Məhkəmə qərarları › İş №2(061)-1917/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1917/2025

24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1917/2025 24.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi X9 iştirakı ilə Ərizəçi X9 maraqlı tərəf Tərtər rayon Notariat Ofisi olmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X16 məhkəməyə ərizə ilə müraciət edərək maraqlı tərəf Tərtər rayon Notariat Ofisi olmaqla xx.xx.2009-cu ildə vəfat etmiş anası X4 qalmış mirasın (Əmlak Məsələləöri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş **********66-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,06 ha olan həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş sahəsi 51,5 kv.metr olan fərdi yaşayış evinin) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X16 ərizəsini onunla əsaslandırmışdır ki, onun X2, anası X13 ilə xx.xx.1957-ci ildə nikah bağlayaraq ailə qurmuşlar. Onların birgə nikahından o və 3 nəfər qardaşları anadan olmuşlar. Belə ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. X1 xx.xx.2011-ci ildə, X17 xx.xx.1997-ci ildə, X20 xx.xx.2024-cü ildə vəfat etmişdir. X2 xx.xx.1965-ci ildə, anası X13 isə xx.xx.2009-cu ildə vəfat etmişdir. O, mərhum valideynlərinin birinci dərəcə üzrə vərəsəsidir. Buna görə də anası vəfat etdikdən sonra onun miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. lakin Tərtər rayon Notariat Ofisinin xüsusi notariusu X6 xx.xx.2025-ci il tarixli, 1233 nömrəli qərarı ilə ona mirasın qəbulu üçün AR MM-nin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddəti buraxdıgım və qohumluq münasibətləri müəyyən edən sənədləri təqdim edə bilmədiyi üçün «Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə» verilməsindən imtina etmiş və Tərtər Rayon Məhkəməsinə müraciət etməli oldugunu bildirmişdir. Başqa sözlə notariat orqanı lazımı sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən «Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə»nin verilməsindən imtina etmişdir ki, o da bunu qəbul edir. Belə oldugu halda, yəni notariat orqanı lazımı sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etdiyi halda «mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edilməlidir. Çünki, xx.xx.2009-cu ildə vəfat etmiş anası X4 miras qalmış əmlakı (Əmlak Məsələləöri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş **********66-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,06 ha olan həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş sahəsi 51,5 kv.metr olan fərdi yaşayış evinin) faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka «Vərəsəlik hüququ haqqında Şəhadətnamə» almaq üçün mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Lakin hazırki vəziyyətdə bu fakt müəyyən edilmədiyindən və bu faktı təsdiq edən hər hansı bir sənəd olmadığından ona miras qalmış əmlaka «Vərəsəlik hüququ haqqında Şəhadətnamə» almaq müəyəssər olmur. Mirasın qəbul edilməsi faktının müəyyən olunması ona məhz vərəsəlik və mülkiyyət hüquqlarımın həyata keçirilməsi üçün lazımdır ki, o da bunu məhkəmədən kənar başqa qaydada əldə edə bilmir. Ona görə də tələb edilən zəruri sənədləri tam toplayıb Tərtər rayon Notariat Ofisinə təqdim edə bilmədiyi üçün və ümumiyyətlə belə bir imkana da malik olmadıgımı nəzərə alıb hazırki ərizə ilə məhkəməyə müraciət etməli oldu və ümid edir ki, məhkəmə işin faktiki hallarını və qanunvericiliyi rəhbər tutaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxaracaqdır. Göstərdiklərinə əsasən xx.xx.2009-cu ildə vəfat etmiş anası X4 qalmış mirasın (Əmlak Məsələləöri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş **********66-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,06 ha olan həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş sahəsi 51,5 kv.metr olan fərdi yaşayış evinin) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş ərizəçi X16 göstərmişdir ki, X2, anası X13 ilə xx.xx.1957-ci ildə nikah bağlayaraq ailə qurmuşlar. Onların birgə nikahından o və 3 nəfər qardaşları anadan olmuşlar. Belə ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. X1 xx.xx.2011-ci ildə, X17 xx.xx.1997-ci ildə, X20 xx.xx.2024-cü ildə vəfat etmişdir. X2 xx.xx.1965-ci ildə, anası X13 isə xx.xx.2009-cu ildə vəfat etmişdir. O, mərhum valideynlərinin birinci dərəcə üzrə vərəsəsidir. O, xx.xx.2009-cu ildə vəfat etmiş anası X4 miras qalmış əmlakı (Əmlak Məsələləöri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş **********66-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,06 ha olan həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş sahəsi 51,5 kv.metr olan fərdi yaşayış evinin) faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka «Vərəsəlik hüququ haqqında Şəhadətnamə» almaq üçün mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir. Ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 izahatında göstərmişdir ki, ərizəçi X16 və ailə üzvlərini tanımış, münasibətləri yaxşı olmuşdur. Ərizəçi Rahilə Ələmova anası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,06 ha olan həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş sahəsi 51,5 kv.metr olan fərdi yaşayış evini faktiki olaraq qəbul edərək idarə etmişdir. Həmin torpaq sahəsi və fərdi yaşayış evi hazırda da onun istifadəsindədir. X22 ölən günədək qızı Rahilə Ələmova ilə birlikdə yaşamışdır. Anası vəfat edəndə onun üzr mərasimini keçirtmişdir. Anasından miras qalmış həmin pay torpaq sahəsini və fərdi yaşayış evini hələ anasının sağlığında və ölümündən sonra da ərizəçi Rahilə Ələmova idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X21 izahatında göstərmişdir ki, ərizəçi X16 onunla uzun müddətdir ki, qonşuluqda yaşayır. Onunla yaxın qonşu kimi münasibətləri yaxşı olmuşdur. Rahilə Ələmova X22dan miras qalmış ünvan 1 ünvanında yerləşən 0,06 ha olan həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş sahəsi 51,5 kv.metr olan fərdi yaşayış evini faktiki olaraq qəbul edərək idarə etmişdir. Həmin torpaq sahəsi və fərdi yaşayış evi hazırda da onun istifadəsindədir. Kubra Süleymanova evi təmir etdirib abadlaşdırmış, həyəıtyyanı torpaq sahəsinə qulluq etmişdir. Anası vəfat edəndə onun üzr mərasimini keçirtmişdir. Kubra Süleymanova anasından miras qalmış həmin pay torpaq sahəsini və fərdi yaşayış evini hələ anasının sağlığında və ölümündən sonra da idarə etmişdir. İşdə olan nikahın haqqında arayışdan görünür ki, X5 ilə X13 arasında nikah xx.xx.1957-ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 800 nömrə ilə qeydə alınmışdır. Ərə Həsənov, arvada Süleymanova soyadı verilmişdir. Qeyd : X3 xx.xx.1965-ci ildə, X7 isə xx.xx.2009-cu ildə ölməsi ilə bağlı xitam verilmişdir. İşdə olan doğum haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1961-ci il təvəllüdlü olmaqla, ata qrafasında X5, ana qrafasında X13 qeyd edilmişdir. İşdə olan doğum haqqında arayışdan görünür ki, X20 xx.xx.1958-ci il təvəllüdlü olmaqla, ata qrafasında X5, ana qrafasında X13 qeyd edilmişdir. Qeyd : X11 xx.xx.2024-cü ildə vəfat etməsi xx.xx.2024-cü il tarixli ********************3 nömrəli akt qeydi ilə Rusiya Federasiyası 96000027 Pskov Vilayəti Ədliyyə Komitəsi Pskov şəhərinin Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X17 xx.xx.1997-ci ildə ölmüşdür. İşdə olan doğum haqqında arayışdan görünür ki, X14 xx.xx.1955-ci il təvəllüdlü olmaqla, ata qrafasında boş saxlanılmış, ana qrafasında X23 qeyd edilmişdir. Qeyd : X8 xx.xx.2011-ci ildə vəfat etməsi xx.xx.2011-ci il tarixli 3057 nömrəli akt qeydi ilə Rusiya Federasiyası 96000027 Pskov Vilayəti Ədliyyə Komitəsi Pskov şəhərinin Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X5 xx.xx.1965-ci ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarış sənədinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 51,5 kv.metr fərdi yaşayış evi xx.xx.2025-ci ildə ********** qeydiyyat nömrəsi ilə X7 adına qeydə alınmışdır. İşdə olan Tərtər rayon Notariat Ofisində xx.xx.2025-ci ildə qəbul edilmiş 1233 saylı qərardan görünür ki, həmin qərarla Ərizəçi xx.xx.2009-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün, təqdim etdiyi sənədləri nəzərdən keçirərək müraciət etmişdir. Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçinin anası X5 xx.xx.1965-ci ildə, anası X13 isə xx.xx.2009-cu ildə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarış sənədindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 51,5 kv.metr fərdi yaşayış evi xx.xx.2025-ci ildə ********** qeydiyyat nömrəsi ilə X7 adına qeyd edilmişdir. Məhkəmə iclasında izahat vermiş ərizəçi göstərmişdir ki, xx.xx.2009-cu ildə vəfat etmiş anası X4 miras qalmış əmlakı faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka «Vərəsəlik hüququ haqqında Şəhadətnamə» almaq üçün mirası qəbul etməsi faktı müəyyən edilməli olmuşdur. Anası yaşlı olduğundan onun sağlığında həmin torpaq sahəsini və fərdi yaşayış evini o, idarə etmişdir. Həmin əmlakı adına sənədləşdirmək üçün notariusa müraciət etmiş, lakin notaruatda ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Anası vəfat etdiyindən və daşınmaz əmlak onun adına olduğundan mülkiyyət hüququnu təsdiq edən sənədi ala bilməmişdir. Hələ anasının sağlığında həmin daşınmaz əmlakı əkib becərib və idarə etmişdir. Anası vəfat etdikdən sonra vərəsəlik şəhadətnaməsi almamışdır. Bu hallar məhkəmə iclasında elan olunmuş mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə hesab etmişdir ki, ərizəçi mərhum anasının qanun üzrə vərəsəsi kimi öz öhdəsinə düşən bütün lazımi hərəkətləri etmişdir. Qanunları bilmədiyi üçün anasından miras qalmış daşınmaz əmlakı vaxtında öz adına sənədləşdirməmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahat vermiş ərizəçi ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, ərizəçinin izahatını, şahid ifadəsini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.2009-cu ildə vəfat etmiş anası X4 miras qalmış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş **********66-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,06 ha olan həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş sahəsi 51,5 kv.metr olan fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi X9 xx.xx.2009-cu ildə vəfat etmiş anası X4 miras qalmış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş **********66-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,06 ha olan həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş sahəsi 51,5 kv.metr olan fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar