Məhkəmə qərarları › İş №2(061)-1711/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1711/2025

18.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1711/2025 18.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Tərtər rayon Xüsusi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Ərizəçi maraqlı şəxs Tərtər rayon Xüsusi Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü ildə vəfat etmiş atası X3 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzilin onun tərəfindən miras kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxs Tərtər rayon Xüsusi Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizəyə qarşı yazılı etirazını və etirazını əsaslandıran sübutlarını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, anası X13 xx.xx.2014-cü ildə, atası X8 xx.xx.2014-cü ildə vəfat etmişdir. Atasından ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. Miras qoyanın, o, da daxil olmaqla X10, X4, X9 və X2 ibarət birinci növbəli vərəsələri vardır. Miras əmlak heç kimə vəsiyyət edilməmişdir. Miras qalan əmlakı özü faktiki olaraq qəbul etmişdir. Digər vərəsələr miras qalan əmlakın onun tərəfindən qəbul edilməsinə razıdırlar və bu barədə notarial qaydada təsdiq edilmiş ərizələr vermişlər. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi 08.042025-ci olan Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında X5 mülkiyyətindədir. İşdə olan Mirbəşir rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1981-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, şəhadətnamənin sahibi Ərizəçi (hazırkı ərizəçinin) ata qrafasında X8, anası qrafasında X14 yazılmışdır. İşdə olan Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İşdə olan Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında arayışdan görünür ki, X8 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İşdə olan Tərtər rayon Hacıqərvənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli. 536 saylı arayışlardan görünür ki, X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Onun aşağıda qeyd olunan vərəsələri qalmışdır: X10, X4, X1 Taleh İnqilab oğlu və X6. İşdə olan X10, X4, X9 və X6 tərəfindən notarial qaydada verilmiş çap tarixi xx.xx.2025-ci il və xx.xx.2025-ci il olan ərizələrdən görünür ki, onlar anaları X13 və ataları X3 qalan mirası qəbul etmədiklərini və gələcəkdə də qəbul etmək fikrində olmadıqlarını bildirmişlər. İşdə olan Tərtər rayon Notariat Ofisi tərəfindən qəbul edilmiş “notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair” 143 saylı, xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, X3 qalan mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyü üçün Ərizəçi vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan Tərtər rayon Xüsusi Notariat Ofisi tərəfindən Tərtər Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 1260 saylı məktubdan görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X8 ilə bağlı vərəsəlik işi açılmamış və ya vərəsəlik şəhadətnaməsi verilməmişşdir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin izahatından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, ərizəçinin anası X13 xx.xx.2014-cü ildə, atası X8 xx.xx.2014-cü ildə vəfat etmişdir. Ərizəçinin atasından ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. Miras qoyanın ərizəçi də daxil olmaqla, X10, X4, X9 və X2 ibarət birinci növbəli vərəsələri vardır. Miras əmlak heç kimə vəsiyyət edilməmişdir. Miras qalan əmlakı özü faktiki olaraq qəbul etmişdir. Digər vərəsələr miras qalan əmlakın ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etməmişlər və bu barədə notarial qaydada təsdiq edilmiş ərizələr vermişlər. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Miras əmlak barədə hər hansı bir mübahisə yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, miras müvafiq olaraq 2014-cü ildə açıldığından məsələ hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməklə həll edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarını rəhbər tutaraq və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçi miras qoyanın oğlu olmaqla miras qalan əmlakı faktiki olaraq miras kimi qəbul etmişdir. Ona görə də ərizə qanuni və əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklkə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216 - 220-ci və 360-cı maddələrini rəhbər tutataq, Qət Etdi: Ərizə təmin edilsin. xx.xx.2014-cü ildə vəfat etmiş X3 miras qalmış, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2025-ci il olan, Çıxarışa əsasən mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar