Məhkəmə qərarları › İş №2(061)-1692/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1692/2025

02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1692/2025 02.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Tərtər rayon Notariat Ofisi olmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək maraqlı şəxs Tərtər Rayon Notariat Ofisi olmaqla 11 oktyabr 2021-ci ildə vəfat etmiş mərhum anası X3 miras qalmış Tərtər rayon Seydimli kəndində yerləşən Qeydiyyat nömrəsi **********, № 1111653, Seriya RX, qeydiyyat tarixi xx.xx.2017-ci il, reyestr nömrəsi **********56 saylı mülkiyyət hüququnu təsdiq edən çıxarış üzrə olan 0,90 ha torpaq sahəsinin və qeydiyyat nömrəsi **********, № 1111655, Seriya RX qeydiyyat tarixi xx.xx.2017-ci il, reyestr nömrəsi **********47-10301 saylı mülkiyyət hüququnu təsdiq edən çıxarış üzrə olan 0,36 ha torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, xx.xx.1961-ci ildə anadan olmuşdur. X2 xx.xx.1998-ci ildə, anası X11 xx.xx.2021-ci ildə vəfat etmişdir. Onlar ailədə 4 uşaq olmuşlar. Uşaqlar hazırda sağdırlar və özlərinə məxsus təsərrüfatlarda yaşayırlar. O, valideynlərinin İ dərəcəli vərəsəsidir. Buna görə də anası vəfat etdikdən sonra onun miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat ofisinə müraciət etmişdir. Lakin Tərtər rayon Notariat Ofisinin xüsusi notariusu xx.xx.2025-ci il tarixli, 1046 nömrəli qərarı ilə ona mirasın qəbulu üçün müddəti buraxdığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmiş və mirasın qəbul edilməsi üçün Tərtər Rayon Məhkəməsinə müraciət etməsi bildirilmişdir. Belə ki, mərhum anası X3 miras qalmış, Qeydiyyat nömrəsi **********, № 1111653, Seriya RX, qeydiyyat tarixi xx.xx.2017-ci il, reyestr nömrəsi **********56 saylı mülkiyyət hüququnu təsdiq edən çıxarış üzrə olan 0,90 ha torpaq sahəsinə və qeydiyyat nömrəsi **********, № 1111655, Seriya RX qeydiyyat tarixi xx.xx.2017-ci il, reyestr nömrəsi **********47- 10301 saylı mülkiyyət hüququnu təsdiq edən çıxarış üzrə olan 0,36 ha torpaq sahəsinə vərəsəlik haqqında şəhadətnamə alınması üçün onun həmin mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Lakin hazırki vəziyyətdə bu fakt müəyyən edilmədiyindən və bu faktı təsdiq edən hər hansı bir sənəd olmadığından ona miras qalmış əmlaka vərəsəlik hüququ haqıında şəhadətnamə almaq mümkün olmamışdır. Mirasın qəbul edilməsi faktının müəyyən olunması ona vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. O, bunu məhkəmədən kənar qaydada əldə edə bilməmişdir. Miras qalmış əmlakların adına sənədləşdirilməsi üçün digər bacı və qardaşlarının etirazları olmamış, onlar bu barədə notarial qaydada təsdiq olunmuş ərizələr təqdim etmişlər. Bu səbəbdən o, məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərlənlərə əsasən 11 oktyabr 2021-ci ildə vəfat etmiş mərhum anası X3 miras qalmış Tərtər rayon Seydimli kəndində yerləşən Qeydiyyat nömrəsi **********, № 1111653, Seriya RX, qeydiyyat tarixi xx.xx.2017-ci il, reyestr nömrəsi **********56 saylı mülkiyyət hüququnu təsdiq edən çıxarış üzrə olan 0,90 ha torpaq sahəsinin və qeydiyyat nömrəsi **********, № 1111655, Seriya RX qeydiyyat tarixi xx.xx.2017-ci il, reyestr nömrəsi **********47-10301 saylı mülkiyyət hüququnu təsdiq edən çıxarış üzrə olan 0,36 ha torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul etməsi barədə qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. Maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Notariat Ofisinin nümayəndəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il təvəllüdlüdür. İşdə olan AZ № 663163 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Tərtər rayonu, Seydimli kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X15, ana qrafasında X11 qeyd edilmişdir. İşdə olan Tərtər rayonu Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 305 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X11 xx.xx.2021-ci ildə vəfat etmiş, onun Tərtər rayonu Seydimli kəndində Ərizəçi, X12, X9 və X13 ailə üzvləri kimi qalmışlar. İşdə olan Tərtər rayonu Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 305 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X14 xx.xx.1998-ci ildə vəfat etmiş, onun Tərtər rayonu Seydimli kəndində Ərizəçi, X12, X9 və X13 ailə üzvləri kimi qalmışlar. Həyqt yoldaşı X11 vəfat etmişdir. İşdə olan AZ-İİ № 151340 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1998-ci ildə vəfat etmişdir. İşdə olan AZ-İİ № 151499 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci ildə vəfat etmişdir. İşdə olan Qeydiyyat nömrəsi **********, № 1111653, Seriya RX, qeydiyyat tarixi xx.xx.2017-ci il, reyestr nömrəsi **********56 saylı çıxarışın surətindən görünür ki, Tərtər rayon Seydimli kəndində yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X5, X7, X10 və X4 adına qeydiyyata alınmışdır. İşdə olan Qeydiyyat nömrəsi qeydiyyat nömrəsi **********, № 1111655, Seriya RX qeydiyyat tarixi xx.xx.2017-ci il, reyestr nömrəsi **********47-10301 saylı mülkiyyət hüququnu təsdiq edən çıxarışın surətindən görünür ki, Tərtər rayon Seydimli kəndində yerləşən 0,36 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X5, X7, X10 və X4 adına qeydiyyata alınmışdır. İşdə olan Tərtər rayon Notariat Ofisində xx.xx.2025-ci ildə qəbul edilmiş 1046 saylı qərardan görünür ki, həmin qərarla Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan notarial qaydada təsdiq olunmuş **********654 nömrəli ərizədən görünür ki, X13 və X12 xx.xx.1998-ci ildə vəfat etmiş ataları X6 miras qalmış əmlaklardan onlara çatası miras payı qəbul etməmişlər. Hazırda da etmirlər. Gələcəkdə də miras payın qaytarılması barədə heç bir iddiaları və tələbləri olmayacaqdır. İşdə olan notarial qaydada təsdiq olunmuş **********655 nömrəli ərizədən görünür ki, X13 və X12 xx.xx.2021-ci ildə vəfat etmiş anaları X3 miras qalmış əmlaklardan onlara çatası miras payı qəbul etməmişlər. Etmirlər. Gələcəkdə də miras payın qaytarılması barədə heç bir iddiaları və tələbləri olmayacaqdır. İşdə olan 77AD ******* nömrəli etibarnamənin tərcümə və təsdiq olunmuş surətindən görünür ki, X1 Adil Bahadur oğluna etibarnamə verərək onu təmsil etməyi həvalə etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 343197 saylı müqavilədən görünür ki, "xxxx" ASC ilə Tərtər rayon Seydimli kənd sakini Ərizəçi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır. Müqavilə hər iki tərəfdən imzalanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli AKX-04705xx/xx-2022 saylı müqavilədən görünür ki, “Azəriqaz” İB ilə Tərtər rayon Seydimli kənd sakini Ərizəçi arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış və hər iki tərəfdən imzalanmışdır. Məhkəmə ərizəçinin izahatını dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçi xx.xx.1961-ci ildə anadan olmuşdur. X2 xx.xx.1998-ci ildə, anası X11 xx.xx.2021-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında Ərizəçi göstərmişdir ki, onlar ailədə 4 uşaq olmuşlar. Uşaqlar hazırda sağdırlar və özlərinə məxsus təsərrüfatlarda yaşayırlar. O, valideynlərinin İ dərəcəli vərəsəsidir. Buna görə də anası vəfat etdikdən sonra onun miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat ofisinə müraciət etmişdir. Lakin Tərtər rayon Notariat Ofisinin xüsusi notariusu xx.xx.2025-ci il tarixli, 1046 nömrəli qərarı ilə ona mirasın qəbulu üçün müddəti buraxdığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmiş və mirasın qəbul edilməsi üçün Tərtər Rayon Məhkəməsinə müraciət etməsi bildirilmişdir. Belə ki, mərhum anası X3 miras qalmış, Qeydiyyat nömrəsi **********, № 1111653, Seriya RX, qeydiyyat tarixi xx.xx.2017-ci il, reyestr nömrəsi **********56 saylı mülkiyyət hüququnu təsdiq edən çıxarış üzrə olan 0,90 ha torpaq sahəsinə və qeydiyyat nömrəsi **********, № 1111655, Seriya RX qeydiyyat tarixi xx.xx.2017-ci il, reyestr nömrəsi **********47-10301 saylı mülkiyyət hüququnu təsdiq edən çıxarış üzrə olan 0,36 ha torpaq sahəsinə vərəsəlik haqqında şəhadətnamə alınması üçün onun həmin mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Lakin hazırki vəziyyətdə bu fakt müəyyən edilmədiyindən və bu faktı təsdiq edən hər hansı bir sənəd olmadığından ona miras qalmış əmlaka vərəsəlik hüququ haqıında şəhadətnamə almaq mümkün olmamışdır. Mirasın qəbul edilməsi faktının müəyyən olunması ona vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. O, bunu məhkəmədən kənar qaydada əldə edə bilməmişdir. Miras qalmış əmlakların adına sənədləşdirilməsi üçün digər bacı və qardaşlarının etirazları olmamış, onlar bu barədə notarial qaydada təsdiq olunmuş ərizələr təqdim etmişlər. Bu səbəbdən o, məhkəməyə müraciət etmişdir. Ərizəçinin izahatında göstərdiyi xüsusatlar məhkəmə iclasında elan edilmiş mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə hesab etmişdir ki, ərizəçi mərhum anasının qanun üzrə vərəsəsi kimi öz öhdəsinə düşən bütün lazımi hərəkətləri etmişdir. Qanunları bilmədiyi üçün anasından miras qalmış daşınmaz əmlakı vaxtında öz adına sənədləşdirməmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahat vermiş ərizəçi ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, ərizəçinin izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi 11 oktyabr 2021-ci ildə vəfat etmiş mərhum anası X3 miras qalmış Tərtər rayon Seydimli kəndində yerləşən Qeydiyyat nömrəsi **********, № 1111653, Seriya RX, qeydiyyat tarixi xx.xx.2017-ci il, reyestr nömrəsi **********56 saylı mülkiyyət hüququnu təsdiq edən çıxarış üzrə olan 0,90 ha torpaq sahəsinin və qeydiyyat nömrəsi **********, № 1111655, Seriya RX qeydiyyat tarixi xx.xx.2017-ci il, reyestr nömrəsi **********47-10301 saylı mülkiyyət hüququnu təsdiq edən çıxarış üzrə olan 0,36 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 11 oktyabr 2021-ci ildə vəfat etmiş mərhum anası X3 miras qalmış Tərtər rayon Seydimli kəndində yerləşən Qeydiyyat nömrəsi **********, № 1111653, Seriya RX, qeydiyyat tarixi xx.xx.2017-ci il, reyestr nömrəsi **********56 saylı mülkiyyət hüququnu təsdiq edən çıxarış üzrə olan 0,90 ha torpaq sahəsinin və qeydiyyat nömrəsi **********, № 1111655, Seriya RX, qeydiyyat tarixi xx.xx.2017-ci il, reyestr nömrəsi **********47-10301 saylı mülkiyyət hüququnu təsdiq edən çıxarış üzrə olan 0,36 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar