Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1954/2025 23.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəflər Maraqlı şəxs2 və Tərtər rayon Notariat Ofisi olmaqla mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı tərəflər Maraqlı şəxs2 və Tərtər rayon Notariat Ofisi olmaqla mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə Tərtər Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək xx.xx.2017-ci ildə vəfat etmiş atası X2 vəsiyyətnamə əsasında ona miras qalmış əmlakın (Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli 02 saylı qərarı ilə “Torpağın Mülkiyyətəı verilməsinə Dair” JN-1544A, kod 61101004 saylı Şəhadətnamə əsasında verilmiş Tərtər şəhəri M.Məmmədov küçəsi ev 3-də yerləşən 0.04 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən evinin sahəsi 15 kv.m olan bir otağını mətbəxlə birlikdə Maraqlı şəxs2, həyətyanı sahəsinin qalan hissəsini və yaşayış evinin qalan hissəsini isə onun) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə təqdim edərək ərizələrinə mahiyyəti üzrə istəməmələrini və işin məhkəmə baxışına çıxarılmadan sənədlərini geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı tərəflər Maraqlı şəxs2 və Tərtər rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı tərəflərin nümayəndəsinin məhkəməyə gəlməməsini işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir və iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllnin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizəçi ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu olan 100 (yüz) manat məbləğində pul Ərizəçi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 259, 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi X1 maraqlı tərəflər Maraqlı şəxs2 və Tərtər rayon Notariat Ofisi olmaqla mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə baxılmadan əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu 100 (yüz) manat məbləğində pul Ərizəçi qaytarılsın. Qərardaddan 10 gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1954/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1954/2025
23.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver