən digər ailə üzvlərinə məxsus olması faktının, fərdi yaşayış evinin texiki pasport sənədində X15 adının texniki səhv olaraq Gülarə kimi qeyd edilməsinə baxmayaraq həmin sənədin X20 məxsus olması faktının və 12 iyul 2002-ci ildə ölmüş X15 mülkiyyətində olub miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN 2003A Kod 61101004 seriyalı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə sənədi olan Tərtər şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin və ümumi yaşayış sahəsi 22,8 kv.m olan bir otaqlı fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X49 ilə anası X4 birgə evliliklərindən üç övladları doğulmuşdur. Onlardan biri o, digərləri isə bacısı xx.xx.1976-cı il təvəllüdlü X21 və bacısı xx.xx.1984-cü il təvəllüdlü X22r. O ailəsi və valideynləri ilə birlikdə indiyə qədər və hal-hazırda da atasının anası(nənəsi) X15 mülkiyyətinə məxsus olan Tərtər şəhəri H.Aslanov küçəsində yerləşən ümumi sahəsi bir otaqdan ibarət 22,8 kv.m olan fərdi yaşayış evində yaşayırlar. Atasının anası (nənəsi) X38 12 iyul 2002-ci ildə və atası X49 isə 11 noyabr 1993-cü ildə keçirtdiyi xəstəlik nəticəsində ölmüşdür. Atasının anası (nənəsi) X15 mülkiyyətində Tərtər şəhərində 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi vardır. Həyətyanı torpaq sahəsinə görə Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN 2003A Kod 61101004 seriyalı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə və fərdi yaşayış evinə görə rayonlararası texniki inventarizasiya bürosu tərəfindən 12 may 1988-ci ildə texniki pasport verilmişdir. Qeyd edilən sənəd tərtib edilərkən 0,05 ha torpaq sahəsinə görə verilmiş şəhadətnamədə X15 adı Dilarə əvəzinə texniki səhv olaraq Gülarə, X4 adı Şəkər əvəzinə Şövkət, X19 adı Cəmal əvəzinə Kamal kimi və X1 Cuğuyeva əvəzinə Abbasova kimi qeyd edilmişdir. Eyni zamanda fərdi yaşayış evinin texniki pasport sənədində X15 adı texniki səhv olaraq Gülarə kimi qeyd edilmişdir. Bu da ki, bir sıra hüquqi əhəmiyyətli faktların sənədləşməsini qeyri mümkün edir. Nənəsi (atasının anası) X38 öləndən sonra ondan miras qalan həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi onun tərəfindən qəbul edilmİş və indi də həmin torpaq sahəsini və fərdi yaşayış evindən o istifadə edir. Nənəsi ölən vaxt onun bütün dəfn və yas mərasimlərinin xərci onun tərəfindən çəkilmişdir. Göstərilən mirasın onun tərəfindən qəbul edilməsinə görə ailə üzvlərinin heç bir etirazları yoxdur. Həmin miras qalmış əmlaka görə o vərəsəlik şəhadətnaməsini almaq üçün lazımi sənədləri toplayaraq Tərtər Rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Tərtər Rayon Notariat Ofisinin xüsusi notariusu ona mirasın qəbulu üçün müəyyən edilmiş müddəti buraxdığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmiş və bununla bağlı Tərtər Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Beləliklə notariat orqanı lazımi sənədlərin olmamasına və təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini verməkdən imtina etmişdir. Belə olduğu halda notariat orqanı lazımi sənədlərin olmamasına görə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etdiyi üçün o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün deyildir. Göstərdiklərinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını bir daha məhkəmədən xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (anası) X23 ərizənin məzmununa uyğun izahat vermiş və ərizəni tam qanuni və əsaslı hesab edərək Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN 2003A Kod 61101004 seriyalı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə sənədində X15 adı Dilarə əvəzinə texniki səhv olaraq Gülarə, X4 adı Şəkər əvəzinə Şövkət, X19 adı Cəmal əvəzinə Kamal kimi və X1 Cuğuyeva əvəzinə Abbasova kimi yazılmasına baxmayaraq həmin sənədin X20, X9, X30, X10 və “ Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə sənədində adları göstərilən digər ailə üzvlərinə məxsus olması faktının, fərdi yaşayış evinin texiki pasport sənədində X15 adının texniki səhv olaraq Gülarə kimi qeyd edilməsinə baxmayaraq həmin sənədin X20 məxsus olması faktının və 12 iyul 2002-ci ildə ölmüş X15 mülkiyyətində olub miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN 2003A Kod 61101004 seriyalı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə sənədi olan Tərtər şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin və ümumi yaşayış sahəsi 22,8 kv.m olan bir otaqlı fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin miras qalmış əmlaka görə o vərəsəlik şəhadətnaməsini almaq üçün lazımi sənədləri toplayaraq Tərtər Rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Tərtər Rayon Notariat Ofisinin xüsusi notariusu ona mirasın qəbulu üçün müəyyən edilmiş müddəti buraxdığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmiş və bununla bağlı Tərtər Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Beləliklə notariat orqanı lazımi sənədlərin olmamasına və təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini verməkdən imtina etmişdir. Belə olduğu halda notariat orqanı lazımi sənədlərin olmamasına görə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etdiyi üçün o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün deyildir. Göstərdiklərinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını bir daha məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Tərtər rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan sənədlər: -AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1997-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. -AZE № 13685370 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Tərtər şəhəri H.Aslanov küçəsi ev 06 ünvanında qeydiyyatdadır. -AZE № AA4660292 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X50 xx.xx.2004cü ildə anadan olmuşdur. - AZE № 13229582 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X21 xx.xx.1976-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X39 ilə X6 nikahları 03 may 1996cı il tarixdə 61 nömrə ilə qeydə alınmışdır. Ərə Məhərrəmli, arvada Cuğuyeva soyadı verilmişdir. İşdə olan Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, X49 1935-ci ildə Tərtər rayonunda anadan olmuş, 06 mart 1942-ci il tarixdə Tərtər Rayon Qeydiyyat Şöbəsində 105 №-li doğum bərpa haqqında akt qeydi tərtib olunmuşdur. Ata qrafasında X51, Ana qrafasında X38 qeyd olunmuşudur. X25 xx.xx.1993cü ildə vəfat etməsi xx.xx.1993-cü il tarixli 106 №-li akt qeydi ilə Tərtər rayon qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. İşdə olan Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X38 12 iyul 2002-ci ildə vəfat etmişdir. 13 iyul 2002-ci il tarixdə 53 №-li akt qeydi ilə qeydiyyata alınmışdır. Tərtər rayon İƏD -i üzrə nümayəndəliyi tərəfindən verilmiş1421 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən H.Aslanov küçəsi ev 06-da qeydiyyatdadır. Tərtər rayon İƏD -i üzrə nümayəndəliyi tərəfindən İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 7 saylı Bərdə ərazi idarəsinə verilmiş 731 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X23 həqiqətən H.Aslanov küçəsi ev 06-da ünvanında oğlu Ərizəçi, gəlini X24, nəvəsi X61, nəvəsi X52, nəvəsi X53 ilə birlikdə yaşayır. Tərtər rayon İƏD -i üzrə nümayəndəliyi tərəfindən Tərtər Rayon Notariat Kontoruna təqdim olunması üçün verilmiş 955 saylı 28 iyul 2025-ci il tarixli arayışından görünür ki, X38 xx.xx.2002-ci ildə vəfat etmişdir. Tərtər rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48- 43RA/2-73/2025 nömrəli arxiv arayışına əsasən 1991-1995-ci illərdə ailə üzvləri kimi gəlini X4, nəvəsi X6, nəvəsi Ərizəçi, nəvəsi X16, nəvəsi X31, gəlini X3, nəticəsi X32, nəticəsi X33, nəticəsi X26 adları yazılmışdır. Tərtər rayon İƏD -i üzrə nümayəndəliyi tərəfindən Tərtər Rayon Notariat Kontoruna təqdim olunması üçün verilmiş 956 saylı 28 iyul 2025-ci il tarixli arayışından görünür ki, X49 xx.xx.1993-cü ildə vəfat etmişdir. Tərtər rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48- 43RA/2-73/2025 nömrəli arxiv arayışına əsasən 1991-1995-ci illərdə ailə üzvləri kimi anası X27, həyat yoldaşı X4, qızı X6, oğlu Ərizəçi, qızı X16, qardaşı oğlu X31, qardaşı gəlini X3, qardaşı nəvəsi X32, qardaşı nəvəsi X33, qardaşı nəvəsi X26 adları yazılmışdır. Tərtər rayon İHB-nın müavini Elvin Umudov , Tərtər rayon İƏD -i üzrə nümayəndəsi Sahib Həsənov və Tərtər rayon Bələdiyyə sədri Tünzalə Vəliyeva tərəfindən birgə tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının ləğv edilmiş DTXK-nin Bərdə rayon şöbəsi tərəfindən verilmiş JN 2003A Kod 61101004 seriyalı sənədin adlı siyahısında bəzi mülkiyyətçilərin X15 adı Gülarə, X4 adı Şövkət, X1 Abbasova, X19 adı texniki səhv olaraq Kamal kimi yazılmışdır. Tərtər rayon İƏD -i üzrə nümayəndəliyi tərəfindən verilmiş 743 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Tərtər şəhəri,H.Aslanov küçəsində yaşamış mərhum X20 məxsus olan fərdi yaşayış evi 1938-ci ildə tikilmişdir. Mirbəşir rayon VVAQ şöbəsi tərəfindən verilmiş 19 fevral 1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1977-ci il tarixdə Mirbəşir rayonunda anadan olmuşdur. Ata qrafasında X49, ana qrafasında X23 qeyd olunmuşdur. Kirovabad Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 mart 1979-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 11 mart 1979-cu il tarixdə Kirovabad şəhərində anadan olmuşdur. Ata qrafasında X11, ana qrafasında X12 qeyd olunmuşdur. Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 may 2025-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X52 xx.xx.2001-ci il tarixdə Tərtər rayonunda anadan olmuşdur. Ata qrafasında Ərizəçi, ana qrafasında X24 qeyd olunmuşdur. İşdə olan Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X50 xx.xx.2004-cü il tarixdə Tərtər rayonunda anadan olmuşdur. Ata qrafasında Ərizəçi, ana qrafasında X24 qeyd olunmuşdur. Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 mart 1997-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X40 16 may 1984-cü il tarixdə Mirbəşir rayonunda anadan olmuşdur. Ata qrafasında X49, ana qrafasında X23 qeyd olunmuşdur. Tərtər rayon Notariat Ofisinin 29 sentyabr 2025-ci il tarixli 1064 saylı qərarından görünür ki, həmin qərarla Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Tərtər rayon Aqrar islahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 saylı qərarına əsasən X41, X17, Ərizəçi, X28, X40, X24, X52 və X29 adına “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN -2003A, Kod 61101004 Şəhadətnamə ilə 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Tərtər rayon İƏD -i üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 noyabr 2025-ci il tarixli 1643 №-li Arayışdan görünür ki, X2 şəhəri H.Aslanov küçəsi ev 06 ünvanında ailə üzvləri – oğlu Ərizəçi, gəlini X24, X61, X52 və X54 ilə birgə yaşayır. Samux Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 avqust 2020-ci il tarixli 110021 AZ-İİ №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X42 06 avqust 2020-ci ildə vəfat etmişdir. 18 avqust 220-ci il tarixdə 126 №-li akt qeydi ilə qeydiyyata alınmışdır. Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 noyabr 2025-ci il tarixli 520846 AZ-İİ №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 12 fevral 1996-cı ildə vəfat etmişdir. 12 fevral 1996-cı il tarixdə 22 №-li akt qeydi ilə qeydiyyata alınmışdır. Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 noyabr 2025-ci il tarixli 520992 AZ-İİ №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X55 14 iyun 1995-ci ildə vəfat etmişdir. 14 iyun 1995-ci il tarixdə 52 №-li akt qeydi ilə qeydiyyata alınmışdır. 2 saylı Bakı ASAN xidmət tərəfindən verilmiş 13 noyabr 2025-ci il tarixli 3-16-5/7-49xxxx/2025 №-li Arayışın surətindən görünür ki, X44 03 oktyabr 2007-ci ildə Yevlax rayonunda vəfat etmişdir. 03 oktyabr 2007-ci il tarixdə Yevlax rayon Qeydiyyat Şöbəsində 315 №-li akt qeydi ilə qeydiyyata alınmışdır. X18 və X62 tərəfindən birgə verilmiş və reyesterdə 8i-5384 № qeydi ilə Tərtər rayon notariat ofisi tərəfindən təsdiqlənmiş ərizədən görünür ki, X18 və X62 mərhum nənələri X13 qalmış miras əmlakdan bilərəkdən imtina edir və həmin əmlakların Ərizəçi adına rəsmiləşdirilməsinə etiraz etmirlər. X56 tərəfindən verilmiş və reyesterdə 8i-41982 № qeydi ilə 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiqlənmiş ərizədən görünür ki, X56 mərhum nənəsi X13 qalmış miras əmlakdan bilərəkdən imtina edir. X45 tərəfindən verilmiş və reyesterdə 8i-42630 № qeydi ilə 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiqlənmiş ərizədən görünür ki, X45 mərhum nənəsi X13 miras qalmış və ona düşən paydan bilərəkdən imtina edir. X46 tərəfindən verilmiş və reyesterdə 8i-6368 № qeydi ilə Samux rayon notariat ofisi tərəfindən təsdiqlənmiş ərizədən görünür ki X46 mərhum nənəsi X13 miras qalmış və ona düşən paydan bilərəkdən imtina edir. X57 tərəfindən verilmiş və reyesterdə 8i-6247 № qeydi ilə Samux rayon notariat ofisi tərəfindən təsdiqlənmiş ərizədən görünür ki X57 mərhum nənəsi X13 miras qalmış və ona düşən paydan bilərəkdən imtina edir. X68 tərəfindən verilmiş və reyesterdə 8i-6246 № qeydi ilə Samux rayon notariat ofisi tərəfindən təsdiqlənmiş ərizədən görünür ki X68 mərhum nənəsi X13 miras qalmış və ona düşən paydan bilərəkdən imtina edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin atası X49 ilə anası X4 birgə evliliklərindən üç övladları doğulmuşdur. Onlardan biri o, digərləri isə bacısı xx.xx.1976-cı il təvəllüdlü X21 və bacısı xx.xx.1984-cü il təvəllüdlü X22r.O ailəsi və valideynləri ilə birlikdə indiyə qədər və hal-hazırda da atasının anası(nənəsi) X15 mülkiyyətinə məxsus olan Tərtər şəhəri H.Aslanov küçəsində yerləşən ümumi sahəsi bir otaqdan ibarət 22,8 kv.m olan fərdi yaşayış evində yaşayırlar. Atasının anası (nənəsi) X38 12 iyul 2002-ci ildə və atası X49 isə 11 noyabr 1993-cü ildə keçirtdiyi xəstəlik nəticəsində ölmüşdür. Atasının anası (nənəsi) X15 mülkiyyətində Tərtər şəhərində 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi vardır. Həyətyanı torpaq sahəsinə görə Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN 2003A Kod 61101004 seriyalı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə və fərdi yaşayış evinə görə rayonlararası texnikiinventarizasiya bürosu tərəfindən 12 may 1988-ci ildə texniki pasport verilmişdir. Qeyd edilən sənəd tərtib edilərkən 0,05 ha torpaq sahəsinə görə verilmiş şəhadətnamədə X15 adı Dilarə əvəzinə texniki səhv olaraq Gülarə, X4 adı Şəkər əvəzinə Şövkət, X19 adı Cəmal əvəzinə Kamal kimi və X1 Cuğuyeva əvəzinə Abbasova kimi qeyd edilmişdir. Eyni zamanda fərdi yaşayış evinin texniki pasport sənədində X15 adı texniki səhv olaraq Gülarə kimi qeyd edilmişdir. Bu da ki, bir sıra hüquqi əhəmiyyətli faktların sənədləşməsini qeyri mümkün edir. Nənəsi (atasının anası) X38 öləndən sonra ondan miras qalan həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi onun tərəfindən qəbul edilmuş və indi də həmin torpaq sahəsini və fərdi yaşayış evindən o istifadə edir. Nənəsi ölən vaxt onun bütün dəfn və yas mərasimlərinin xərci onun tərəfindən çəkilmişdir. Göstərilən mirasın onun tərəfindən qəbul edilməsinə görə ailə üzvlərinin heç bir etirazları yoxdur. Həmin miras qalmış əmlaka görə o vərəsəlik şəhadətnaməsini almaq üçün lazımi sənədləri toplayaraq Tərtər Rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Tərtər Rayon Notariat Ofisinin xüsusi notariusu ona mirasın qəbulu üçün müəyyən edilmiş müddəti buraxdığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmiş və bununla bağlı Tərtər Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Beləliklə notariat orqanı lazımi sənədlərin olmamasına və təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini verməkdən imtina etmişdir. Belə olduğu halda notariat orqanı lazımi sənədlərin olmamasına görə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etdiyi üçün o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahat vermiş ərizəçinin nümayəndəsi göstərmişdir ki, oğlu mərhum nənəsi vəfat edənədək bir yerdə yaşamışlar. Bir övlad kimi onların qulluğunda durmuşdur. Nənəsindən miras qalmış torpaq sahəsini və fərdi yaşayış evini o idarə etmişdir. Hazırda da istifadə etməkdədir. O, faktiki olaraq həmin torpaq sahəsini miras əmlak kimi qəbul etsə də sənədləşdirə bilməmişdir. Oğlu miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Tərtər Rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Tərtər Rayon Notariat Ofisinin xüsusi notariusu ona mirasın qəbulu üçün müəyyən edilmiş müddəti buraxdığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmiş və bununla bağlı Tərtər Rayon Məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərinə əsasən ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən reyestr nömrəsi **********14 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2017-ci il olan, seriya nömrəsi ******* olan çıxarış hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. İş materiallarından müəyyən olunur ki, ərizəçinin reyestr nömrəsi **********14 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2017-ci il olan, seriya nömrəsi ******* olan çıxarışın atası X14 və anası X8 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Məhkəmə hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı ərizəçi ərizəsində Tərtər rayon Xoruzlu kəndində yerləşən 1,17 ha pay torpaq sahəsinə görə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli Çıxarış sənədi üzrə torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını da xahiş etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi ərizəçi mərhum valideynlərinin sağlığında və onlar vəfat etdikdən sonra onlardan miras qalmış 1,17 ha pay torpaq sahəsindən istifadə etmişdir. Bununla da o faktiki olaraq həmin əmlaklara sahiblik etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin mərhum valideylərindən miras qalmış torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki,mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi ərizəsində istinad etdiyi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi 12 iyul 2002-ci ildə vəfat etmiş atasının anası (nənəsi) X13 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN 2003A Kod 61101004 seriyalı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə sənədi olan Tərtər şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin qanun üzrə vərəsə kimi qəbul etməsi faktı müəyyən edilməli, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN 2003A Kod 61101004 seriyalı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə sənədində X15 adı Dilarə əvəzinə texniki səhv olaraq Gülarə, X4 adı Şəkər əvəzinə Şövkət, X19 adı Cəmal əvəzinə Kamal kimi və X1 Cuğuyeva əvəzinə Abbasova kimi yazılmasına baxmayaraq həmin sənədin X20, X9, X30, X10 və “ Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə sənədində adları göstərilən digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 12 iyul 2002-ci ildə vəfat etmiş atasının anası (nənəsi) X13 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN 2003A Kod 61101004 seriyalı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə sənədi olan Tərtər şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin qanun üzrə vərəsə kimi qəbul etməsi faktı müəyyən edilsin. Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, JN 2003A Kod 61101004 seriyalı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə sənədində X15 adı Dilarə əvəzinə texniki səhv olaraq Gülarə, X4 adı Şəkər əvəzinə Şövkət, X19 adı Cəmal əvəzinə Kamal kimi və X1 Cuğuyeva əvəzinə Abbasova kimi yazılmasına baxmayaraq həmin sənədin X20, X9, X30, X10 və “ Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə sənədində adları göstərilən digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar