Məhkəmə qərarları › İş №2(061)-1749/2024

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1749/2024

29.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1749/2024 29.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1 qarşı (üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla) Tərtər rayon Bəyimsarov kəndində yerləşən 6,2044 ha və 0,5481 ha torpaq sahəsindən miras kimi payına düşən 5/9 hissəsinin, yəni 3,45 ha 0,30 ha olmaqla cəmisi 3,75 ha pay torpaq sahəsinə cavabdehin müdaxiləsinin qarşısı alınmaqla onun həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin naturada ölçülərək ona təhvil verilməsi və cavabdehə qonşu sərhədlərinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏETDİ: İddiaçı Cavabdeh1 qarşı (üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla) Tərtər rayon Bəyimsarov kəndində yerləşən 6,2044 ha və 0,5481 ha torpaq sahəsindən miras kimi payına düşən 5/9 hissəsinin, yəni 3,45 ha 0,30 ha olmaqla cəmisi 3,75 ha pay torpaq sahəsinə cavabdehin müdaxiləsinin qarşısı alınmaqla onun həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin naturada ölçülərək ona təhvil verilməsi və cavabdehə qonşu sərhədlərinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı Cavabdeh1 qarşı (üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla) Tərtər rayon Bəyimsarov kəndində yerləşən 6,2044 ha və 0,5481 ha torpaq sahəsindən miras kimi payına düşən 5/9 hissəsinin, yəni 3,45 ha 0,30 ha olmaqla cəmisi 3,75 ha pay torpaq sahəsinə cavabdehin müdaxiləsinin qarşısı alınmaqla onun həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin naturada ölçülərək ona təhvil verilməsi və cavabdehə qonşu sərhədlərinin müəyyən edilməsini tələb etsə də, həmin tələblə bağlı dövlət rüsumunu ödəməmişdir. İddiaçı Rəsul qızı iddia ərizəsinə əlavə etdiyi Bəyimsarov kənd İƏD-i üzrə nümayəndənin verdiyi arayışı ilə kifayətlənmiş, həmin arayışda isə İddiaçı Rəsul qızının departasiya olunması ilə yanaşı Tərtər rayon Bəyimsarov kəndində müvəqqəti məskunlaşması deyil, daimi qeydiyyatda olması qeyd edilmişdir. Bu isə onun Tərtər rayon Bəyimsarov kənd sükini olmasını təsdiq etmişdir. İddiaçı dövlət rüsumundan azad olması ilə bağlı hər hansı bir sənədi iddia tələbinə əlavə etməmişdir. “X1” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsində göstərilmişdir ki, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. “X1” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizələrinə görə ödənilməli dövlət rüsumu 01 oktyabr 2021-ci il tarixdən iddia ərizələrinə görə iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda ödənilməli dövlət rüsumu 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 3 faizi məbləğində nəzərdə tutulmuşdur. Hazırki iddia 01 noyabr 2024-cü il tarixdə Tərtər Rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçı iddia ilə bağlı rüsumu “X1” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə uyğun olaraq ödəməmişdir ki, bu da iddianın geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “X1” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinin verilməsi zamanı dövlət rüsumu tutulur. Eləcə də, Azərbaycan Respublikası MPM-də dəyişiklik edilməsi haqqında” 28 dekabr 2018-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən MPM-ə 108.3-cü maddə əlavə edilmiş, həmin maddədə dövlət rüsumunun yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməsi nəzərdə tutulmuş və həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Həmin Məcəllənin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunması formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Eyni zamanda iddiaçının nəzərinə çatdırılır ki, tərəflər arasında olan mübahisə ilə bağlı qəbul edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-39/2024 saylı qətnaməsi hazırda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.3-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçılara qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki iddia ilə ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh1 qarşı (üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla) Tərtər Rayon Bəyimsarov kəndində yerləşən 6,2044 ha və 0,5481 ha torpaq sahəsindən miras kimi payına düşən 5/9 hissəsinin, yəni 3,45 ha 0,30 ha olmaqla cəmisi 3,75 ha pay torpaq sahəsinə cavabdehin müdaxiləsinin qarşısı alınmaqla onun həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin naturada ölçülərək ona təhvil verilməsi və cavabdehə qonşu sərhədlərinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar