Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1813/2025 23.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Tərtər rayon Notariat Ofisi olmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2007-ci ildə vəfat etmiş X2 və xx.xx.2011-ci ildə vəfat etmiş anası X3 miras qalmış əmlakın (Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” verilmiş, JN 284, KOD 61100058 saylı Dövlət Aktı əsasında X4, anası X5 verilmiş 0,54 ha pay torpaq sahəsinin) onun tərətindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, xx.xx.1969-cu ildə anadan olmuşdur. X1 xx.xx.2007-ci ildə, anası X7 isə xx.xx.2011-ci ildə vəfat etmişlər. O, mərhum valideynlərinin İ dərəcəli vərəsəsidir. Valideynləri vəfat etdikdən sonra vərəsəlik şəhadətnaməsi almamışdır. Bu səbəbdən hazırda həmin torpaq sahələri ilə bağlı zəruri olan sənədləşmələri apara bilməmişdir. Mərhum valideynlərindən miras qalmış əmlakı faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Mirasın qəbul edilməsi faktının müəyyən olunması ona məhz vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Belə ki, o bunu məhkəmədən kənar başqa qaydada əldə edə bilməmişdir. Ona görə də tələb edilən zəruri sənədləri tam toplayıb Maraqlı şəxsnə təqdim edə bilmədiyi üçün ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan sənədlər: -Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 572 saylı xx.xx.2025-ci il tarixli arayışda göstərilmişdir ki, Ərizəçi Tərtər rayon Seydimli kəndində yaşayır və qeydiyyatdadır. -Doğum haqqında arayışın surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Tərtər rayonu Seydimli kəndində anadan olmuşdur. Həmin sənəddə ata qrafasında X6, ana qrafasında X7 qeyd edilmişdir. -Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 572 saylı xx.xx.2025-ci il tarixli arayışda göstərilmişdir ki, mərhumə X7 xx.xx.2011-ci ildə vəfat etmişdir. Onun Tərtər rayonu Seydimli kəndində təsərrüfatında olan ailə üzvü Ərizəçi ibarətdir. -Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 572 saylı xx.xx.2025-ci il tarixli arayışda göstərilmişdir ki, mərhum X6 xx.xx.2007-ci ildə vəfat etmişdir. Onun Tərtər rayonu Seydimli kəndində təsərrüfatında olan ailə üzvü Ərizəçi ibarətdir. -Ölüm haqqında arayışın surətindən görünür ki, X7 xx.xx.2011-ci ildə ölmüşdür. -Ölüm haqqında arayışın surətindən görünür ki, X6 xx.xx.2007-ci ildə ölmüşdür. -Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” verilmiş, JN 284, KOD 61100058 saylı Dövlət Aktının surətindən görünür ki, Tərtər rayon Seydimli kəndində yerləşən 0,54 ha pay torpaq sahəsi həmin sənəddə adları olan X6 və X7 mülkiyyətçi kimi qeyd edilmişlər. -Tərtər rayon Notariat Ofisində xx.xx.2025-ci ildə qəbul edilmiş 1162 və 1163 saylı qərarlardan görünür ki, həmin qərarla Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçi xx.xx.1969-cu ildə anadan olmuşdur. X1 xx.xx.2007-ci ildə, anası X7 isə xx.xx.2011-ci ildə vəfat etmişlər. O, mərhum valideynlərinin İ dərəcəli vərəsəsidir. Valideynləri vəfat etdikdən sonra vərəsəlik şəhadətnaməsi almamışdır. Bu səbəbdən hazırda həmin torpaq sahələri ilə bağlı zəruri olan sənədləşmələri apara bilməmişdir. Mərhum valideynlərindən miras qalmış əmlakı faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Bu hallar məhkəmə iclasında elan olunmuş mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında izahat vermiş Ərizəçi göstərmişdir ki, valideynləri onunla birlikdə yaşamışdır. Onların bütün tələbatlarını bacardığı qədər ödəmişdir. Ata və anası vəfat etmişdir. Valideynləri vəfat etdikdən sonra da onlardan miras qalmış pay torpaq sahələri onun tərəfindən qəbul edilərək özü idarə etmişdir. Valideynləri vəfat etdikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada onlardadan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Tərtər Rayon Notariat Ofisinə müraciət etməmişdir. Sonradan valideynlərindən miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Tərtər Rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, o da bunu qəbul etmişdir. Odur ki, mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə ki, mərhum valideynlərindən miras qalmış əmlakları faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Məhkəmədə elan olunmuş arayışdan görünür ki, Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi arayışlardan görünür ki, ərizəçinin valideynlərinin vəfat etdikdən sonra yeganə vərəsələri Ərizəçi olmuşdur. Göründüyü kimi mirasla bağlı mübahisə mövcud deyildir. Məhkəmə hesab etmişdir ki, ərizəçi mərhum valideynlərinin qanun üzrə vərəsəsi kimi öz öhdəsinə düşən bütün lazımi hərəkətləri etmişdir. Qanunları bilmədiyi üçün valideynlərindən miras qalmış daşınmaz əmlakları vaxtında öz adına sənədləşdirməmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahat vermiş ərizəçi ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, ərizəçinin izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.2007-ci ildə vəfat etmiş X2 və xx.xx.2011-ci ildə vəfat etmiş anası X3 miras qalmış əmlakın (Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” verilmiş, JN 284, KOD 61100058 saylı Dövlət Aktı əsasında X4, anası X5 verilmiş 0,54 ha pay torpaq sahəsinin) onun tərətindən qəbul edilməsi faktının müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2007-ci ildə vəfat etmiş X2 və xx.xx.2011-ci ildə vəfat etmiş anası X3 miras qalmış əmlakın (Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” verilmiş, JN 284, KOD 61100058 saylı Dövlət Aktı əsasında X4, anası X5 verilmiş 0,54 ha pay torpaq sahəsinin) onun tərətindən qəbul edilməsi faktının müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1813/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1813/2025
23.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver